Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə45/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   41   42   43   44   45   46   47   48   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Xırdalanmış (bölünmüş) səhmlər 
Xırdalanmış səhm öz mahiyyətinə görə səhmin hissəsi hesab olunur (onun 
nominal dəyərinin hissəsi). Bir şəxs iki və daha çox eyni kateqoriyalı (tipli) 
xırdalanmış səhm əldə edirsə, bu səhmlər xırdalanmış səhmlərin cəminə bərabər 
olan bütöv səhmi təşkil edir.
Qanunvericilikdə bir neçə şəxsin bir səhmə ümumi mülkiyyətinə yol verilir. 
Məsələn, səhmə ümumi mülkiyyət onun vərəsəlik yolu ilə keçdiyi hallarda 
yarana bilər. Ümumi mülkiyyətdə olan səhmə sahiblik, ondan istifadə və 
194
MM-nin 992.2-ci maddəsi 
195
Sənədsiz qiymətli kağızların hüquqi statusu Avropa və MDB ölkələrinin hüquqşünasları arasında aktiv müzakirə 
mövzusudur.
196
QKDK sədrinin 11.05.2012-ci il tarixli N 7-li Qərarı ilə təsdiq edilmişdir.


114 
sərəncam verilməsi qanunvericiliyin ümumi paylı mülkiyyətə aid normalarına 
müvafiq həyata keçirilir. Bu da öz növbəsində müəyyən çətinliklər yaradır: 
məsələn, ümumi mülkiyyətdə olan səhmlə bağlı səsvermə zamanı yaranan 
çətinliklər.
Mübahisəli məsələ xırdalanmış səhmlərin sahibinə məxsus hüquqların həcmi 
məsələsidir. Ümumi fikrə görə, xırdalanmış səhm öz sahibinə müvafiq 
kateqoriyalı səhm tərəfindən verilən hüququ verir, lakin bütöv səhmin ona 
məxsus olan hissəsinə uyğun olan həcmdə. Məsələn, səhmin ½ hissəsinə malik 
olan səhmdar ümumi yığıncaqda bir səslə deyil, ½ səslə iştirak edir. 
İstiqrazlar 
İstiqraz –sahibinin istiqrazın emitentindən (istiqraz buraxan şəxslər) nəzərdə 
tutulmuş müddətdə onun nominal dəyərini və bu dəyərdən qeyd edilmiş faizi və 
ya digər əmlak ekvivalentini almaq hüququnu təsdiq edən qiymətli kağızdır.
197
İstiqrazlar istiqrazın sahibi və istiqrazı buraxan şəxs arasında borc (öhdəlik) 
münasibətləri yaradır. İstiqrazı həm dövlət, həm də şirkətlər buraxa bilər. 
Bundan asılı olaraq, dövlət və hüquqi şəxslərin (korporativ istiqrazlar) 
istiqrazları ayırd edilir.
Korporativ istiqrazlar hüquqi şəxslər tərəfindən borc kapitalının formalaşması 
üçün buraxılır. Təcrübədə istiqrazlar böyük şirkətlər, bank və sığorta şirkətləri 
tərəfindən geniş istifadə olunan maliyyə alətidir, çünki şirkət üçün istiqrazlar 
səhmlər kimi pul vəsaitlərinin cəlb olunması mənbəyi hesab edilir. Lakin 
səhmlərdən fərqli olaraq, istiqraz sahiblərinin şirkət ilə münasibətləri tam fərqli 
hüquqi təbiətə malikdir. Buraxılma formasından asılı olaraq, istiqraz sənədli və 
sənədsiz formalarda ola bilər. Sənədsiz istiqrazlar ancaq adlı ola bilər.
197
MM-nin 1070-ci maddəsi. 


115 
Qanunvericilikdə şirkətin ödəmə qabiliyyətindən irəli gələrək korporativ 
istiqrazların buraxılması üzrə məhdudiyyətlər müəyyən edilib. Əks halda, bu, 
vicdansız emitentlər tərəfindən sui-istifadələrə yol aça bilər. Bu səbəbdən şirkət 
öz nizamnamə kapitalının məbləğindən və ya bu məqsədlər üçün üçüncü şəxslər 
tərəfindən şirkətə verilmiş təminatdan yuxarı məbləğdə istiqrazlar buraxa 
bilməzlər.
198
Lakin nizamnamə kapitalının müəyyən abstraktlığını nəzərə alaraq 
(yəni nizamnamə kapitalının böyük miqdarı reallıqda bu pulların olmasının və 
müvafiq olaraq, ödəmə qabiliyyətinin də dəqiq göstəricisi deyil) şirkətin ödəmə 
qabiliyyətinin mühasibatlıq və maliyyə göstəriciləri əsasında müəyyən edilməsi 
məqsədəuyğundur. 
Səhmlərdən fərqli olaraq, istiqrazlar öz sahiblərinə müəyyən edilmiş vaxtda 
müəyyən faizin alınması hüququnu verir. İstiqrazlar üzrə ödənişlər (kupon 
faizləri) həyata keçirilmədiyi halda,
199
istiqrazları buraxan şirkətin ödəmə 
qabiliyyətinin itirildiyi elan oluna bilər və qanunla müəyyən edilmiş qaydada 
müflis hesab edilə bilər. İstiqrazlar üzrə faizlərin ödənilməsi bir qayda olaraq, 
kupon əsasında həyata keçirilir. Kuponların sayı istiqrazın ödənişinə qədər 
faizlərin ödənilməsi sayına bərabərdir. Bu ödəniş faktı istiqraza əlavə edilən 
kuponun götürülməsi və ya ödənişin həyata keçirilməsi haqqında qeydlə 
təsdiqlənir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin