Kompomis Kompromis tərəflərin maraqlarının balanslaş-dırılması yolu ilə qarşıdurmanın müsbət məcraya yönəldilməsi strategiyasıdır. Bəzən bunu“ortaq güzəşt davranışı” kimi də səciyyələndirirlər.
. 1.Kompromis münaqişənin həll olunması kimi qəbul olunmamalıdır. Bu yalnız problemin həllində maraqlı olan tərəflərin qarşılıqlı güzəşt addımıdır.
2.Bəzi hallarda, münaqişəyə səbəb olan faktorlar aradan qalxdıqda problemin müsbət həllinə təkan verə bilər.
3.Kompromis aktiv və passiv davranışla müşayət oluna bilər. Aktiv kompromis tərəflərin ortaq razılı-ğının hüquqi müstəviyə gətirilməsi deməkdir. Bu za-man qarşılıqlı öhdəlik yaradan sənəd (müqavilə) imzalanması nəzərdə tutulur. Passiv kompromis bəzi hallarda əhəmiyyətli ola bilən addımlar kimi əhəmiy-yətli ola bılər.Ancaq bunu bütövlükdə problemin tam həllinə təminat olacağına inanmaq çətindir. 1993-cü ildə Dağlığ Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan arasında atəskəs rejiminin tətbiqi buna misal ola bilər.
Müşahidələr göstərir ki, münaqişə tərəfləri ək-sər hallarda xırda məsələlrdə güzəştə getməyə meylli olurlar.Bu isə əsas problemin ağırlıq yükünü azaltmır. Azərbaycan tərəfi birmənalı şəkildə ərazi bütövlü-yünün danışıqların predmetı olmayacağını dəfələrlə bəyan edib.
Məzmunca kompromis konsensus anlayışına yaxındır. Hər iki halda qarşılıqlı güzəşt meyarlari ön planda dursa da kompromis konsensusdan fərqlidir.
Ötüşmə Tərəflər münaqişənin predmetinə əhəmiyyətsiz bir hadisə kimi yanaşırlar və danışıqlara bır o qədər maraq göstərmirlər. Belə güman olunur ki, problem nə vaxtsa öz həllini tapacaq. Tərəflərin danışıqların predmetinə maraqsız olması ondan irəli gəlir ki, bu əsasda münaqişə yaranması ehtimalı olmur.
Danışıqların taktikası Taktika danışıqların ayrı-ayrı mərhələlərində han-sısa məqsədin əldə olunması uçun konkret gediş-lərdir. Danışıqlar üçün xarakterik olan və təcrübədə daha çox tətbiq olunan taktikalara diqqət yetirək. Bu taktikaların bəziləri diplomatiya tarixində iz qoymuş şəxsiyyətlərin adı ilə bağlıdır.
“Mehriban dost” taktikası. Bu zaman fikirlər də-qiq və yığcam şəkildə qarşı tərəfə çatdırılır. Eyni zamanda tələsik cavab verməmək, dərindən düşün-mək, götürqoy etmək xahiş olunur.