Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   9   10   11   12   13   14   15   16   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Korporativ şəxsiyyət 
İnsanların müəyyən birlik yaradaraq hər hansı fəaliyyət göstərmələri (ticarət, 
kənd təsərrüfatı) haqqında məlumatlar qədim Roma hüququ və İngiltərə orta əsr 
hüququna aid materiallarında qeyd edilibdir.
44
Həmin birliklər (assosiasiya, 
gildiyalar və s.) korporasiyaya xas olan müəyyən xüsusiyyətlərə malik 
olmalarına baxmayaraq, müasir anlamda qəbul edilən korporasiyalardan 
(şirkətlərdən) çox uzaq idi. Korporasiyalara (şirkətlərə) münasibətin 
dəyişməsinə, 
korporativ 
formalardan 
istifadənin 
genişlənməsinə 
və 
42
İmtiyazlı səhmlər fərqli imtiyazlar təqdim edən bir neçə "seriya"dan (classes) ibarət ola bilər. 
43
MM-in 106.2 maddəsi 
44
Maximilian Koessler, The Person in Imagination or Persona Ficta of the Corporation, 9 La. L. Rev. (1949), Abatino, 
Depersonalization of Business in Ancient Rome, Oxford Journal of Legal Studies, Vol. 31, No. 2, 2011, J. Patterson, The 
Development of the Concept of Corporation from Earliest Roman Times to A.D. 476 
Accounting Historians Journal. Vol. 10, No. 1. Spring 1983 


35 
ümumiyyətlə, hüquqda yeni istiqamətin – korporativ hüququn – formalaşmasına 
əsas təkan verən hadisələrdən biri 1897-ci ildə Britaniyanın Lordlar Palatasının
45
Salamon v. Salamon & Co. iş üzrə qəbul etdiyi qərardır.
46
Həmin qərara əsasən 
şirkət onu təsis edən (yaradan) şəxsdən ayrıca müstəqil şəxs kimi tanınmalıdır.
Bu işdə çəkməçilik və ticarət ilə məşğul olan şəxs Aron Salomon "Aron Salomon 
Co" adlı şirkət təsis edərək öz biznesini həmin şirkətə ötürür və əvvəlki tək öz 
biznesi ilə məşğul olurdu. Yeganə fərq onda idi ki, artıq o, çəkməçi Aron 
Salomon kimi deyil, "A.Salomon Co." adı altında çalışırdı. Biznesində yaranan 
maliyyə problemləri səbəbindən kreditorlar tələblərinin icra olunmasını məhz 
Aron Salomondan tələb edirdilər. Nəticədə məhkəmə belə qərara gəldi ki, 
kreditorlar (biznesin kreditorları) öz tələblərini Aron Salomona deyil, yalnız 
şirkətə qarşı yönəldə bilərlər. Bu mövqe müasir biznesin əsas ideyalarından 
birinin böyüməsinə səbəb oldu. Həmin ideya inkişaf edərək və bütün dünyaya 
yayılaraq korporativ şəxsiyyət (hüquqi şəxsiyyət) institutunu (və doktrinasını) 
formalaşdırdı. Beləliklə, şirkət yaratdıqda onun iştirakçıları öz aralarında “birlik” 
yaratmış olurlar, ancaq bu “birlik” özü ayrıca hüquqi şəxsiyyətə və hüquqi 
qabiliyyətə malik olur. 
Korporativ qanunvericiliyin böyük hissəsi şirkətin idarə edilməsi məsələsinə 
həsr edilib. Qanunvericilikdə şirkətin qeydiyyat məsələləri, idarəetmə 
orqanlarının funksiyaları, şirkət daxili qərar vermə mexanizmləri və şirkətlərin 
ictimaiyyətə açıqlamalı olduğu məlumatları əhatə edən normalar mövcuddur.
Şirkətlər öz nizamnamələrinə əsasən fəaliyyət göstərirlər, yəni nizamnamələri ilə 
nəzərdə tutulmuş fəaliyyətlə məşğul ola bilərlər.
47
Başqa sözlə desək, şirkət onun 
fəaliyyət qabiliyyəti (capacity) imkan verən fəaliyyətlə məşğul ola bilər. 
45
2009-cu ilədək Lordlar Palatası BB hüququnda ən son (ali) məhkəmə instansiyası hesab edilirdi. Beləliklə, qeyd edilən 
qərarın BB Ali Məhkəməsi tərəfindən qəbul edildiyini demək olar.
46
Bu iş haqqında yuxarıda da qeyd etmişdik. 
47
Bir sıra fəaliyyətlərlə məşğul olmaq üçün şirkətlər dövlətdən xüsusi icazə almalıdır, məs., bank, sığorta, brokerlik.


36 
Korporasiyanın iştirakçıları öz istəklərinə uyğun nizamnaməyə müəyyən 
məhdudiyyətlər əlavə edərək şirkətin fəaliyyət qabiliyyətini məhdudlaşdıra və 
ya əksinə, heç bir məhdudiyyət qoymadan müxtəlif fəaliyyətlərlə məşğul ola 
bilərlər. Beləliklə, fəaliyyət qabiliyyəti dedikdə şirkətin nəyisə etmək hüququnun 
olub-olmaması başa düşülür. 
Digər, lakin əlaqəli məsələ şirkətin orqanının (idarəetmə və icra orqanı) 
səlahiyyətidir. Bildiyiniz kimi, şirkətlər müəyyən orqanların vasitəsilə idarə 
olunur və iradə ifadə edirlər. İdarəetmə və icra orqanları şirkət adından 
müəyyən hərəkətlərin (işlərin görülməsi) edilməsi üçün səlahiyyətləndirilirlər. 
Beləliklə, korporasiyanın direktorları, müdirləri və digər şəxsləri onlara verilmiş 
səlahiyyətlər daxilində şirkət üçün məcburi olan hərəkətləri etmək imkanına 
malikdirlər. 
Lakin şirkətin fəaliyyət qabiliyyətini onun rəhbər şəxsinin səlahiyyətdən 
fərqləndirmək lazımdır. Çünki şirkət hər hansı hərəkəti etmək imkanında ola 
bilər, lakin müəyyən şəxsin (orqanın) səlahiyyəti çatmadığından həmin hərəkətə 
dair şirkəti üçün məcburi olan öhdəlik yarada bilməz. Bu öhdəliyin şirkətin 
fəaliyyət qabiliyyətinə zidd olmamasına rəğmən. 
Korporasiya ayrıca (müstəqil) hüquq subyekti olduğundan onun nizamnamə 
kapitalına qoyulan əmlak və maliyyə vəsaiti verilən andan korporasiyanın 
(şirkətin) mülkiyyəti hesab edilir. Bununla yanaşı, şirkətin əldə etdiyi gəlir və 
fayda mülkiyyət hüququ əsasında yalnız şirkətə məxsus olur. Korporativ 
hüquqdan uzaq olan bəzi insanlar iştirakçısı olduğu şirkətin əmlakına 
hüquqlarının olduğunu düşünürlər.
48
Müəyyən hallarda şirkətin əmlakına 
mülkiyyət hüququnun məhz şirkətə məxsus olduğunu sahibkarlara izah etmək 
48
Bir neçə il əvvəl bir SC-in ümumi yığıncağında iştirak edərkən iki səhmdar arasında düşən mübahisənin şahidi 
olmuşduq. Həmin mübahisədə səhmdarlardan biri digərini qorxutmaq məqsədi ilə belə söylədi: “Şirkətin səhmlərinin 
25%-i mənə məxsusdur və istəsəm, indi şirkətin 25%-ni ayıraraq heç kəsi ora buraxmaya bilərəm, çünki həmin ərazidə 
olan hər şey mənimdir”. Korporativ hüquqdan anlayışı olan digər səhmdar birinci səhmdara ritorik sual verdi: “Sən 
ərazinin hansı 25%-ni ayırmağı düşünürsən? Tullantılar olan hissəni, yoxsa istehsalat sahəsini?” 


37 
çətin olur. Həmin insanlar ümumi paylı mülkiyyət konsepsiyasını hüquqi şəxsə 
də tətbiq etdiklərindən belə qərara gəlirlər. Onlar düşünürlər ki, bir neçə şəxs 
birləşərək özlərinə məxsus əmlak və pulla şirkət yaradıblarsa, şirkətə yatırdıqları 
vəsaitlər həmin şəxslərə məxsus olaraq qalır. Əlbəttə ki, bu, yanlış fikirdir və 
ümumi paylı mülkiyyət konsepsiyası şirkətin əmlakına tətbiq edilə bilməz. 
Səhmdar tərəfindən şirkətə qoyulan vəsaitə aid səhmdarın əşya hüquqlarına 
şirkətə ötürülən andan xitam verilir. Şirkətin fəaliyyəti dövründə əldə edilən 
əmlak və mənfəətin səhmdarlar (iştirakçılar) arasında bölüşdürülməsi haqqında 
qərar qəbul edilənədək hər şey şirkətin mülkiyyəti hesab olunur. Səhmdarlar 
şirkətin idarəetməsində iştirak edə, şirkətin fəaliyyəti ilə bağlı qərarlar qəbul edə, 
səhmdarlara aid digər hüquqları həyata keçirə və mənfəətin bölüşdürülməsi 
qərara alındıqda onlara düşəcək hissəni tələb edə bilərlər. Lakin Azərbaycanda 
şirkətin əmlakının səhmdarların ümumi paylı mülkiyyəti hesab edildiyi 
məhkəmə qərarlarına da rast gəlmək olar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi
49
2009-cu ildə “Azaqrotreyd” ASC-ni paylı mülkiyyət hesab edərək minoritar 
səhmdarlara kompensasiya verilərək mülkiyyət hüquqlarına xitam verilməsini 
qət etmişdir. Məhkəmə bu işdə iddiaçının tələbini təmin edərək belə qənaətə 
gəlmişdir ki, təşkilati hüquqi statusuna görə səhmdar cəmiyyəti olan hüquqi şəxs 
mülki hüquq baxımdan hər bir səhmdarın payı müəyyənləşdirməklə paylı 
mülkiyyət forması kimi qəbul edilməlidir və ASC-in səhmdarları paylı 
mülkiyyət formasının iştirakçıları statusuna malikdirlər. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin