Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə44/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   40   41   42   43   44   45   46   47   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Korporativ qiymətli kağızlar 
Şirkətlərin korporativ maliyyə sistemi mürəkkəb və kompleks sistemdir. Bu 
sistem isə əsas sütun üzərində qurulur, bunlar səhm (pay) və istiqrazdır. Şirkətin 
kapitalına əlavə vəsait iki əsas yolla əldə olunur: səhm buraxılışı (əlavə pay 
satmaqla) və borc alətləri vasitəsilə. Borc kredit və ya istiqrazların buraxılışı ilə 
əldə olunur. Lakin kredit şirkət üçün hər zaman əlverişli və əlçatan alət olmaya 
bilər. Həmçinin kredit məbləğindən asılı olaraq, kredit müqavilələri şərtləri 
fərqlənə bilər, hətta şirkətin biznes fəaliyyətinin yavaşlamasına səbəb ola bilər. 
Çünki banklar böyük məbləğləri kredit verdikdə yüksək risklərlə qarşılaşır və 
mümkün vasitələrlə öz risklərini idarə etməyə çalışırlar. Məhz bu məqsədlə 
banklar kreditor olduğu şirkətlərin əsas vacib aktivlərini (daşınmaz əmlak, 
avadanlıq) girov götürürlər, zəmanətçinin olmasını tələb edirlər, şirkətin 
rəhbərliyi tərəfindən bir sıra qərarların qəbul edilməsindən əvvəl bankın 
razılığının alınmasını tələb edirlər və səhmdarların (iştirakçıların) səhmlərini 
(paylarını) girov götürürlər. Əlbəttə, bankın bu addımları atmasının məntiqli 
səbəbi var, lakin bu mexanizmlər istər-istəməz şirkətin biznesində vacib olan 
məsələlər üzrə qərar vermə tezliyinə və prosesinə təsir etmiş olur. Bu baxımdan 
istiqrazlar şirkət üçün daha əlverişli alət ola bilər. 
İstiqraz buraxılışında investorlar (istiqrazları alan) şirkətə borc pul verirlər, 
əvəzində isə istiqrazla müəyyən edilmiş müddət ərzində faiz gəlirləri və 
istiqrazların müddətinin bitməsinin sonunda istiqraz üçün ödənilmiş (əsas hissə) 
pul onlara geri ödənilir. Bundan əlavə, səhmə çevrilə bilən istiqrazlar da 
mövcuddur. Bu növ istiqrazlar "konvertasiya oluna bilən istiqrazlar" adlandırılır. 
Burada qiymətli kağız ilk olaraq, istiqraz kimi buraxılır, lakin sonradan 
nizamnamənin emissiya qərarının şərtlərinə və ya səhmdarların razılaşmasına 
əsasən səhmə çevrilir. İstiqrazların səhmlərə çevrilməsi (konvertasiyası) hər 
hansı şərtdən də asılı ola bilər. 


111 
Səhm 
Səhm – SC-dən dividend şəklində gəlir əldə etmək, şirkətin idarəetməsində 
iştirak etmək və onun ləğv olunmasından sonra qalan əmlakın bir hissəsinə sahib 
olmaq hüququ verən qiymətli kağızdır.
190
Ortaqlıq və MMC səhm buraxmaq 
hüququna malik deyillər. Səhmlərin buraxılması və yerləşdirilməsi nəticəsində 
SC-nin nizamnamə kapitalı formalaşır.
Səhmlər ümumi qaydaya görə öz sahibinin aşağıdakı hüquqlarını təsdiq edir: 
- SC-nin mənfəətindən dividend almaq; 
- SC-nin işlərinin idarəetməsində iştirak etmək; 
- SC-nin ləğvindən sonra qalan əmlakı əldə etmək. 
Səhm qiymətli kağız kimi səhmdarın yalnız əmlak hüquqlarını deyil, həm də 
qeyri-əmlak hüquqlarını: SC-nin idarəetməsində iştirak hüququ, SC-nin 
fəaliyyəti haqqında məlumat almaq hüququnu da təmin edir. Ancaq səhmlər 
onun sahibinə şirkətin əmlakına dair heç bir mülkiyyət (və sahiblik) hüququ 
vermir, çünki bütün əmlak SC-nin mülkiyyəti hesab olunur. 
Korporativ qiymətli kağız kimi səhmlərin xüsusiyyəti ondan ibarətdir ki, 
səhmdarın hüquqlarının həcmi ona məxsus olan səhmlərin sayından asılıdır. 
Müəyyən sayda səhmin toplanması onların sahibinin hüquqi statusunun 
dəyişikliyinə gətirə, eləcə də korporativ nəzarətin yaranması ilə nəticələnə bilər. 
SC-nin səhmlərinin əsas kateqoriyası – adi səhmlərdir. Adi səhm səhmdara 
səhmdarların ümumi yığıncağında səsvermə, dividend alınması və ləğvetmə 
dəyəri kimi hüquqları verir. Adi səhmlərin imtiyazlılardan fərqi ondan ibarətdir 
ki, imtiyazlı səhmlərin sahibləri ümumi yığıncaqda müzakirə olunan bir sıra 
məsələlər üzrə səsvermə hüququna malik deyillər, lakin müəyyən edilmiş sabit 
dividendlərin və (və ya) ləğvetmə dəyərinin alınması hüququna malikdir.
191
190
MM-nin 1077.1-ci maddəsi 
191
MM-nin 106.2-ci maddəsi 


112 
Ümumi qaydaya görə səs verən səhmlər adi səhmlərdir. Lakin bu qaydada 
istisnalar da var, belə ki, səhmdarlardan geri alınmış və şirkətin özünə məxsus 
olan adi səhmlər səsvermədə iştirak etmirlər. İmtiyazlı səhmlərə isə bir qayda 
olaraq, səsli səhmlər deyirlər. Ancaq bəzi hallarda imtiyazlı səhmlər səs 
hüququna malik olur, məsələn, şirkətin yenidən təşkili və ya ləğv olunması 
məsələləri üzrə, eləcə də konkret imtiyazlı səhmlərin statusunun dəyişilməsi ilə 
bağlı məsələlərdə.
192
Hesab edirik ki, qanunvericilik tərəfindən imtiyazlı 
səhmlərin sahiblərinə məxsus ola bilən səs hüququnun yalnız minimumu 
müəyyən edilib. Yəni səhmdarlar öz iradələri və korporativ məqsədləri naminə 
imtiyazlı səhmlərə əlavə səsvermə hüquqlarını müəyyən edə bilərlər. Bu 
qanunvericilik imperativ normalara və korporativ hüququn təbiətinə zidd deyil, 
əksinə korporativ münasibətlərin inkişafı bir çox məsələlərin həllini məhz 
səhmdarların üzərinə qoymuş olur. Məsələn, imtiyazlı səhmlər üzrə dividend 
ödənilmədiyində həmin səhmlərin səsvermə hüququnun əmələ gəlməsini 
müəyyən etmək olar. Bu halda adi səhmlərin sahibləri tərəfindən imtiyazlı 
səhmdarların hüquqlarının pozulmasının qarşısını almaq olar. Həmçinin 
imtiyazlı səhmdarlara şirkətin direktorlar şurasına bir və ya bir neçə
193
üzv 
seçmək (təyin etmək) hüququ verilə bilər.
Qiymətli kağızlar yazılı sənəd formasında (müəyyən formada və lazımi 
rekvizitlərə malik olan kağız) və sənədsiz formada da ola bilər. Sənədsiz qiymətli 
kağızlara olan hüquq onun sahibləri və onlara məxsus olan səhmlərin sayı, 
nominal qiyməti, kateqoriyası haqqında məlumatların daxil edilməsi yolu ilə 
xüsusi siyahıda (reyestr) qeydə alınmaqla təsdiq edilir. Sənədsiz qiymətli kağızla 
təsdiq olunmuş hüquqların qeydə alınması qiymətli kağızı buraxan şirkət və ya 
xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən şəxs tərəfindən həyata 
192
MM-nin 106-1.5-ci maddəsi. Banklar haqqında Qanunun 19.3-cü maddəsinə əsasən isə bankın imtiyazlı səhmləri 
ümumiyyətlə heç bir səs hüququna malik ola bilməzlər.
193
Direktorlar şurasının üzvlərinin sayından asılı olaraq. 


113 
keçirilir. Səhmdarın tələbi ilə həmin şəxs (şirkətin özü və ya kənar reyestr
saxlayan) səhmdarın hüquqlarını təsdiq edən sənədi – reyestrdən çıxarışı təqdim 
etməlidir. Qeyd etmək lazımdır ki, reyestrdən çıxarış qiymətli kağız hesab 
edilmir, ancaq müəyyən sayda qiymətli kağıza sahib olma faktını təsdiqləyən 
sənəddir.
194
MM-in 1078-17-ci maddəsinə əsasən sənədli formada buraxılan 
emissiya qiymətli kağızların sahiblərinin hüququ xüsusi sertifikatla təsdiq 
olunur. Sənədsiz
195
formada buraxılan emissiya qiymətli kağızların sahiblərinin 
hüquqları reyestr saxlayan və ya depozitar tərəfindən aparılan hesablardakı 
qeydlərlə təsdiq olunur. Səhmlər üzərində hüquqlar xüsusi reyestrindən çıxarışla 
təsdiq olunur, MMC payları üzərindən hüquqlar isə hüquqi şəxslərin dövlət 
reyestrindən çıxarış ilə təsdiq olunur. Qiymətli kağız sahiblərinin reyestrinin 
aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydalarında
196
reyestrdən 
çıxarışda əks edilməli olan məlumatın siyahısı və çıxarışın verilmə qaydası 
göstərilib. Müəyyən səhmlər üzrə verilən çıxarışda bütün məhdudiyyətlər və 
yüklülüklər haqqında məlumatlar öz əksini tapmalıdır. Çıxarışı verən şəxs onda 
olan məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin