Ümumi yığıncağın yetərsayı (kvorum)
Səhmdarların və iştirakçıların ümumi yığıncaqda iştirak hüquqlarının təmin
olunmasında
ümumi
yığıncağın
səlahiyyətinin
(yetərsayın),
səsvermə
qaydasının və gündəlikdə olan məsələlər üzrə qərarların qəbul edilməsinin
hüquqi tənzimlənməsi vacib rol oynayır.
Səhmdarların ümumi yığıncağı o halda səlahiyyətlidir (yetərsaya malikdir) ki,
orada ümumilikdə şirkətin 60% səs verən səhminə malik olan səhmdarlar iştirak
etsin. Səhmdarların illik ümumi yığıncağının keçirilməsi üçün yetərsay
olmadıqda, eyni gündəliklə təkrar ümumi yığıncaq keçirilməlidir və bu
yığıncaqda səs verən səhmlərin cəmi 40%-nə malik olan səhmdarlar iştirak
etdikdə, səhmdarların ümumi yığıncağı yetərsaya malik olur. Əgər bu
yığıncaqda da yetərsay olmazsa, həmin gündəliklə (növbəti) təkrar ümumi
138
yığıncaq keçirilməlidir, bu halda səs verən səhmlərinin cəmi 25%-dən az
olmayan səhmdarlar ümumi yığıncaqda iştirak etdikdə, yığıncaq yetərsay malik
olmuş hesab olunacaq. Hesab edirik ki, şirkətlər və səhmdarlar tərəfindən
səsvermə ilə bağlı sui-istifadələr və pozuntuları azaltmaq üçün Azərbaycanın
korporativ hüququnda səsvermə prosesi daha dəqiq və detallı tənzimlənməlidir.
Səhmdarların ümumi yığıncağının hazırlanma, çağırılma və keçirilmə qaydaları
ilə bağlı normalar qanunvericiliyə əlavə edilməsi zəruridir.
Hesablama komissiyası
Yüzdən çox səsli səhmdarı olan SC-də tərkibi ümumi yığıncaqla müəyyən edilən
hesablama komissiyası yaradılmalıdır. Qanunvericilikdə funksiyaları aydın
göstərilməsə də, hesablama komissiyası səhmdarların ümumi yığıncağında
iştirak edən şəxslərin səlahiyyətlərini yoxlayır və qeydiyyata alır, ümumi
yığıncağın yetərsayını müəyyən edir, səhmdarların (onun nümayəndələrinin)
ümumi yığıncaqda səs hüququnu reallaşdırması ilə bağlı yaranan sualları
araşdırır, səsverməyə çıxarılan məsələlər üzrə səsvermə qaydasını aydınlaşdırır,
müəyyən edilmiş səsvermə qaydasını və səsvermədə iştirak üçün səhmdarların
hüququnu təmin edir, səsləri hesablayır və səsvermənin nəticələrini çıxarır,
səsvermənin nəticələri barədə protokol tərtib edir. Hesablama komissiyası
şirkətin müstəqil orqanı deyil, o, idarəetmə orqanı kimi ümumi yığıncağın
daxilində fəaliyyət göstərir, onun funksiyaları köməkçi xarakter daşıyaraq
səhmdarların ümumi yığıncağının fəaliyyətini düzgün təşkil etməkdən ibarətdir.
MMC də hesablama komissiyası yarada bilər, amma bu, məcbur deyil. Belə
komissiyanın yaradılması çox sayda iştirakçıları olan şirkətlər üçün
məqsədəuyğundur.
|