Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Nizamnamə kapitalının azaldılması



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə43/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   39   40   41   42   43   44   45   46   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Nizamnamə kapitalının azaldılması 
Şirkət öz arzusu ilə nizamnamə kapitalını azalda bilər, qanunda nəzərdə 
tutulmuş müəyyən hallarda isə məcburi azaltmalıdır.
188
Şirkətin nizamnamə 
kapitalının azaldılması öhdəliyi ilk növbədə onun xalis aktivlərinin dəyərinin 
dəyişilməsi ilə bağlı yaranır. SC-nin nizamnamə kapitalının azaldılması 
səhmlərin nominal dəyərinin azaldılması (şirkətin bütün səhmdarların 
səhmlərinin) və səhmlərinin ümumi sayının azaldılması ilə həyata keçirilə 
bilər.
189
Əgər ikinci və sonrakı maliyyə illərinin sonunda şirkətin xalis aktivlərinin dəyəri 
onun nizamnamə kapitalından az olarsa, şirkət məcburi olaraq öz nizamnamə 
kapitalını onun xalis aktivlərinin dəyərini aşmayan miqdara qədər azaltmalıdır 
və bu azaldılmanı müvafiq olaraq qeydiyyata almalıdır. Əgər bu zaman xalis 
aktivlərin dəyəri nizamnamə kapitalının qanunvericilik tərəfindən müəyyən 
edilmiş minimal miqdarından az olarsa, şirkət ləğv olunmalıdır.
Şirkətin nizamnamə kapitalının azaldılmasının 
mütləq şərti şirkətin 
kreditorlarını xəbərdar etməkdir. Şirkətin nizamnamə kapitalının azaldılması 
haqqında qərarın qəbul edildiyi tarixdən şirkət ona məlum olan bütün 
187
MM-nin 90.6-cı maddəsi
188
MM-nin 90.4-cü maddəsi 
189
Şirkətə məxsus olan səhmlərin ləğv edilməsi ilə


109 
kreditorları nizamnamə kapitalının azaldılması və onun yeni miqdarı barədə 
yazılı xəbərdar etməlidir. Bununla yanaşı, şirkətin kreditorları qəbul olunmuş 
qərar haqqında xəbərdarlıq aldıqdan sonra bir ay ərzində şirkətin öhdəliklərini 
vaxtından əvvəl bitməsini və ya bu öhdəliklərin yerinə yetirilməsini və zərərin 
ödənilməsini yazılı şəkildə tələb edə bilərlər.
Şirkətin kreditorlarını onun nizamnamə kapitalının azaldılması barədə xəbərdar 
etmək zərurəti, mahiyyətinə görə, nizamnamə kapitalının təminat funksiyasının 
həyata keçirilməsidir. Nizamnamə kapitalının azaldılması barədə bildirişin 
təqdim 
olunmasının 
kreditorların 
maraqlarını 
qoruduğunu 
düşünən 
mütəxəssislər mövqelərini onunla əsaslandırırlar ki, kreditorlar şirkətlə öhdəlik 
münasibətlərinə girəndə həmin anda şirkətin nizamnamə kapitalını nəzərə 
almışdılar. Ancaq bununla yanaşı, nə qanunverici, nə də hüquqi doktrina 
nizamnamə kapitalı ilə şirkətin kreditorlar qarşısında öhdəliyinin yerinə 
yetirilməsi arasında hansı hüquqi əlaqənin olduğunu əsaslandıran izahat 
verməyiblər. Hesab edirik ki, nizamnamə kapitalının miqdarı yanlış olaraq 
şirkətin öhdəliklərinin yerinə yetirilməsinin təminatı üsulu kimi başa düşülür və 
bu səbəbdən “təminatın” azaldılması ancaq kreditoru məlumatlandırdıqdan 
sonra baş verə bilər.
Lakin əvvəl qeyd etdiyimiz kimi, nizamnamə kapitalı – şərti ölçüdür, öz-
özlüyündə şirkətin öhdəliklərinin zəmanəti və təminatı deyil, ona görə də 
nizamnamə kapitalının dəyişməsi şirkətin kreditorlarının hüquqlarına birbaşa 
təsir göstərmədiyini düşünürük.
Şirkətin 
mövcud 
kreditorlarının 
borcların 
artması 
və 
aktivlərin 
özgəninkiləşdirilməsi barədə xəbərdar edilməsi daha məntiqli olardı. Hesab 
edirik ki, kreditorlara nizamnamə kapitalının azaldılması barədə xəbərdarlıq 
edilməsi tələbi tərəflərin hüquqi müdafiəsinə deyil, hüquqi problemlər və 
hüquqdan mümkün sui-istifadələrə səbəb ola bilər.


110 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin