81
bəhrələnərək korporativ qanunvericiliyin müvafiq
hissələrində islahatlar
keçirmək lazımdır.
Hazırkı qanunvericilikdə yenidən təşkil anlayışı verilmədiyindən,
təcrübədə bu
prosesi şirkətin fəaliyyətinin bitməsi ilə eyniləşdirirlər. Lakin bu mövqe ilə tam
razılaşmaq olmaz, çünki bu yanaşma bütün yenidən təşkil halları
üçün istifadə
edilə bilməz (məsələn, ayrılma zamanı hüquqi şəxsin dayandırılması baş
vermir). Şirkətlərin yenidən təşkili könüllü və məcburi qaydada aparıla bilər.
Birinci halda şirkətin yenidən təşkili prosesi onun səhmdarlarının (iştirakçıların)
qərarı əsasında həyata keçirilir və yuxarıda adı çəkilən formalardan biri ilə baş
verir. İkinci halda yenidən təşkil məhkəmənin qərarı ilə və yalnız bölünmə və ya
ayrılma formasında həyata keçirilir.
138
Qeyd etmək lazımdır ki,
bu mexanizm
yalnız qanunla müəyyən edilmiş hallarda istifadə oluna bilər.
Əksər halda şirkətin yenidən təşkili könüllü qaydada baş verir. Şirkətlərin
könüllü yenidən təşkili, əsasən, aşağıdakı səbəblərə görə baş verir.
Dostları ilə paylaş: