132
olduğundan ümumi yığıncağın səlahiyyəti daha geniş məsələləri əhatə edir.
Həmçinin bir çox MMC-lərdə direktorlar şurası yaradılmır və ümumi yığıncaq
bütün nəzarət səlahiyyətlərini həyata keçirir.
MMC-nin növbəti və növbədənkənar ümumi yığıncağı
MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağı nizamnamə ilə müəyyən
edilmiş müddətlərdə, lakin ildə bir dəfədən az olmamaqla keçirilir. Yığıncaq
MMC-nin icra orqanı ilə çağırılır, əgər nizamnamədə direktorlar şurasının
yaradılması nəzərdə tutulubsa, bu məsələ onun səlahiyyətinə aid edilə bilər.
MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması və
keçirilməsi qaydası MM-in 91-ci maddəsi ilə tənzimlənir. MMC iştirakçılarının
növbədənkənar ümumi yığıncağı nizamnamə ilə müəyyən edilmiş hallarda,
eləcə də şirkət və onun iştirakçılarının maraqlarına cavab verən istənilən digər
hallarda keçirilir.
MMC iştirakçılarının növbədənkənar ümumi yığıncağı şirkətin icra orqanın
təşəbbüsü, direktorlar şurası, şirkətin təftiş komissiyası, auditor, eləcə də
iştirakçıların ümumi səslərinin onda birindən az olmayan səsə malik olan
iştirakçıların
tələbi
ilə
çağırılır.
Qanunvericilik
SC
səhmdarlarının
növbədənkənar ümumi yığıncağından fərqli olaraq, MMC-nin iştirakçılarının
növbədənkənar ümumi yığıncağının keçirilməsi haqqında tələblərə baxılmasının
dəqiq müddətini müəyyən etməyib və bu, şirkəti idarə edən iştirakçılar və icra
orqanları tərəfindən sui-istifadə üçün zəmin yaradır.
Dostları ilə paylaş: