Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Nizamnamə kapitalının artırılması



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə42/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   38   39   40   41   42   43   44   45   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Nizamnamə kapitalının artırılması 
SC-nin nizamnamə kapitalının artırılması prosesi səhmlərin emissiyası və 
yerləşdirilməsi prosesi ilə əlaqəlidir. SC-nin nizamnamə kapitalı səhmlərin 
nominal dəyərinin artırılması və ya əlavə səhmlərin buraxılması yolu ilə artırıla 
bilər.
MMC-nin 
nizamnamə 
kapitalının 
artırılması 
prosedurası 
artırmanın 
mənbəyindən asılı olaraq fərqlənir. Yəni nizamnamə kapitalının artırılmasının 
hüquqi tənzimlənməsi və prosesi bu artırılmanın mənbəyindən asılıdır və 
bununla əlaqədar, şirkətin nizamnamə kapitalının artırılması onun əmlakı, 
iştirakçılarının əlavə qoyuluşları və şirkətə qəbul edilən üçüncü şəxslərin 
hesabına mümkün olduğu nəzərdə tutulub. MMC-nin nizamnamə kapitalının 
onun əmlakı hesabına artırılması şirkətin iştirakçılarının ümumi yığıncağının 
qərarı ilə həyata keçirilir. Şirkətin nizamnamə kapitalının onun əmlakı hesabına 
artırılması zamanı şirkətin bütün iştirakçılarının paylarının miqdarı dəyişmədən 
nominal dəyərləri proporsional olaraq artır.
185
Şirkətin nizamnamə kapitalının 
onun iştirakçılarının əlavə qoyuluşları hesabına artırılması da iştirakçıların 
ümumi yığıncağının qərarı ilə həyata keçirilir.
186
MMC iştirakçılarının ümumi yığıncağı nizamnamə kapitalının artırılması barədə 
qərarı şirkətin iştirakçısının əlavə maya qoymaq haqqında ərizəsi əsasında və 
185
MM-nin 90.5-cı maddəsi 
186
MM-nin 90.6-cı maddəsi 


108 
nizamnamə ilə qadağan edilməyibsə, üçüncü şəxsin (üçüncü şəxslərin) şirkətə 
qəbulu və əmanətin daxil edilməsi haqqında ərizəsi əsasında qəbul edə bilər.
187
Şirkətin nizamnamə kapitalının ayrı-ayrı iştirakçılar və ya üçüncü şəxslərin 
mayalarının hesabına artırılması digər iştirakçıların hüquqlarının həcmini 
dəyişir, çünki payın miqdarının dəyişməsi baş verir. Bu səbəbdən hesab edirik 
ki, şirkətin nizamnaməsində bu qərarın qəbul edilməsi üçün yüksək səsvermə 
tələblər müəyyən etmək məqsədəuyğundur.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin