Baza modulu üzrə Təlim Materialı


Rəhbərlik və ya təşkilatla bağlı əngəllər



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə36/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   32   33   34   35   36   37   38   39   ...   84
Peşə etikası

Rəhbərlik və ya təşkilatla bağlı əngəllər

Hər müəssisə və təşkilatda işçilər rəhbərlikdən yerinə yetirilməli olan öhdəliklər almaqla yanaşı, bu 

öhdəliklərin yerinə yetirilməsi prosesində bir sıra əngəllərlə qarşılaşa bilərlər. Bunlara misal olaraq, 

keçirilən  uzunmüddətli  iclasları,  baş  vermiş  böhranları,  təşkilat  daxilində  effektli  ünsiyyətin 

olmaması, müəssisənin hədəfinin tam dəqiq olmaması kimi səbəbləri göstərmək olar.   

Burada vacib olan, digər əngəllərin öhdəsindən gəlmə strategiyasının bu maneələrə köçürülməsidir. 

Fərd özü ilə, işi ilə bağlı əngəlləri dəf etməyi öyrəndikdə müəssisədə baş verəcək digər maneələrlə 

də başa çıxa biləcəkdir. 

2.3.2. 

T

ələbələr üçün fəaliyyətlər 

“Yeni  iş”.  Emin  səhər  oyandıqda,  yeni  işinə  5  dəqiqə  gecikdiyini  anlayır.  İşə



geyinəcək geyimlərini ütüləmək, işə aparacağı sənədləri və  ləvazimatları toplamaq onun 

əlavə  yarım  saatını  alır.  Həmin  gün  hava  yağışlı  olduğundan  maşınını  saxladığı  qaraja 

gedərkən  geyimi  küçədəki  gölməçələrin  birindən  sıçrayan  su  ilə  çirklənir.  Yolda  maşının 

benzinin  bitmək  üzrə  olması  Emin  üçün  əlavə  10  dəqiqəni  itirməyə  gətirib  çıxarır.  İşə 

çatdıqda artıq 1 saat gecikmiş olması rəhbərlik tərəfindən xoş qarşılanmır.  

İş  prosesi  zamanı  yeni  sənədlərin  qəbulu,  məktublara  cavab  verilməsi,  xaricdən 

gələcək  qonağı  qarşılamaq  kimi  öhdəlikləri  var.  Emin  işləri  çatdırmayacağını  düşünərək 

stresə  girməyə  başlayır.  Xarici  qonağı  aeroportda  qarşılamaq  üçün  işdən  ayrılmağı, 

qayıdarkən  qalan  işləri  davam  etdirməyi  düşünür.  Lakin  yolda  tıxacın  olması  və  gələn 

qonağın  təyyarəsinin  gecikməsi  Eminin  qalan  işlərini  icra  etməsinə  mane  olur.  O,  yeni 

işinin olduqca yorucu olduğunu düşünərək iş gününü yekunlaşdırır. 

Tapşırıq: 

Emin  işə  yenidən  motivasiya  qazanmaq  üçün  hansı  tədbirlər  görməli  olduğu  haqda 

düşünür. Daha az yorularaq, daha çox işi icra etmək üçün nə etmək lazım olduğu haqda  

yollar axtarır. 



Təqdimat: 

İlk iş günü hansı əngəllərlə qarşılaşdığını analiz etməlidir. 



Əngəllərin əsas səbəbinin nə olduğu barədə yazılı hesabat hazırlamalıdır. 

Bu əngəllərin öhdəsindən necə gələcəyini yazılı şəkildə açıqlamalıdır. 



Mövzu ilə bağlı bir qrup digər qrupa təqdim edilməsi üçün suallar hazırlasın. Hazırlanan sualları

cavablandırın. Sual müəllifləri verilmiş cavabları qiymətləndirin.



27 

Hərkəs  öz  işlərində  vaxtla  bağlı  qarşılaşdığı  əsas  əngəlləri  yazsın.  Kağızları  yanında  əyləşən



yoldaşına ötürsün. Yoldaşınız yazılan əngəllərin nədən və ya kimdən qaynaqlandığını qeyd etsin.

Hərkəs öz kağızı ilə səbəb-nəticə əlaqəsini müzakirə etsin.

Gün  ərzində  ən  çox  vaxt  aparan  fəaliyyətinizi  qeyd  edin.  Həmin  fəaliyyətin  nə  üçün  çox  vaxta



səbəb olduğunu açıqlayın. Vaxta qənaət etmək üçün hansı addımları ata biləcəyinizi qeyd edin.

2.3.3. Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 

 “Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəlləri tanıyır” 

Vaxtdan səmərəli istifadəyə mane olan əngəllər hansılardır?



Şəxsin özüylə bağlı əngəllərə hansılar daxildir?

İşlərin təxirə salınması haqqında nə deyə bilərsiniz?



Qərarsızlığın vaxtda səmərəli istifadəyə təsiri nədən ibarətdir?

Telefon nə zaman vaxtdan səmərəli istifadəyə mane olur?



İşlə bağlı əngəllər hansılardır?

Vaxtdan səmərəli istifadə olunması ilə iş mühitinin nə kimi əlaqəsi var?



2.4.1. F

ərdi vaxt planlaşdırma üsullarını nümayiş etdirir 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin