145
səhmdarların direktorlar şurasına namizədliyinin irəli sürülməsi və seçilməsi
prosesində iştirak imkanını məhdudlaşdırır. Beləliklə, majoritar səhmdarlar
tərəfindən minoritar səhmdarların şirkətin idarəetməsindən uzaqlaşdırılması
üçün qanunlarda əlavə boşluq axtarmağa ehtiyac yoxdur.
Minoritar səhmdarlara direktorlar şurasına namizədləri təqdim etmək
hüququnu verən normanı müəyyən etmək lazımdır. Həmçinin hesab edirik ki,
direktorlar şurasının üzvlərinin seçilməsinin kumulyativ səsvermə qaydasında
keçirilməsini müəyyən edən normanı əlavə etmək gərəkdir. Zənnimizcə, SC-də
direktorlar şurasının üzvlərinin mütləq qaydada kumulyativ səsvermə ilə
seçilməsi yolu ilə səhmdarların hüquqlarının minimal qorunmasına nail olmaq
mümkündür. SC-də kumulyativ səsvermə prosedurasının tətbiq edilməsini
müəyyən edən norma minoritar səhmdarların öz nümayəndələrinin direktorlar
şurasının tərkibinə seçilməsi hüququnu təmin edə bilər.
Dostları ilə paylaş: