Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən
siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz
təmkin və soyuqqanlıqla, haqlı olduğumuzu tam dərk edərək təmiz
vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda
olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiliyimiz və
sadəliyimiz kin və eqoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı
hər kəs tərəfindən nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək.
Fakt göz qabağındadır.
Kim istəyirsə yoxlaya bilər.
“Azərbaycan” qəzeti, 8 dekabr 1918-ci il.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏNƏDLƏRİ
BAKI. MART 1918-ci il
AZƏRBAYCAN QIRĞINLARI
SƏNƏDLƏRDƏ
Tərtib edən:
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor
Bakı-2013
“Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri”
silsiləsindən olan bu kitab Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə
yenidən nəşr olunur.
Rüstəmova-Tohidi Solmaz Əli qızı.
Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə.
Bakı, 2013-cü il, 456 səhifə.
Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2009-cu ildə
nəşr olunmuş “Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” (Bakı,864s.) adlı sənəd-
lər toplusunun qisadılmış variantıdır.
Topluya Azərbaycan Hökumətinin Birinci Dünya müharibəsi başlanandan bütün Cənubi
Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakı-
lıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixində yaratdığı
Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən toplanmış və tərtib olunmuş sənədlər daxil
edilmişdir. Toplu FTK materiallarının yalnız bir hissəsini – 1918-ci il Bakıda mart hadisələ-
rinə aid sənədləri əhatə edir və bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində
böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi
mart qırğınlarına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan
verir. Bakı şəhəri və ətraf kəndlərin dinc müsəlman əhalisinə qarşı erməni hərbi qüvvələri-
nin və yerli erməni əhalisinin bir qisminin vəhşilikləri və amansızlıqları haqqında çoxlu say-
da faktlar, tanınmış, zəngin azərbaycanlıların ünvanlarından ibarət siyahıların əvvəlcədən
hazırlanması, hərbi əməliyyatların şəhərin müxtəlif hissələrində eyni vaxtda başlanması və
s. kimi məlumatlar dinc müsəlman əhalisinin məqsədyönlü və kütləvi şəkildə məhv edil-
məsinə dair planın mövcud olduğunu göstərir. Bu plan isə öz növbəsində erməni millətçilə-
rinin öz gələcək dövlətləri üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün region-
larında müsəlman əhalisinin sayının maksimum azaldılmasına yönəlmiş daha iri miqyaslı
əməliyyatların və planların tərkib hissəsi idi.
Sənədlər toplusuna həmçinin problemin tarixinə həsr edilmiş və müəllif tərəfindən ye-
nidən işlənmiş elmi oçerk, geniş yardımçı-informasiya aparatı, FTK tərəfindən çəkilmiş fo-
to-sənədlər və 1918-ci il Bakı şəhərinin xüsusi məzmunlu xəritəsi daxil edilmişdir.
ISBN: 978-9952-483-43-7
© Solmaz Rüstəmova-Tohidi
© Heydər Əliyev Fondu
© Heydər Əliyev Mərkəzi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
5
MÜNDƏRİCAT
Bakıda 1918-ci il mart hadisələri:
ilkin şərtləri, xüsusiyyətləri, nəticələri .................................................. 6
Azərbaycan Hökumətinin Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması haqqında qərarları .................. 88
Fəsil I
Azərbaycanlı sakinlərin şahid ifadələri ................................................ 90
Fəsil II
Azərbaycanlı qadınların şahid ifadələri ................................................ 162
Fəsil III
Müxtəlif millətlərdən olan bakılıların və
xarici vətəndaşların şahid ifadələri ...................................................... 226
Fəsil IV
Dəymiş ziyanlar (mülki, sənaye, sosial, ticarət və
digər obyektlər) haqqında şahid ifadələri ............................................. 266
Fəsil V
Bakı şəhəri və Bakı kəndlərinin sakinlərinin şahid ifadələri
(1918-ci ilin mart-sentyabr ayları) ........................................................308
Fəsil VI
Məhkəmə-istintaq sənədləri ................................................................. 336
Qeydlər ....................................................................................................... 366
İnzibati-coğrafi adların göstəricisi ......................................................... 411
Əlavə: Bakı şəhərinin və Bakı qəzasının
əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi
Foto-sənədlər ............................................................................................. 425
Bakı şəhərinin və Bakı qəzasının 1918-ci il xüsusi məzmunlu xəritəsi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
6
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ:
İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəz
edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr – istər
əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman
kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci
il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı
mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş
Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan
hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-
mentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan
hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İn-
giltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün
Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçi-
liyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoy-
muşdur.
Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbay-
can xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu şübhə
altında qoymuş daha mühüm - qanlı hadisələr baş vermişdir.
Bakıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuş-
dur. Belə ki, bir neçə mart günləri ərzində şəhərin və onun ətraf kənd-
lərinin dinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza
aksiyalarına – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək –
bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri
tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalmışdır. İlk
baxışdan, “Evelina” gəmisi ilə bağlı təsadüfi hadisə və yaxud, adları sona-
dək naməlum qalan icraçılar tərəfindən Qızıl Ordunun kiçik dəstəsinin
atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri
və səbəbləri vardır.
Birinci Dünya müharibəsinin başlanması ilə, xüsusilə də, 1917-ci ilin
fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müha-
ribədə iştirak edən dünya dövlətlərinin Cənubi Qafqazda güclənmiş ma-
raqları toqquşurdu. Eyni zamanda Qafqaz xalqlarının qarşısında öz mil-
li-siyasi ideya və əzmlərini həyata keçirmək üçün geniş imkanlar açılırdı.
Etiraf edilməlidir ki, erməni ideoloqları özlərinin çoxillik məqsədyönlü
7
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
fəaliyyətləri nəticəsində “erməni dövlətçiliyi məsələsinin” Cənubi Qafqa-
zın gələcəyi barəsində qərb ölkələrinin və Rusiyanın planlarına daxil edil-
məsinə nail olmuşdular. Gürcülərin də öz dövlətçiliyini yaratmaq hüquq-
ları heç bir etiraz doğurmurdu. Bununla bərabər, Cənubi Qafqazda sayca
üstünlük təşkil edən Azərbaycanlı əhalinin haqları nə qərb dövlətləri, nə
də Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən rus siyasi qüv-
vələri tərəfindən ümumiyyətlə nəzərə alınmırdı.
Azərbaycanlılar üçün bu baxımdan həddən artıq əlverişsiz şəraitdə,
əslində ədalətsiz münasibət qarşısında, geniş xalq kütlələrinin əksəriyyə-
tinin dəstəyini qazanmış “Müsavat” partiyasının Qafqazın siyasi səhnə-
sinə daxil olması istər sinfi nəzəriyyədən çıxış edən və Rusiyanın bütün
keçmiş torpaqlarında, o cümlədən Qafqazda hakimiyyət iddiasında olan
bolşevikləri, istərsə də, təxəyyüllərində gələcək erməni dövlətinin təxmi-
ni ərazilərini müəyyən etməklə, onun tərkibinə Azərbaycanın geniş tarixi
torpaqlarını daxil edən erməni millətçilərini narahat etməyə bilməzdi.
1911-ci ildə ciddi konspirasiya şəraitində yaradılmış “Müsavat” mil-
li-demokratik partiyası 1917-ci ilin fevral inqilabından sonra Rusiya İm-
periyasının bütün ərazisində milli dirçəliş dalğasında gizli fəaliyyətdən
çıxaraq çox qısa müddət ərzində azsaylı siyasi təşkilatdan Azərbaycanın
ən kütləvi və aparıcı milli qüvvəsinə çevrilmişdi.
Azərbaycanlıların bu milli siyasi partiyasının artan nüfuzunu və uğur-
larını onun hətta ən barışmaz rəqibləri belə etiraf etməli olurdu. Məsələn,
Bakı Sovetinin rəhbəri S.Şaumyan göstərirdi ki: “Zaqafqaziyada ən zəif si-
yasi partiya olan, bu inqilab zamanı təşkil edilən, heç bir təşkilatı, heç bir
partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir
rol oynamayan “Müsavat” ikinci ilin əvvəllərinə yaxın Zaqafqaziyada ən
güclü siyasi partiyaya çevrilmişdir ”. (1)
“Müsavat” partiyası 1917-ci ilin 15-20 aprelində Bakıda keçirilmiş
müsəlmanların Ümumqafqaz qurultayında Azərbaycan milli hərəkatının
siyasi proqramının əsas tezislərinin formalaşdırılmasında və təsdiq edil-
məsində başlıca rol oynamışdır. Qurultay gündəliyinin aparıcı məsələsi –
ölkənin siyasi quruluşu üzrə məruzəni “Müsavat”ın lideri M.Ə.Rəsulzadə
etmişdi … “Və 1917-ci ilin aprelindən başlayaraq Azərbaycan milli hərəka-
tının əsas məqsədi milli-ərazi muxtariyyətinin tələb edilməsi olmuşdur”.
(2) 1917-ci ilin payızında “Müsavat” partiyası Azərbaycanın siyasi həya-
tında öz üstün mövqeyini bir daha təsdiq etdi və 22 oktyabr 1917-ci ildə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
8
keçirilmiş Bakı Sovetinə seçkilərin nəticələri buna əyani sübut oldu. Belə
ki, “Müsavat”, çoxmillətli Bakıda bütün digər partiyaları nəzərə çarpacaq
dərəcədə qabaqlayaraq, seçici səslərinin 40 faizini toplaya bildi, bu isə əs-
lində şəhərdə siyasi qüvvələrin real nisbətini əks etdirirdi. (3)
“Müsavat”ın Bakı Sovetinə seçkilərdə qələbə qazanması bolşeviklə-
ri ciddi şəkildə təşvişə salmışdı. Belə ki, Azərbaycana milli-ərazi muxta-
riyyətinin verilməsi şüarı ilə açıq şəkildə çıxış edən partiyanın mövqeyi
Azərbaycan milli qüvvələrinin tamamilə təbii olan bu tələbini qəzəblə
“azərbaycanlı millətçilərin” Bakını “Azərbaycan xanlığının paytaxtı” elan
etmək “arzusu” kimi qiymətləndirən S.Şaumyanın başçılıq etdiyi bolşe-
vik rəhbərliyi üçün tamamilə qəbuledilməz idi. (4)
Bununla belə, bu “arzunun” həyata keçməsi kifayət qədər mümkün idi,
çünki 1918-ci ilin əvvəli üçün “Müsavat” yalnız Gəncədə deyil, Bakı qu-
berniyasının böyük hissəsində də faktiki olaraq real hakimiyyətə malik
idi. Lakin, bu zaman tək hakimiyyətliyə iddia edən aparıcı siyasi qüvvələr
arasında həddən artıq kəskinləşmiş münasibətlər səbəbindən Bakı şəhə-
rinin özündə kifayət qədər mürəkkəb vəziyyət yaranmışdı. Belə ki, hələ
fevral inqilabından sonra Bakıda qurulmuş qısa “çoxhakimiyyətlik” döv-
rü 1917-ci ilin noyabrında Rusiyada bolşevik çevrilişindən sonra ağır bir
münaqişə ilə əvəz olunmuşdu. Stepan Şaumyanın başçılıq etdiyi Bakı So-
veti yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olmaqla özünü şəhər-
də yeganə hakimiyyət elan etmişdi, Bakı quberniyası isə Sovetin qərarı-
na əsasən RSFSR-in bir hissəsi olmalı idi. Şübhəsiz ki, şəhərdəki müxtəlif
siyasi qurumlar, o cümlədən bolşeviklərin opponenti olan bir sıra siyasi
sol qüvvələr bu qərara qarşı çıxıırdılar. Lakin, şəhərin yerli hakimiyyəti
– hüquqşünas Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çoxmillətli Bakı
cəmiyyətinin sağ qanadını təmsil edən Bakı Duması və xüsusilə “Müsa-
vat” başda olmaqla, Azərbaycan milli qüvvələri bu məsələdə daha kəskin
mövqe nümayiş etdirirdilər.
Bolşeviklərlə “Müsavat” partiyası arasında düzənlənən münasibətlər
heç də birmənalı səciyyələnmirdi və əgər 1917-ci ilin noyabrınadək on-
lar sırf taktiki nöqteyi-nəzərindən ayrı-ayrı məsələlərdə vahid mövqedən
çıxış edirdilərsə də, “Müsavat”ın mövqeləri möhkəmləndikcə bu münasi-
bətlər getdikcə pozulur və kəskinləşirdi.
“Müsavat” partiyası şübhəsiz ki, Azərbaycanda bolşeviklərin ən güclü
rəqibi idi və təsadüfi deyildir ki, Bakı Sovetinə başçılıq edən bolşeviklər
9
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
bu partiyanın möhkəmlənməsi prosesini dayandırmaq məqsədilə “Müsa-
vat”a qabaqlayıcı zərbəni vurmaq üçün bəhanə axtarırdılar. Bolşeviklərdə
xüsusi təlaş yaradan faktlardan biri də o idi ki, “Müsavat”in rəhbərliyi ilə
böyük çətinliklə olsa da, məqsədyönlü şəkildə Azərbaycan milli hərbi his-
sələrinin yaradılması prosesi inkişaf edirdi və bu partiyanın siyasi nüfu-
zunun real hərbi dəstəklə möhkəmləndirilməsi onu praktiki olaraq məğ-
lubedilməz bir qüvvəyə çevirərdi.
Digər tərəfdən, “Müsavat”ın yalnız Bakıda deyil, Azərbaycanın bütün
siyasi səhnəsində üstün mövqeyi bolşevik hakimiyyətinin Azərbaycanın
reqionlarına yayılması yolunda əsas maneə idi. Nəhayət, siyasi kredosu
azərbaycanlıların milli azadlığı uğrunda mübarizədən ibarət olan “Müsa-
vat” partiyası, Cənubi Qafqazın müstəqilliyi və onun Rusiyadan ayrılması
ideyalarını ardıcıl olaraq Zaqafqaziya Seymində müdafiə edirdi ki, bu da
bolşeviklər üçün artıq tamamilə qəbuledilməz idi.
Siyasi münasibətlərin belə bir düzümündə istər bolşeviklərə, istərsə
də müsavatçılara tamamilə aydın idi ki, onların əvvəlki bütün əməkdaş-
lıqları sırf müvəqqəti xarakter daşıyırmış, indi onlar barışmaz bir döyüşə
girişmişlər və toqquşma qaçılmazdır. Bolşeviklərin “Müsavat” ilə siyasi
qarşıdurmasının əsas səhnəsi Bakı olmalı idi, çünki məhz bu şəhər Azər-
baycan milli hərəkatının mərkəzi olduğu kimi, bolşevizmin də Cənubi
Qafqazda əsas bazası idi. Məhz bu məqam bir çox hallarda iki antaqonist
siyasi qüvvə arasında mübarizənin kəskinliyini əvvəlcədən müəyyən
edirdi və həmin qüvvələr bu mübarizəyə ən ciddi surətdə hazırlaşırdılar.
Lakin, bu zaman daha bir tərəf – üçüncü qüvvə sayılacaq siyasi qurum
da öz məqsədləri uğrunda mübarizənin yeni mərhələsinə qədəm qoyurdu.
Bakı cəmiyyətində olduqca möhkəm siyasi-iqtisadi və ictimai mövqelərə
malik olan erməni millətçiləri də özlərinin uzağagedən planlarını reallaş-
dırmaq üçün ən ciddi şəkildə hazırlıq görürdülər. Bu planların əsasında
isə üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında “Böyük Ermənis-
tan” dövlətinin yaradılması kimi ümummilli erməni ideyası dururdu.
* * *
XIX əsrin əvvəllərində başlanmış Rusiya-İran, Rusiya-Türkiyə mühari-
bələri və onların nəticələri: 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay,
Adrianopol müqavilələri, Azərbaycan, Gürcüstan, Türkiyənin tarixi əra-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
10
zilərinin bölünməsi, geniş regionların qəsb edilməsi və yerli müsəlman
əhalinin mühacirəti, nəhayət, ermənilərin İrandan və Türkiyədən əzə-
li Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki)
torpaqlarına köçürülməsi erməni əhalisinin həyatında əsaslı iz qoydu.
Bu yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusi-
ya İmperiyasında ermənilərin nisbətən daha qabaqcıl və üstün vəziyyəti
də daxil olmaqla, erməni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil
dövlətçiliyini yaratmaq ideyasını artıq yetişməkdə olan erməni millətçili-
yinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının”
planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın,
dəqiq deyilərsə, Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə et-
məli idi ki, bu da hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş er-
məni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərt-
ləndirirdi.
Lakin nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni mil-
lətçiləri ona qarşı çıxış etməyə və hansısa gözəçarpan fəaliyyət göstər-
məyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin
daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli
Osmanlı İmperiyasının zəifləməsində maraqlı olan və Türkiyə boğazla-
rını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya İmperi-
yası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə və
dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları
olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və digərləri məhz Avropada və
Rusiyada yaranmışdır.
Bu növ təşkilatların sayının çoxluğuna baxmayaraq, məhz “Daşnak-
sütun” ən nüfuzlu bir partiya olaraq qarşıdakı onilliklər ərzində bütöv
xalqın taleyində həlledici rol oynayacaqdı. “Hələ 1907-ci il proqramı qəbul
edilənə xeyli qalmış “Daşnaksütun” güclü, intizamlı, konspirativ təşkilata
çevrilmişdi. Artıq 1890-cı illərdə onlar Türkiyə Ermənistanında silahlı üs-
yan hazırlayırdılar, belə ki, Avropanın diqqətini Ermənistanın milli mü-
barizəsinə cəlb edəcək münaqişə yaratmağa ümid edirdilər. Bu mərhələdə
“Daşnaksütun” hələ yalnız Türkiyə ərazısındə mövcud olsa da, onun fəa-
liyyətinin əsas bazası rus Ermənistanı idi”. (5)
Belə ki, Rusiyanın özü inqilabi hərəkatlar və siyasi oyunlar mərkəzinə
çevrildikcə, eləcə də yaranmış siyasi qarışıqlıq və nizamsızlıq şəraitində
ermənilər Cənubi Qafqazda da öz fəaliyyətlərini canlandırmışdılar. XIX
11
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
əsrin 90-cı illərindən və XX əsrin əvvəllərindən başlayaraq erməni emis-
sarlarının, agentlərinin və erməni əhalisinin Türkiyədən Cənubi Qafqa-
za axını xüsusilə güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən
“Böyük Ermənistan” şüarı ətrafında birləşən bu insan axını təşkilatlan-
dırılmış hərbi bölmələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır.
Bu dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün
nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk-azərbaycanlı əhalini fiziki
cəhətdən məhv etmək olur.
Türkiyə ərazisində erməni daşnaklarının hərbi hissələrinin dinc türk
əhalisinə qarşı əməllərini təqdir edən Rusiya hakimiyyəti öz ərazisindəki
həyata keçirilən qanlı hərbi aksiyalara dərhal reaksiya verdi. “1900-cü il-
dən sonra Rusiyanın öz ərazisindəki Ermənistana qarşı gördüyü cəza təd-
birləri ruslarla ermənilər arasında əvvəllər heç zaman olmamış gərginlik
və inamsızlıq mühiti yaratdı. Rusiyanın yeni siyasəti özünü 1903-cü ildə
erməni kilsəsinin torpaqları və digər əmlakının müsadirə olunması ilə
büruzə verdi”. (6)
Lakin, 1905-1907-ci illər I rus inqilabının başlanması ilə məhz Cənubi
Qafqaz erməni ekspansionizminin mərkəzi oldu. “Daşnaksütun”dan baş-
layaraq Erməni kilsəsinə qədər bütün erməni qüvvələri, həm Rusiya haki-
miyyətinə, həm də regionun türk-müsəlman əhalisinə qarşı əsl müharibə
elan etməklə, qızğın fəaliyyətə başladılar. Hakimiyyət ermənilərin bəzi
tələblərində - məs., erməni kilsəsinin mülkiyyətinin geri qaytarılmasında
güzəştə getməyə məcbur olaraq, “Daşnaksütun”un öz kütləvi çıxışların-
da yalnız “Türkiyə Ermənistanının azad edilməsi” ilə kifayətlənməsinə
nail olsa da, hər iki tərəfdən çoxsaylı qurbanlara səbəb olan erməni-azər-
baycanlı toqquşmasını dayandıra bilmədi, dəqiq deyilərsə, dayandırmaq
istəmədi. 1905-ci ilin fevralında Bakıda erməni və müsəlman əhalisi ara-
sında başlanmış silahlı münaqişələr az sonra erməni-azərbaycanlı qır-
ğınlarına çevrildi və bütün Cənubi Qafqaz regionunu əhatə etdi. Bakı,
Tiflis, İrəvan, Gəncə, Qarabağ, Zəngəzur və digər yerlərdə baş vermiş və
təxminən iki il davam etmiş qanlı toqquşmalar, habelə uzunsürən ermə-
ni-gürcü münaqişəsinin qarşısı hakimiyyət tərəfindən vaxtında alınma-
sa da, çox tezliklə Rusiya siyasətçilərinin ciddi diqqət obyektinə çevrildi.
“Ölkədə qayda-qanun bərpa edildikdən” dərhal sonra təkcə Dövlət Duma-
sında imperiyanın ucqarlarında etnik toqquşmaların səbəbləri haqqında
üç dəfə dinləmələr keçirilmişdi.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
12
Bu dinləmələrdə millətlərarası münasibətlərin kəskinləşməsinin əsas
səbəblərindən biri kimi dövlətin apardığı “intensiv köçürmə kampani-
yası” adlandırılsa da, artıq 1908-ci ilin dekabrında dinləmələr zamanı III
Dumanın mühafizəkar hissəsi “Birləşmiş Cənubi Qafqaz Erməni-Gür-
cü-Dağıstan-Azərbaycan-Təbriz-Kürd Ştatlarının” yaranmasını tam real
təhlükə hesab edirdi ki, bu da Rusiya hakimiyyəti üçün regiondakı milli
kütlələrin və onların təşkilatlarının dövlətə zidd separatizminin millətlə-
rarası münaqişə predmeti olduğunu göstərirdi. (7)
Qafqaz xalqlarını təmsil edən Dövlət Dumasının üzvləri – Çxeidze və
Qeqeçkori “Qafqaz xalqlarının separatizmdə günahlandırılmasını qərəzli
uydurma” adlandırır və iddia edirdilər ki, millətlərarası münaqişələr, ən
əvvəl erməni-azərbaycanlı qarşıdurması “hökumət tərəfindən törədilmiş-
dir”, Xasməmmədov isə millətlərarası gərginliyin səbəblərini hakimiyyə-
tin yerlərdə müvafiq sosial-siyasi tədbirlərlə təmin edilməmiş köçürülmə
proseslərinin nəticələrində görürdü. (8)
Dostları ilə paylaş: |