72
2. Nadir hallarda autosom-resessiv keçəndir, sporadik hal çox-
dur. Mavi sklera vardır,bəzi xəstələrdə dental anormallıqlar tapılar-
kən sümük fragilliyi çoxdur.
3. Autosom-dominant və ya resessiv keçəndir. Ciddi sümük
fragilliyinin yanında bəzi xəstələrdə dental anormallıqlar olur.
4. Autosom-dominant keçəndir. Sümüklərdəki fragillik dəyiş-
kən, eşitmə itkisi böyük nisbətdə müşahidə olunur. Mavi sklera
olmur. Tip I –in rast gəlmə tezliyi 1:30000 olduğu halda,digər 3 tipdə
1:20000 -ə olur.
Osteogenezis imperfektalı xəstələrdə az hallarda kardiovaskul-
yar zədələnmə baş verir. Kardiovaskulyar sistemin zədələnməsində
orta dərəcədə çatışmazlıqlar olur.
Diaqnoz klinik kriteriyalara əsasən qoyulur. Mavi sklera ilə
birlikdə sümük elastikliyinin olması,dental anormallıqların olması,
ailə anamnezinin pozitivliyi, kardiovaskulyar qapaq və damar patolo-
giyalarının olması diaqnozun qoyulmasında əhəmiyyətli rol oynayır.
Xəstəliyi daşıyan bir çox kişilər ciddi deformasiyalara baxma-
yaraq uğurlu bir şəkildə müalicə oluna bilirlər. Sümüklərin defor-
masiyası və qırıqları ilə birgə kardioloji patologiyaların müalicəsində
cərrahi seçim şərtdir.Kardial qapaq deformasiyalarının müalicəsində ilk
seçim qapaqların replamanı hər zaman əhəmiyyətli bir müalicə üsulu
sayılır. Uşaqlarda growth (böyümə) hormon və kök hüceyrə transplan-
tasiyası gələcəkdə müalicə seçimi olaraq görülməkdədir.
Dostları ilə paylaş: