İşlərin əhəmiyyət dərəcəsinə görə bölünməsi
Öhdəliyi ifadə edən əsas dəyərlər təcili olma dərəcəsi və əhəmiyyətidir. Bir işin təcili olması,
onun dərhal yerinə yetirilməsini tələb edir. Bəzən hər hansı işin təcili olması, digər önəmli işlərin
geri plana düşməsinə səbəb ola bilir. Başqa sözlə desək, bir işin təcili olması onu ən əhəmiyyətli iş
statusuna gətirə bilir. Lakin hər bir şəxsin yerinə yetirəcəyi ən vacib işləri, öhdəlikləri olmalıdır.
Hansı ki, bu öhdəliklərin yerinə yetirilməməsi haqqında düşünülməsin. Öhdəliklərin təyin
edilməsində istifadə edilən əsas metodlarla tanış olaq:
1. Vaxtın analiz edilməsi – vaxtın planlaşdırılmasında ilk addım aşağıdakı sualların
cavablarının tapılmasıdır:
Bu işi niyə məhz mən edirəm?
Bu işi başqa formada icra edə bilərəmmi?
Bu işi başqa vaxta saxlaya bilərəmmi?
Bu işi başqa yerdə edə bilərəmmi?
Bu işdə qarşılaşdığım ən böyük maneə nədir?
İşin icrasında ən çox vaxtımı nə apardı?
Bu fəaliyyət aşağıdakı cədvəldə göstərilən şəkildə də icra edilə bilər:
Saat
Görüləcək işlər
İş qrupu
9
00
-10
00
A
B
C
10
00
-11
00
11
00
-12
00
12
00
-13
00
14
00
-15
00
16
00
-17
00
17
00
-18
00
A=Təcili işlər; B= Əhəmiyyətli işlər;
C=Digər işlər
Cədvəl 2.1. Gündəlik işlərin plan nümunəsi
Yuxarıdakı cədvəldə qeyd edilənlərə əsasən, A qrupuna daxil olan işləri səhər edilməsi,
günorta saatlarında B qrupu işlərin edilməsi və sonda axşama doğru isə C qrupu işlərin icra
edilməsi tövsiyyə edilir.
2. Görüləcək işlər kartının hazırlanması – görüləcək işlərin əhəmiyyət dərəcəsinə görə
sıralanması üçün ən yaxşı metodlarından bir digəri də gündəlik sadə kartlardan istifadə
etməkdir. 15 sm uzunluğunda, 8 sm enində olan karta həmin gün edilməli işlər əhəmiyyət
dərəcəsinə görə yazılır və başa çatan işin üstündən xətt çəkilir. Sabaha qalan hər hansı bir iş
varsa, səhərki karta əlavə edilir. Kartın arxa tərəfində isə görüşlər və ediləcək zənglər qeyd
edilir. Nümunə olaraq nəzər yetirək:
Görüşlər
30
Görüləcək işlər
Tarix:
1.
2.
3.
4.
5.
6.
7.
8.
Görülməli işlər üçün hazırlanan karta başqa bir nümunə kimi onun rəngli versiyasını misal
göstərmək olar. Burada təcili işlər qırmızı, vacib işlər sarı, digər işlər isə yaşıl rəngdə qeyd edilir.
Bu məqsədlə kart üç hissəyə bölünür və müvafiq rənglərdə olan hər hissəyə daxil olan işlər qeyd
edilir:
Dostları ilə paylaş: |