149
Wendy B. Davis, De Facto Merger, Federal Common Law, and Erie: Constitutional Issues in Successor Liability, 2008
Colum. Bus. L. Rev 529
150
MM-nin 56-cı maddəsi
151
"Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Qanun, maddə 5, 5.5., MM, maddə 57.2
88
təslim aktında və bölünmə balansında yenidən təşkil olunan şirkətin öhdəlikləri
üzrə bütün kreditor və borclularına aid hüquqi varislik haqqında müddəalar,
eləcə də mübahisə edilən öhdəliklər və hüquqi varisliyin müəyyən edilməsi
qaydası da daxil olmalıdır. Yenidən təşkildə “yox olan” şirkətin hüquq və
öhdəlikləri ümumi hüquqi varisliyi əsasında tam şəkildə “qalan” şirkətə və ya
yaradılan şirkətlərə ötürülür.
152
Qanunvericilik ümumi hüquqi varisliyi ilə
şirkətin kreditorlarının hüquqlarının müdafiəsini təmin etməyə çalışır. Lakin
qeyd etmək lazımdır ki, yenidən təşkildə öhdəliklərin ötürülməsinə rəğmən,
kreditorların razılığının alınmasını təsbit edən MM-in 522.1-ci maddəsi burada
tətbiq edilmir. Yəni kreditorlar yenidən təşkil prosesində öhdəliklərin
ötürülməsinə mane ola bilməzlər.
153
Bu səbəbdən qanunvericilik yenidən təşkil
prosesini həyata keçirən şirkət(lər) üzərinə kreditorların məlumatlandırılması
öhdəliyini qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericilik tələb edir ki,
yenidən təşkil haqqında qərar qəbul etmiş orqan mütləq qaydada bütün
kreditorlarını bu haqda məlumatlandırmalıdır.
154
Hesab edirik ki, qanunvericilik
məhz hər bir kreditoru şirkətin yenidən təşkili haqqında malumatlandırmaq
vəzifəsini müəyyən edir. Çünki yalnız fərdi məlumatlandırma kreditorların öz
hüquqlarını müdafiə etmək imkanını vermiş olur. Kütləvi informasiya
vasitələrində yenidən təşkil haqqında məlumatın yayımlanması yalnız fərdi
məlumatlandırmaya əlavə üsul kimi qiymətləndirilməlidir və əsla əsas
məlumatlandırma yolu kimi qəbul edilməməlidir.
152
MM-nin 136.1.-ci maddəsi
153
Yenidən təşkil haqqında məlumat aldıqdan sonra öhdəliklərin vaxtından əvvəl icrası tələbi ilə qarışıq salmayın.
154
MM-nin 58.1-ci maddəsi
|