Telefonla əlaqə yaratmamışdan qabaq atılacaq illk addım həmin zəngin vacibliyini
dəqiqlışdirməkdir. Bir çox mövzu haqqında söhbət edəcəksinizsə, o zaman başlıqları qeyd
etmənizdə fayda vardır. Telefon zənglərinin müddətini müəyyən edən vaxt təyin etsəniz, bu sizin
üçün zəngin daha səmərəli xarakter almasına səbəb olacaqdır. Mütəmadi olaraq zəng etdiyiniz
şəxslərin ən uyğun və ən az məşğul olduqları saatların siyahısını tərtib edin. Beləcə, “məşğuldur” və
Telefonu məlumat mübadiləsi vasitəsi kimi qəbul etmək lazımdır. Zəng etməmişdən qabaq
danışıq üçün vaxtın olub, olmaması dəyərləndirilməlidir. Həm özündən böyük vəzifəli şəxslərə, həm
də vəzifəcə kiçik şəxslərə tez-tez zəng etməkdən qaçınılmalıdır. Zənglər zamanı vaxt itkisi
28
Nəzakət xarakterli sözlərin qısa olmasına çalışın;
Cavablarınızın qısa və qəti olmasına diqqət edin;
Sizə zəng edən şəxsin nə dediyinə diqqətlə qulaq asın. Zəng gəlməzdən əvvəl etdiyiniz iş
və ya düşündüyünüz hər hansı məsələni unutmağa çalışın, bütün diqqətinizi zəng edənə
yönəldin;
Əgər imkan vardırsa, zənglərə cavab vermə öhdəliyini başqasına verin. Təcili vəziyyətlərdə
gələn zənglər sizin üçün problem təşkil edirsə, səsli mesaj xidmətindən istifadə edin;
Telefonun yanında mütləq şəkildə kağız və qələm qoyun;
Sözlərdən əlavə, səs tonuna da fikir verin. Səs tonu sizə qarşdakı insanın duyğuları
haqqında məlumat verir;
Qarşıdakı şəxsin dediyi hərşeyi eşitdiyinizdən əmin olmaq üçün dəstəyi son olaraq siz asın.
-
Mobil telefonlar. Ünsiyyət yaratma baxımından insanların işini xeyli asanlaşdıran vasitələrdən
biri də mobil telefonlardır. Mobil telefon vasitəsilə dünyanın harasında olursunuzsa olun,
istədiyiniz şəxslərlə asanlıqla əlaqə yaratmaq, əlaqəli mövzuları sürətli şəkildə müzakirə etmək
və nəticədə vaxtdan səmərəli istifadə etmək mümkündür. Demək olar ki, bütün müəssisə və
təşkilatlarda mobil telefonlar işlərin icrasında əsas köməkçilərdən biridir. Müasir dövrdə
təkmilləşmiş mobil telefonlar vasitəsilə elektron poçtlara, istənilən internet saytlarına da
rahatlıqla çıxış imkanı vardır. Qısacası, mobil telefon hər bir şəxs üçün vaxtı səmərəli və düzgün
istifadə etməyə şərait yaradır.
-
Kompüterlər və internet. Müasir dünyada texnologiyanın yüksək sürətlə inkişafı, kompüter
sistemlərinin təkmilləşməsi və digər vasitələr müəssisə, təşkilatlarda şəxslərin vaxtına qənaət
etməsinə səbəb olmuşdur. Müəssisələrdə kompüterlərin faydası lazımi məlumatı əldə etmədə,
ötürmədə və digər lazımlı məlumat mübadilələrin gerçəkləşməsində son dərəcə önəmlidir.
Məlumat bankası, elektron poçt, mesajları paylayan file – server tətbiqetmələri vaxt və məkan
qavramını unutdurmuşdur. Kompüter texnologiyası məlumatın saxlanılması, analizi və
emalında son dərəcə faydalı olmaqla yanaşı, internet texnologiyası ilə birgə yeni həcm
qazanaraq bütün dünyanı kiçik bir qutuya sığıdırmışdır. İstənilən məlumat, hesabat, şəkil,
qrafik, cədvəl, elektron poçt ilə həmin anda dünyanın istənilən nöqtəsinə ötürülməkdədir.
Bütün bunlar vaxtdan səmərəli istifadədə son dərəcə böyük rol oynayır.
Dostları ilə paylaş: