Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
Pseudoxanthoma Elasticum 
 
 


71 
 
 
Autosom-resessiv və ya dominant keçən nadir bir xəstəlikdir. 
Marfan  sindromunda  olduğu  kimi  elastik  toxumalara  təsir  edir. 
Dərinin  biposiyalarında  elastik  toxumanın  parçalanması  və 
kalisifikasiyalaşması  görünür.  Xəstəlik  klinik  olaraq  bu  vəziyyət-
lərdə  ortaya  çıxa  bilir:  koronar  damarların  və  ya  orta  ölçülü 
arteriyaların  mediasında  kalsifikasiya  olması,  okkluziya,  retinal 
hemorragiya,  dəri  leziyonları  və  qastrointestinal  hemorragiya. 
Kardiovaskulyar  zədələnmə  Marfan  sindromundan  fərqlidir  və 
ümumiyyətlə,  okkluziv  xarakterlidir.  Aorta  damarı  onun  və 
şaxələrinin  proksimal  hissəsinin  zədələnməsi  nadir  hallarda 
müşahidə olunur. Arteriyaların kalsifikasiyasına çox rast gəlinir və 
Mönckebergin 
sklerozundan 
fərqlənir. 
Xəstələrin 
çoxunda 
parçalanmış  elastik  toxumanın  aksilla,  dirsək  çuxuru,  boyun, 
popliteal  çuxur,  qasıq  kimi  yerlərdə  toplanması  nəticəsində 
piləklər  əmələ  gələ  bilir.  Mədənin  selikli  qişasındakı  damarların 
nazikləşməsinə  bağlı  olaraq  üst  qastrointestinal  qanaxmalar  görü-
nə  bilir.  Buna  bənzər  olaraq  qadınlardakı  uterus  qanaxmaları  his-
terioektomiyaya qədər gedə bilir. Arteriyalardakı tıxayıcı  leziyon-
lar işemik əlamətlər verdiyindən cərrahi müalicə göstərişi vardır.  
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin