32
ii.
Şirkətlər ayrıca (hüquqi) şəxsiyyətə malikdir.
Bu prinsipin əsasını İngiltərənin korporativ hüququnda vacib məhkəmə
qərarlarından biri olan 1897-ci ildə baxılan
Salomon v. Salomon & Co. işi
qoydu.
36
Bu prinsipə əsasən korporasiya (şirkət) onu təsis və idarə edən şəxslərdən
ayrı şəxs kimi tanınaraq ayrıca əmlak mülkiyyətçisi ola bilər, öz adından
müqavilə (mülki və digər) münasibətləri qura bilər, iddiaçı
və cavabdeh
kimi çıxış edə bilər. Beləliklə, şirkətlər insanların edə biləcəyi bir çox
hərəkətləri edə bilər, çünki bu prinsipə əsasən korporasiya (şirkət)
qanunvericilikdə "şəxs" kimi tanınır. Korporasiyalar ayrıca şəxs
olduğundan heç bir insan (fiziki şəxs)
şirkətin öhdəliklərinə görə
məsuliyyət daşımır.
37
Şirkətin idarəetmə orqanlarının (direktorlar şurası
və icra orqanı) şirkətə dair fidusiar öhdəlikləri var. Onların fidusiar
öhdəlikləri ümumi şəkildə MM-də əks olunub.
38
Qanunvericilikdə bu öhdəliklər çox geniş ifadə olunduğundan onun
praktiki tətbiqi çətin görünür. Hesab edirik ki, yuxarı
instansiya
məhkəmələri fidusiar öhdəliklərin tətbiq edilməsi istiqamətində zəruri
olunan məhkəmə təcrübələri formalaşdırmalıdır.
39
iii.
Korporasiyanın (şirkətin) fəaliyyətini tənzimləyən əsas sənəd şirkətin
nizamnaməsidir.
Korporativ hüquq nəzəriyyəsində şirkətin nizamnaməsi konstitusiyası
kimi qiymətləndirilir. Daha liberal korporativ qanunvericiliyə malik olan
ölkələrdə şirkətin nizamnaməsinin rolu çox böyükdür. Ümumi qaydaya
36
Salomon v A
Salomon &
Co[1897] AC 22. Şirkətlərin məhdud məsuliyyət prinsipi bu iş əsasında formalaşıb.
37
Məhdud məsuliyyət prinsipindən sui-istifadələrin nəticəsində korporativ hüququn inkişaf
etdiyi ölkələrdə sui-
istifadələrin qarşısını almaq üçün "korporativ örtüyün qaldırılması" (Piercing the Corporate Veil/Lifting Corporate Veil)
doktrinası formalaşdırılmışdır.
38
MM, maddə 49.3.
39
Əslində bir çox ölkələrdə fidusiar öhdəliklər doktrinası məhz məhkəmələr tərəfindən inkişaf etdirilib.
33
görə şirkətlər insanların birliyi (ortaqlığı) nəticəsində formalaşır və bu
birlik çərçivəsində münasibətlər müqavilə (öhdəlik) hüququ ilə
tənzimlənir. Bu baxımdan nizamnaməni bütün səhmdarlar üçün məcburi
olan müqavilə kimi qiymətləndirmək olar.
iv.
Korporasiyanın (şirkətin) ali orqanı səhmdarların (iştirakçıların) ümumi
yığıncağıdır. Həmin orqanın razılığı ilə şirkətin fəaliyyəti müəyyən
olunur
və nizamnaməyə dəyişikliklər edilir. Direktorlar şurası (müşahidə şurası)
şirkətin idarəetməsinə və fəaliyyətinə nəzarət edilməsinə cavabdeh
orqandır. Bununla yanaşı, səhmdarlar (iştirakçılar) şirkətin sahibləri hesab
edilir. Həmçinin nəzərə almaq lazımdır ki, səhmdarlar (iştirakçılar)
birbaşa şirkətin əmlakının sahibi deyillər.
v.
Səhmdarlar (iştirakçılar) şirkətin adından iddia qaldıra bilməzlər.
Əgər şirkətə zərər vurulubsa, zərərin əvəzinin ödənilməsi tələbini məhz
şirkət özü irəli sürə bilər. Lakin müəyyən hallarda
şirkətə zərəri onun
direktorları və icra orqanı (rəhbər şəxsi) vura bilər. Bu zaman həmin
şəxslərin sui-istifadəsindən və ya vicdansızlığından şirkətə və dolayısı ilə
səhmdarlara ziyan dəyir. Məhz həmin orqanlar şirkəti təmsil etdiyindən
onlar tərəfindən şirkətin adından özlərinə qarşı iddia qaldırmaları
inandırıcı deyil. Belə məsələlərin həlli üçün ABŞ və İngiltərə
40
məhkəmə
təcrübəsində derivativ iddia (
derivative claim) institutu formalaşmışdır və
sonradan qanun norması kimi korporativ qanunvericiliklərə əlavə
edilmişdir.
41
Azərbaycan korporativ hüququnda
bu məsələyə aid ümumi
norma var. MM-in 49.3-cü maddəsinin son cümləsində qeyd edilib ki,
şirkətin səhmdarı (iştirakçısı) şirkətə dəymiş zərərin əvəzinin
40
Rusiya, Qazaxıstan və Ukraynanın korporativ hüquq təcrübəsində də bu institut yer almışdır.
41
Məs, UK Companies Act 2006s. 206; s. 990.
34
ödənilməsini vəzifəli şəxsdən tələb edə bilər. Lakin hesab edirik ki,
mövcud norma çox "çiy" vəziyyətdədir və uğurlu tətbiq edilməsi üçün bir
sıra prosessual məsələlər öz həllini tapmalıdır.
vi.
SC-nin müxtəlif növlü səhmləri ola bilər:
adi səhm, imtiyazlı səhm,
42
konvertasiya oluna bilən səhm. Lakin səhmlərə sahib olması faktı
səhmdarın şirkətin əmlakına heç bir mülkiyyət hüququ yaratmır. Yalnız
şirkət ləğv edildikdən sonra səhmdar öz səhmlərinə (payına) proporsional
şəkildə şirkətin əmlakını ala bilər. Adi səhmlər səhmdarlara şirkətin
ümumi yığıncağında səs vermək hüququnu verir. Həmçinin onlar
səhmdarlara dividend almaq hüququnu verir. Adi səhmlərdən fərqli olan
imtiyazlı səhmlər ümumi qaydaya görə öz sahiblərinə sabit dividend
almaq və şirkətin ləğvindən sonra qalan əmlakın
hissəsini almaqda
üstünlük hüququnu verir.
43
Bununla yanaşı, səhmdarlar şirkətin
nizamnaməsində imtiyazlı səhmlərə digər hüquqlar da verə bilərlər.
Dostları ilə paylaş: