122
nizamnamə kapitalında öz payını satmaq və ya başqa formada şirkətin
iştirakçısına (iştirakçılara) və ya üçüncü şəxslərə vermək hüququ MMC
iştirakçısının subyektiv hüquqlarından biridir. Payın satılması və başqa formada
ötürülməsi üsulu ilə həyata keçirilən əqdlərin fərqliliklərinə diqqət yetirmək
lazımdır. İştirak payının satılmasından fərqli olaraq, payın başqa yol ilə
ötürülməsi (güzəşt edilməsi) dedikdə payın bağışlanması, dəyişdirilməsi və
başqa mülki-hüquqi əqdlər yolu ilə özgəninkiləşdirilməsi başa düşülür.
Qanunla MMC-nin iştirakçısının öz payını başqa şəxsə satmaq və güzəşt etmək
hüququna yol verilir, lakin şirkətin nizamnaməsi ilə iştirakçının payının üçüncü
şəxsə satılması və ya başqa yolla özgəninkiləşdirilməsinə məhdudiyyətlər qoyula
bilər. Eləcə də nizamnamə ilə iştirakçının payının üçüncü şəxslərə
özgəninkiləşdirilməsinə qadağa qoyulması mümkündür.
211
Nizamnamədə
iştirakçının payının (payın hissəsini) üçüncü şəxslərə (alğı-satqıdan fərqli)
özgəninkiləşdirilməsi üçün şirkətin və ya digər iştirakçıların razılığının alınması
tələbi müəyyən oluna bilər. Bu kimi qaydaların müəyyən edilməsi MMC-nin
xüsusiyyətindən irəli gəlir, çünki MMC-də iştirakçıların fərdi münasibətləri
vacib
əhəmiyyətə
malikdir.
Nizamnamə
ilə
payın
üçüncü
şəxsə
özgəninkiləşdirilməsinə birbaşa qadağa qoymaq imkanından başqa, qanunla
şirkətin iştirakçı tərkibinin dəyişdirilməsinə və orada üçüncü şəxslərin əmələ
gəlməsini məhdudlaşdırmağa yönəldilmiş əlavə tədbir – üçüncü şəxslərə
özgəninkiləşdirilən payın əldə edilməsində iştirakçıların üstünlük hüququ
nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: