İşlə bağlı əngəllər
Fərdin vaxtdan səmərəli istifadə etməsinə maneəçilik törədən digər səbəblər işlə bağlıdır.
Telefon danışıqları. Müasir dünyada effektli ünsiyyətdə telefonların müstəsna xidmətləri
vardır. İnsanlar arasındakı məsafəni aradan qaldırması, qarşılıqlı münasibətin qurulmasında
əhəmiyyət kəsb edən bu vasitənin lazımsız istifadəsi vaxt alan əsas səbəblərdən biridir.
Telefonda vaxtın çox getməsində əsas səbəblər kimi:
Həddən artıq söhbət,
Qeydlər etmək üçün qələm, kağız istifadə etməmək,
Deyəcəyi fikirləri əvvəlcədən təyin etməmək,
Qısa və qəti cavablar verməmək,
Çətin insanlarla ünsiyyətdə olmaq məcburiyyəti,
Yaxşı qulaq asmamaq və s.
Əlverişsiz iş mühiti. İş mühitinin səliqəli, səssiz, havalandırılmış, yaxşı isidilmiş, yaxşı
sərinlədilmiş, yaxşı işıqlandırılması, divarların rəngi, otağın dizaynı, mövqeyi kimi faktorlar
insanın işdə məhsuldarlığına təsir edir. İş mühitinin əlverişli olması yönündə aparılan
tədqiqatlar nəticəsində:
26
İş otağının işığının bir istiqamətdən, mümkündürsə tək qaynaqdan gəlməsi,
işığın sabit olması, rəng dəyişdirməməsi;
İşıqlandırmanın işə uyğun təşkil edilməsi;
Uzun müddət qapalı olmaq havaya təsir edəcəyindən havalandırmanın
düzgün təşkil edilməsi;
İstilik, təzyiq, hava sirkulasiyası və nəm səviyyəsinin işə mane olmayacaq
formada olması;
Oturulan stulların, kresloların rahat olması göstərilmişdir.
Kargüzarlıq işləri. Müəssisə və təşkilatlarda iyerarxik vəzifələr arasında qurulan münasibətlər
yazılı ünsiyyətə əsaslanır. Bu sənədlər sübut kimi qovluqlarda saxlanılır. Bu sənədlərlə işləyən
zaman onların düzgün idarə olunması vaxt baxımından əhəmiyyətlidir.
Dostları ilə paylaş: |