Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   11   12   13   14   15   16   17   18   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Digər biznes təşkilat formaları 
Əvvəl qeyd edildiyi kimi, biznes fəaliyyətini həyata keçirmək üçün 
korporasiyalardan (şirkətlərdən) başqa digər biznes formaları da mövcuddur. 
Korporasiyalar (şirkətlər) və digər biznes modelləri arasındakı fərq haqqında 
qısaca məlumat verməyə çalışacağıq.
62
Korporasiyanın (şirkətin) üstünlükləri 
haqqında öncə məlumat vermişdik, bunlar məhdud məsuliyyət (biznes 
uğursuzluğa uğradıqda səhmdarların mənafeyini qoruyan), biznesi ayrıca 
struktur çərçivəsində təşkil etmək imkanı və biznesin (şirkətin) ayrıca şəxsiyyətə 
mənsub 
olması 
kimi 
biznes 
əlaqələrinin 
qurulmasını 
və 
əqdlərin 
formalaşdırılmasını 
asanlaşdıran 
amillərdir. 
Ortaqlıq 
(partnership
korporasiyanın (şirkətin) əsas biznes modeli olmasından əvvəl geniş istifadə 
olunan model idi.
63
60
Ломакин Д.В. Акционерное правоотношение. 1997 
61
Шиткина.И.С. Корпоративное право. Волтерс Клуверс, 2008 
62
Digər biznes modelləri korporativ qanunvericiliyin tərkib hissəsidir, lakin bu mövzu kifayət qədər geniş olduğundan, 
təcrübədə ayrıca öyrənilir və hüquqi ədəbiyyatda da ayrıca işıqlandırılması daha məqsədəuyğundur. 
63
Müasir dövrdə də ortaqlıqlar müxtəlif biznes fəaliyyətlərində geniş istifadə olunur, məs., ABŞ və İngiltərə hüququnda 
bir sıra fəaliyyətlər yalnız? ortaqlıq formasında həyata keçirilə bilər. Ortaqlıqlar müxtəlif investisiya fondlarının 
formalaşmasında da istifadə olunur, məs., Private Equity Funds, VC İnvestment 


42 
Adətən ortaqlıq bir neçə şəxs (ortaq, partnyor) arasında bağlanan əqd əsasında 
formalaşır.
64
Ortaqlıqların ayrıca şəxs kimi və ya ayrıca şəxsiyyət statusu 
olmayan "birlik" kimi qəbul edilməsi məsələsi bir çox müzakirələrə səbəb olub. 
Müxtəlif ölkələr bu məsələyə fərqli yanaşıb. ABŞ hüququnda XX əsrin 
ortalarınadək adi ortaqlıqlar ayrıca şəxs hesab edilmirdi. Lakin 1994-cü ildə 
qəbul edilmiş Ümumi Ortaqlıq Aktına
65
əsasən ortaqlıq ayrıca şəxs (hüquqi şəxs) 
hesab edilmişdir. İngiltərə hüququnda ortaqlıqlar hazırkı dövrdə də hüquqi şəxs 
hesab edilmir.
66
Kontinental Avropa ölkələrinin hüquqları müəyyən məhdudiyyətlərlə 
ortaqlıqları ayrıca hüquqi şəxs kimi tanıyır. Məhz bu səbəbdən ortaqlığın təsis 
edilməsi üçün tərtib edilən sənədin hansı hüquqi təbiətə malik olması 
müzakirələr mövzusudur. Ortaqlıqların ayrıca (hüquqi) şəxs kimi tanınmasının 
əleyhdarları, biznes modelini "birgə fəaliyyət" kimi qiymətləndirirlər və 
ortaqlığın yaranması anında ortaqlar arasında tərtib edilən sənədin müqavilə 
olduğunu vurğulayırlar (beləliklə, xüsusi qanunvericiliklə yanaşı, bu biznes 
modelinə müqavilə (öhdəlik) hüququnun normalarının tətbiq edilməsinin də 
tərəfdarıdırlar).
Digər tərəfdən isə ortaqlığın (hüquqi) şəxs kimi tanınmasının tərəfdarları 
ortaqlığın fəaliyyətinin dövlət tərəfindən qeydə alınan xüsusi sənəd – 
nizamnamə – əsasında tənzimlənməsini daha uğurlu ideya hesab edirlər. Bu 
halda ortaqlar arasında hər hansı mübahisə və qeyri-müəyyənliklərin həlli üçün 
müqavilə hüququnun normaları tətbiq edilə bilməz.
Ortaqlıqların biznes modeli kimi istifadəsinin azalmasının əsas səbəbi ortaqlığın 
öhdəliklərinə görə ortaqların (partnyorların) şəxsi məsuliyyət daşımaları faktıdır. 
Lakin bu kimi çatışmazlıqlara rəğmən, ABŞ və Avropa ölkələrində ortaqlıqların 
64
Azərbaycan korporativ hüququnda ortaqlıqlar nizamnamə əsasında formalaşır və fəaliyyət göstərir. 
65
Revised Uniform Partnership Act 1994
66
Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin