Direktorlar şurası tərəfindən qərarların qəbul edilməsi
SC-nin direktorlar şurasının iclası direktorlar şurasının sədri tərəfindən şəxsi
təşəbbüsü, direktorlar şurasının üzvləri, təftiş komissiyası, auditor, şirkətin icra
orqanı, eləcə də nizamnamə ilə müəyyən olunmuş digər şəxslərin tələbi ilə
çağırılır. Direktorlar şurasının qərarları onun iclaslarında qəbul olunur,
nizamnamə və ya daxili sənədlərlə nəzərdə tutulmuş hallarda isə direktorlar
şurasının iclasında iştirak etməyən üzvün yazılı rəyi nəzərə alınmaqla, eləcə də
qiyabi səsvermə yolu ilə qəbul oluna bilər. Direktorlar şurası tərəfindən iclas
üçün yetərsay şirkətin nizamnaməsi ilə müəyyən edilir, lakin şura üzvlərinin
sayının yarısından az olmamalıdır. Direktorlar şurasının qərarları hər bir üzvün
bir səsə malik olmasıyla sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər
bölündükdə şura sədrinin səsi qərarın qəbul və ya rədd edilməsi üçün həlledici
hesab olunur.
227
Direktorlar şurasının üzvləri öz səs hüquqlarını digər şəxsə,
227
MM-nin 107-9.2-ci maddəsi
146
eləcə də digər şura üzvünə ötürə bilməz. Bu məhdudiyyətin əsas səbəbi
direktorlar şurasının (üzvlərinin) öz fəaliyyətlərinə görə şəxsi məsuliyyət
daşımalarıdır.
Direktorlar şurasının sədri direktorlar şurasının fəaliyyətini təşkil edir, iclas
çağırır, orada sədrlik edir.
228
Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa,
bir qayda olaraq, sədr şura üzvlərindən səs çoxluğu ilə seçilir.
Direktorlar şurasının üzvləri ümumi yığıncaq tərəfindən seçilir, lakin
qanunvericilik,
direktorlar
şurası
və
şirkət
arasında
münasibətlərin
rəsmiləşdirilməsi barədə konkret tələb qoymayıb (ümumi yığıncağın müvafiq
qərarından başqa). Nəticədə bu münasibətlərin təbiəti barədə mübahisələr
davam edir, hüquqşünasların bir qismi bu münasibətləri mülki-hüquqi sahəyə
aid edirlər, digərləri isə əmək qanunvericiliyi ilə tənzimləndiyini vurğulayırlar.
Direktorlar şurası və şirkət arasında yaranan münasibətlərin hansı hüquq
sahəsinə aid edilməsi vergitutma məsələləri üçün də vacibdir.
Direktorlar şurasının sədri (üzvü) ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi
təcrübəsini tamamilə yanlış olduğunu hesab edirik. Şura tərkibinə daxil olan
şəxslər bu məsələlər üzrə şirkətlə əmək münasibətlərində olmamalıdırlar, çünki
əmək münasibətlərinin mövcudluğu daxili əmək nizam qaydalarına, şirkətin
rəhbərinin əmrlərinə (sərəncamlarına) riayət olunmaması ilə şərtləndirilir. Bu isə
direktorlar şurasının fəaliyyətinin təbiətinə ziddir, çünki şuranın əsas
vəzifələrindən biri məhz şirkətin cari rəhbərliyini həyata keçirən orqan üzrə
nəzarətdir.
Həmçinin nəzərə almaq lazımdır ki, direktorlar şurasının seçilməsi və
səlahiyyətlərinə xitam verilməsi birtərəfli xarakter daşıyır, belə ki üzvün
228
MM-nin 107-8-ci maddəsi
147
seçilməsi və səlahiyyətlərinə xitam verilməsi tam olaraq, ümumi yığıncağın
səlahiyyətlərinə aiddir və direktorlar şurasının iradəsindən asılı deyil.
229
MM-in 91.3.2., 91.3.4., 106-1.3.1., 107.1.2-ci maddələrinə əsasən şirkətin idarəetmə
və nəzarət orqanı səlahiyyətləri ümumi yığıncağın qərarı ilə müəyyən edilir.
Beləliklə, direktorlar şurası tərəfindən səlahiyyətlərin əldə edilməsi üçün əsas
onun ümumi yığıncaq tərəfindən seçilmə faktıdır. Şuranın üzvlərinin vəzifədən
uzaqlaşdırılması öz hüquqi təbiəti və nəticələri ilə ƏM-nə əsasən işçinin işdən
uzaqlaşdırılmasından fərqlənir.
MM-in 107.1.2 və 107.1.3-cü maddələrində qeyd edilən “səlahiyyətlərinə
vaxtından əvvəl xitam vermək” ifadəsi ümumi yığıncaq tərəfindən şirkətlə
korporativ münasibətlərdə olan idarəetmə orqanlarının fəaliyyətinə tez reaksiya
vermək üçün nəzərdə tutulub. Belə normanın zərurəti idarəetmə və nəzarət
orqanı üzvünün spesifik statusu ilə bağlıdır.
Korporativ münasibətlərin təbiəti tələb edir ki, müəyyən hallarda (məsələn,
şirkətin maraqlarına zərər vuran) direktorlar şurasının üzvünün səlahiyyətinə
tez bir zamanda xitam verə bilsinlər. Bu müdafiə forması şirkət üzərində
müəyyən səlahiyyətlərə malik olan şəxslərə qarşı xüsusi hərəkət hesab edilir və
əmək hüququ çərçivəsində baxılmamalıdır.
Qanunvericilikdə şuranın üzvlərinə ödəniş məsələsi əks olunmasa da, ümumi
yığıncaq direktorlar şurasının üzvlərinin mükafatlandırılması məsələsi üzrə
qərarlar qəbul edə bilər. Mükafatlandırılma məsələsi ilə bağlı yaranan sualları da
əmək qanunvericiliyi ilə həll etmək cəhdlərinə rast gəlmək olar. Əlbəttə, bunu
düzgün təcrübə hesab etmək olmaz.
Bəs yazılı müqavilə olmadan direktorlar şurasının üzvünə mükafat ödənilə bilər
mi?
229
Əlbəttə, direktorlar şurasına təyin olunmaq üçün şəxsin iradəsi və razılığı nəzərə alınır.
148
Sözsüz ki, yazılı müqavilə olduqda ödənilən mükafatı əsaslandırmaq və şirkətin
xərclərinə aid etmək daha asandır. Bu halda bu müqavilə daha çox mülki-hüquqi
xarakter daşıyacaq. Lakin yazılı müqavilə olmadıqda belə, mükafatın ödənişini
ümumi yığıncağın müvafiq qərarı ilə əsaslandırmaq mümkündür.
Belə ki, direktorlar şurasının bütün səlahiyyətləri qanunvericilikdə və şirkətin
nizamnaməsində əks olunur. Müqavilədə isə, çox güman ki, həmin səlahiyyətlər
təkrarlanacaqdır. Belə olan halda qanunla və müvafiq sənədlərlə müəyyən edilən
səlahiyyətlərin icrası üçün direktorlar şurasının üzvləri ilə müqavilənin
bağlanmasına ehtiyac yoxdur.
Mürəkkəb idarəetmə strukturuna malik olan (məsələn, bir çox törəmə (asılı)
şirkətləri olan qrup) şirkətlərdə direktorlar şurası öz üzərinə düşən məsələləri
həll etmək üçün daimi fəaliyyət göstərən və ya müvəqqəti (müəyyən məsələlərin
həlli üçün) komitələr yarada bilər. Məsələn, strateji planlaşdırma,
mükafatlandırma, audit, korporativ münaqişələrin həlli, etika üzrə komitələrin
yaradılması təcrübəsi geniş yayılıb. Direktorlar şurasının komitələrinin
statusunu müəyyən edərkən qeyd etmək lazımdır ki, onlar şirkətin müstəqil
orqanları hesab olunmurlar və direktorlar şurasının səlahiyyətini həyata
keçirərək onun adından qərar qəbul edə və ya fəaliyyət göstərə bilməzlər.
Komitələr köməkçi funksiyaları yerinə yetirərək direktorlar şurasının
fəaliyyətinin effektivliyinin artırılmasına kömək edirlər.
Dostları ilə paylaş: |