Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   42   43   44   45   46   47   48   49   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Səhm və istiqrazın fərqi 
Emissiya qiymətli kağızları olaraq və eyni məqsədə
200
xidmət göstərməsinə 
baxmayaraq, səhmlər və istiqrazlar öz hüquqi təbiətinə görə bir-birindən 
fərqlənir. İstiqraz borc öhdəliyidir, istiqrazın sahibi şirkətin kreditoru hesab 
olunur. İstiqrazdan fərqli olaraq, səhm şirkətdə iştirak hüququ verir, onun sahibi 
isə şirkətin “sahibi” hesab olunur. Bununla yanaşı, istiqraz müəyyən (sabit) faiz 
198
MM-nin 1078-11.5-ci maddəsi. 
199
Bu vəziyyət “defolt” adlandırılır. 
200
Hər iki kağızın buraxılmasının yekun məqsədi şirkət üçün əlavə maliyyə vəsaitlərin əldə edilməsidir.


116 
hüququ, səhm isə xalis mənfəətin ölçüsündən asılı olan dividend hüququ verir. 
Eləcə də şirkətin ləğv olunması və ya müflisləşməsi zamanı istiqraz öz sahibinə 
tələblərinin ödənişini şirkətin əmlakı hesabına ödənilməsi hüququ verir, 
səhmdarlar isə şirkətin bütün borclarının ödənilməsindən sonra qalan hissəyə 
ümid edə bilərlər. Yuxarıda göstərilən fərqlərdən başqa səhmlər və istiqrazlar 
digər əsaslara görə də fərqləndirilir. Belə ki, səhm ancaq SC tərəfindən buraxıla 
bilər, istiqrazlar isə müxtəlif təşkilati-hüquqi formaya malik olan şirkətlər, eləcə 
də dövlət qurumları (məs., bələdiyyələr, dövlət şirkətləri) və hətta dövlətin özü 
tərəfindən buraxıla bilər.
İstiqraz müddətli qiymətli kağız kimi müəyyən edilmiş vaxtda ödənilməlidir. 
Səhm isə müddətsiz qiymətli kağızdır, səhmlərin ödənilməsi və ya ləğv edilməsi 
qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilir. Səhmlər və istiqrazlar 
nominal dəyərə malikdir. Ancaq səhm üçün nominal dəyərin hüquqi əhəmiyyəti 
olmadığı halda, istiqrazlar üçün nominal dəyərin mühüm əhəmiyyəti var, çünki 
istiqrazda nominala olan münasibətdə faizlər ödənilir. 
Korporativ qiymətli kağızların emissiyasının hüquqi tənzimlənməsi 
Qiymətli kağızların yerləşdirilməsi üzrə emitentin fəaliyyətinin məcmusu 
emissiya adlanır.
201
Mülki Məcəllə ilə yanaşı, korporativ qiymətli kağızların 
emissiyası QKDK-nin normativ hüquqi aktları ilə tənzimlənir. Qanunvericilik 
emissiya qiymətli kağızların sırasına səhmləri, istiqrazları, mənzil sertifikatları, 
dövlət və bələdiyyə qiymətli kağızları və emitentin opsionunu aid edir. 
“Emissiya qiymətli kağızları” və “investisiya qiymətli kağızları” anlayışlarına 
gəldikdə isə hesab edirik ki, bütün emissiya qiymətli kağızları investisiya 
qiymətli kağızlardır, çünki investisiyaların həyata keçirilməsi, yəni gəlir və (və 
ya) digər xeyirli nəticə əldə etmək məqsədilə sahibkarlıq və (və ya) digər 
fəaliyyət obyektlərinə yatırımlar üçün təyin edilib.
201
MM-nin 1078-ci maddəsi. 


117 
Korporativ qiymətli kağızlara şirkətlər (korporasiyalar) tərəfindən buraxılan 
bütün qiymətli kağızları aid etmək olar. Lakin biz bu kitabda şirkətlər tərəfindən 
buraxılan səhmlər və istiqrazlar haqqında məlumat verəcəyik. Korporativ 
qiymətli kağızların emitentləri müxtəlif təşkilati-hüquqi formalı şirkətlərdir və 
onlar qiymətli kağızların sahibləri qarşısında öhdəliklər daşıyırlar. Qiymətli 
kağızların bəzi növləri yalnız müəyyən təşkilati-hüquqi formada (məsələn, 
səhmlər ancaq SC tərəfindən buraxıla bilər) olan şirkətlər tərəfindən buraxıla 
bilər. Bununla yanaşı, xüsusi tənzimlənən
202
fəaliyyətlə məşğul olan şirkətlər 
emissiya prosesini tənzimləyən qanunvericiliklə bərabər özlərinə aid xüsusi 
qanunvericilik normalarının tələblərini nəzərə almalıdırlar. Şirkətin hansı 
mərhələdə
203
olmasına baxmayaraq, emissiya prosesi və tənzimləmə 
mexanizmləri fərqlənə bilər. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin