Dayanıqlı turizmi



Yüklə 414,95 Kb.
səhifə16/21
tarix07.01.2024
ölçüsü414,95 Kb.
#211319
1   ...   13   14   15   16   17   18   19   20   21
turizm-1 Seymur

Kənd turizmikənd təbiəti ilə təmasda olmaq, kənd həyat tərzi ilə tanış olmaq, kənd təsəsrrüfatının aparılması işlərində iştirak etmək üçün kənd ərazisində təşkil olunmuş xüsusi turizm növüdür. Bununla da turistlərin kənd ərazilərinə axını öz məzuniyyət vaxtlarını aqrolandşaft qoynunda keçirməklə kənd həyatını hiss etmək, kənd sakinləri ilə münasibətdə olmaq və hətta işləmək imkanları cəlb edir.
Kənd turizmi özbaşına olaraq, daha dəqiq desək fərdi şəkildə fəaliyyət göstərmir. Hər Avropa ölkəsində turizm xidmətlərindən yararlanan kənd evlərinin birlikləri mövcuddur. Bu birliklər yalnız kənd evlərində turizm xidmətlərinin göstərilməsini tənzimlənməsini deyil, eyni zamanda ekologjyanln qorunması, kənd ərazilərinin inkişafına yardımçı olurlar.
Bir çox Avropa ölkələrində fermer təsərrüfatları aqrobizneslə əvəzlənərək kənd reallığını tamamilə dəyişib. Əksər regionlarda kənd təsərrüfatı kənd icmalarının əsas fəaliyyət növündən çıxıb.
Turizmin bu növünün inkişaf etdirilməsi milli kənd landşaftının mühafizəsi və bərpasında başlıca rol oynayır. Nümunə kimi İsveçrənin Alp çəmənliklərinin, Holladiyanın külək dəyirmanlarının və kanallarının, İtaliyanın köhnə park və malikənələrinin qorunub saxlanması göstərilə bilər.
Turizm siyasəti icində inkişaf etmiş və az inkişaf etmiş bölgələrdə kənd turizmini qaldırmaq məqsədilə, kənd turizmin inkişafı üçün araşdırmalar və layihələr həyata keçirilir. Kənd turizmin inkişafına yönəlmiş turizm siyasəti istiqamətləri bunlardır [Ümumdünya Turizm Təşkilatının məlumatları , 2002]:
 
• kənd turizmin bölgələr üçün əhəmiyyətli olduğunu fərqinə varmaq
• kənd turizmin kənd ərazilərində məşğulluq yaratma kimi sosial və mədəni inkişafda əsas amil olduğunu ortaya qoymaq, 
• kənd ərazilərində işləmək istəyənləri turizm üzrə maarifləndirmək 
• kənd turizm bazarında özəl qrupları seçmək 
• kənd turizminə qatılan turistlərin məmnunluğuna çalışmaq 
• turizm inkişafı planlarının ekspertlər tərəfindən işlənməsinə çalışmaq 
• kənd ərazilərində davamlı turizm prinsiplərini tətbiq olunmasına nail olmaq 

Avropa Birliyi tərəfindən kənd ərazilərinin inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və turistlərə xidmətin yüksəldilməsi ilə əlaqəli olan layihələrin maliyyələşdirilməsi proqramları həyata keçirilir.


Kənddə (və ya ərazidə) qonaq evlərinin sayının artması ilə onların bir qurum şəklində birləşməsinə səbəb ola bilər. Bu cür qurum eyni işlə məşğul olanların bu işdə bir-birinə yardımçı olmasına, ətraf mühitin qorunmasına, ərazi daxilində sosial, mədəni, təhsil və s. problenlərin həllində yardım edə bilər.
“Ailə kəndli təsərrüfatı haqqında”AR qanununda göstərilir:

  • 10.2.8. ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;

Kooperasiya əlaqəsi olan İcma Əsaslı Turizm (İƏT) formasında kənd sakinləri mütəşəkkil turizm xidmətləri göstərə bilər. Bununla da qonaq evləri sahibləri yaşadıqları ərazidə müəyyən qaydalar tətbiq edə bilərlər. Bunlardan:
- turistlərə turizm xidmətlərinin göstərilməsi;
- icma üzvlərinin ərazinin infrastrukturun yaxşılaşdırılmasında öhdəlikləri;
- xidmətlərin qiymətlərinin eyniləşdirilməsi; Icma fondunun yaradılması;
- icma fondundan istifadə istiqamətləri;
- icma üzvlərinin turistlərlə davranış qaydaları; Turistlərin icmada davranış qaydaları
Kənd turizmindən və onun inkişaf etmiş forması olan İcma Əsaslı Turizmdən əyalətin əldə etdiyi fayda ölçülməz və xərclər isə cüzidir. Kənd ev sahiblərinin birbaşa faydası əlavə gəlir mənbəyi və yeni iş yerləri, ucqar kəndlərdə isə iqtisadi inkişafa təsir edilməsi. Bu faydanı əldə etmək üçün öncə çox da böyük olmayan ilkin xərclər edilməlidir, yəni münasib sanitariya qovşağı, mətbəx avadanlığı və səliqə-sahmanlıq üçün digər xərclər. İcmanın əldə etdiyi fayda o olacaq ki, kiçik həcmli təsərrüfat subyektlərinin fəaliyyəti artmaqla ərazidə məşğulluq artacaq, icma üzvlərinin və onlarla əlaqədə çalışan ailələrin həyat səviyyəsi yüksələcək, kütləvi turizm stimullaşır, mədəni turizmə dəstək yaranır, ekologiyanın qorunmasında kənd əhalisi maraqlı olacaq. Eyni zamanda icmanın kənddə infrastrukturun yaxşılaşmasına, kəndin turizm potensialının reklamına və turagentlərə müəyyən ödənişlər edilməli olacaqdır.
Avropa ölkələrində kənd turizmi ilə məşğul olanların ölkə birlikləri (assosiasiya, federasiya, ictimai birlik) mövcuddur. Eyni zamanda yerlərdə kənd ev sahiblərini özündə birləşdirən icmalar da mövcuddur. Kəndlərdə öz müstəqilliyini saxlayıb fərdi fəaliyyət göstərən qonaq ev sahibləri icma şəklində birləşərək İcma Əsaslı Turizm strukturunu yaradırlar. Kənd ev sahiblərinin icma şəklində birləşməsinin onlar üçün, kənd üçün, ətraf ərazi üçün nə xeyri vardır? Bunu ayırd etmək üçün bəzi məsələləri nəzərdən keçirmək tələb olunur.

Sual 14. Dünyanın tanınmış milli parkları və turizm


Mühafizə olunan təbiət ərazilrinin təsnifatına görə birinci yerdə qoruqlar, ikinci yerdə milli parklar durur. Bu təsnifat Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin tərəfdən qəbul edilib. Milli park — mühafizə olunan xüsusi ərazi; xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazidir. Dünyada ilk milli park 1872 ildə yaradılmış ABŞ Yellouston Milli Parkı hesab edilir.
Milli parkların açılmasında üç istiqamət qeyd olunur:
1.turizm və istirahət üçün açılmış xüsusi park. Əyləncə məqsədi ilə ABŞ-da açılmış Yellouston Milli Parkı və Kanadada açılmış Banf milli parkını qeyd etmək olar.
2.Əvvəldən turist marşrutlarının keçdiyi ərazilərə milli park statususnun verilməsi. Bu ərazilər unikal təbii xüsusiyyətlərə malik olur, bu isə ərazilərin xüsusi mühafizə tədbirlərinin tətbiq edilməsinə səbəb olur. Bu cür yanaşma Avropa milli parklarına xasdır. Məs., Almaniya və Çexiya ərazilərində sərhəddə yerləşən Bavariya meşəsi MP.
3.elmi və təbiəti mühafizə məqsədləri ilə yaradılan milli parklar. Sonradan ərazinin ətrafı milli park elan edilərək ziyarətçilərin qəbulunu həyata keçirir. Misal, Rusiyada “Samarskaya Luka” adlanan qoruq və milli park.

Milli parklarda turizmin inkişafı ilə “ekoturizm” anlayışı üzə çıxır. Ümumdünya Turizm Təşkilatının açıqlamasında: “Ekoturizm təbiət ərazilərinə məqsədli səfərlər təşkili başa düşülür. Məqsəd yerli mədəniyyət və təbii mühiti anlamaqla ekosistemi pozmayaraq yerli sakinlər üçün təbii resursların mühafizəsidir”.


Digər turlarda olduğu kimi ekoturları yerdəyişmə vasitəsinə görə, iştirakçıların heyətinə görə, turistlərin yaşama ölkəsinə görə və s. ilə təsnifləşdirilir. Daha iki meyar əhəmiyyət kəsb edir:

  1. turun əsas məqsədi. Bu meyara görə növbəti ekoturları qeyd etmək olar:

- ekoloji maarifləndirmə ilə yanaşı təbiətin müşahidəsi və öyrənilməsi. Məs., qu.ların həyatının müşahidə edilməsi – birdwatching – ABŞ və Kanadada populyardır. Milli parklarda turistlər üçün xüsusi avadanlıqla təchiz edilmiş müşahidə meydançaları qurulub. Bu isə turistlərə mühit şəraitində təbii quşların və heyvanların müşahidəsini uzun müddətdə həyata keçirməyə imkan verir;
- təbii mühitdə emosional və estetik məqsədlərlə rekreasiya turların təşkili. Bu geniş yayılmış ekoloji turlardır ki, bu zaman parklarda ekoloji cığırlar çəkilib. Bu ekoturlar fərdi halda və qrup halında təşkil edilir.
- müalicəvi turlar. Parklarda mövcud olan müalicəvi su mənbələrin imkanlarından istifadə edilməklə ürək-damar xəstəlikləri olan insanların klimatoterapiya, aeroterapiya, fitoterapiya müalicəsi həyata keçirilir
- idman və macəra turları. Cənubi Afrika Respublikasında Krüqeer milli parkında çayın sürətli axınları ilə eniş macəra ekoturu ( kanoedə, baydarkalarda, digər su gediş vasitələri), atlarla safarilər, hava balonlarında, helikopterlərlə, deltaplanlarda uçuşlar təşkil edilir.
2. tur proqramını və təşkili formasını müəyyən eən obyektə görə turun təşkili. Bu meyara gprə ekoturların aşağıdakı növləri fərqlənir:
- müvafiq botanik, zooloji və geoloji faktorların olması əsasında
- özünəməxsus həyat tərzini saxlamış kəndlərdə, qəsəbələrdə etnoqrafik turların təşkili. Afrikanın, Avstraliyanın, ABŞ-ın milli parklarında yerləşən kəndlərin sakinlərin iştirakı ilə etnoturların təşkili. Yığılmış vəsaitlər yerli icmaların maddi rifahının saxlanmasına istifadə edilir.
- arxeoloji turlar. Keçmiş dövrlərdən qalma arxeoloji qazıntılar olan ərazilərə turların təşkili
- kulturoloji turlar. Milli parklarda yerləşən yaşayış məntəqələrində olan cəlbedici obyektlərə turların təşkili. Bunlara görkəmli insanların ev-xatirə muzeyləri, döyüşlərin baş verdiyi yerlər, digərlərə.
Milli parklar turistləri cəbetmə obyekti olmaqla ekoturizmin inkişafının əsas gücverici amilidirlər.

Sual 15. Dayanıqlı və məsuliyyətli turizm konsepsiyası



Yüklə 414,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin