Beynəlxalq mübadilə Beynəlxalq münasibətlərdə uzun müddət döv-riyyədə olan, indiki dövrdə bir qədər dəyərsizləşən ünsiyyət formalarından biri də “beynəlxalq müba-dilə”dir. Təbii ki, beynəlxalq münasibətlərin aktorları öz aralarındakı ziddiyyətləri nizamlamaq, həll etmək üçün çox müxtəlif seçimlər etməli olurlar. Bu istiqa-mətdəki birinci addım isə öz maraqlarını qaşı tərəfin maraqları ilə müqayisə etməkdən başlanır. Maraqlar arasında ciddi bir fərq olmadığı halda dövlətlərası münasıbətlərın dostluq, əməkdaşlıq məcrasına yönəl-dilməsi problem yaratmır.
Mübadilə diplomatık fəaliyyətin (danışıqların) bir forması kimi “maraqların ziddiyyətlərini” aradan götürməyə xidmət edir və bü zaman tərəflər mümkün vasitələrdən (hərbi, iqtisadi, psixoloji və s.) bəhrələ-nir. Əslində kompromisə hesablanan bu proses bir-başa ikinci dərəcəli maraqların qurban verilməsi ilə tamamlanır.
Danışıqlarda olduğu kimi, beynəlxalq müba-diləyə də eyni zamandə həm elm, həm də mədəniyyət kimi baxılır.Mədəniyyət müsəvisində bu proses ilk növbədə qarşı tərəfi inandırmağa, hadisəni (prob-lemi)bir tərəfin(əksər hallarda güclü tərəfin) gözü ilə görməyə hesablanır. Taktika və strategiya baxımın-dan qarşı tərəflə mübadilə əsl alver kimi təsir bağış-layır. Ancaq məqsəd nəyisə vermək, nəyisə almaq-dan getmir. Vacib olan qarşı tərəfi zəruri addım atmaga təhrik etmək, buna cavab olaraq onun müka-fatlanacağına əminlik yaratmaqdır. Qarşı tərəf bilmə-lidir ki, əks davranış nümayiş etdirəcəyi halda özünü təhlükəyə məruz qoyur.Bu halda cəza forması kimi iqtisadi sanksiyalar tətbiq oluna bilər və yaxud hərbi güc maşını hərəkətə gələr.
Amerikalı tədqiqatçı A.Rapoport beynəlxalq mü-badiləni “debatlar” və “sövdələşmələr” əsasında qu-rulan proses olduğunu yazır.Tarixən böyük (güclü) dövlətlər öz sərhədlərindən uzaqlarda nüfuz dairəsini gücləndirmək məqsədi ilə kiçik dövlətlərə iqtisadi yardımlar vəd edərək onların ərazilərində hərbi qüv-və yerləşdirməyə nail olublar və inandırıblar ki, bu addım məhz ohların təhlükəsizliyinə hesablanıb. Bu tendensiya gündəlikdən indi də silinməyib. Razılaşaq ki, diplomatiyada çox şey nisbi xarakterlidir. Məqa-mın düzgün seçilməməsi beynəlxalq mübadiləni əngəl-ləyən əsas faktordur.