137
yığıncaqda səhmdarlar və iştirakçıları şəxsən, yaxud etibarnamə (vəkalətnamə)
əsasında fəaliyyət göstərən nümayəndələri vasitəsilə iştirak edə bilərlər.
Qanunvericilikdə səhmdarların (iştirakçıların) hüquqlarını təmin edən və ümumi
yığıncağın işinin təşkilinə yönələn müəyyən (az olsa da) prosedur normaları da
mövcuddur. Bunların sırasına ümumi yığıncağın keçirilmə yeri və vaxtının
müəyyənləşdirilməsi, iştirakçıların gündəlikdəki məsələlərlə (material) tanış
olmaq imkanı və s. aiddir.
Müəyyən edilmiş prosedur tələblərinə əməl olunması ümumi yığıncaq
tərəfindən qəbul edilmiş qərarların qanuniliyinin şərtidir. Belə ki, tələblərin
pozulması ümumi yığıncağın qərarlarının etibarsız sayılması üçün əsas ola bilər,
xüsusilə, bura aiddir:
-
ümumi yığıncağın keçirilməsi tarixi barədə səhmdarın vaxtında
xəbərdarlıq edilməməsi;
-
səhmdara yığıncağın gündəliyinə daxil olan məsələlər üzrə zəruri
məlumatla (materiallarla) tanış olmaq imkanının verilməməsi.
Dostları ilə paylaş: