93
Xəstəliyin təbii gedişi gecə ağrılarına da gətirib çıxarır və aşağı
ərtaflarda qanqrenoz dəyişikliklər inkişaf edir.Leriş sindromu üçün
triada xarakterikdir (aorta və qalça arteriyalarının zədələnməsi ilə
əlaqədar): dəyişən axsama,impotensiya,bud arteriyalarında nəbzin
itməsi və ya zəifləməsi.
Auskultasiya zamanı aorta bifurkasiyası üzərində və bud
arteriyası üzərində kobud sistolik küy eşidilir.Periferik arteriyalarda
pulsasiya zəifləyir və ya itir. Ayaq barmaqları ağarır və ya soyuq olur,
ağır işemiyalarda sianotikdir.Ultrasəs doppleroqrafiya aşağı ətraflarda
arterial təzyiqin aşağı olmasını və eyni zamanda mərkəzdən periferiyaya
qan axınının sürətinin zəif olduğunu göstərir. Ayaq arteriyalarının
spektri kollateral xarakterdə olur. Dupleks skannerləşmə daralmanı,
arteriyaların kalsinozunu, qan axınının həcminini və xətvari sürətinin
aşağı olduğunu göstərir. Aortaqrafiya dəyişən axsamada (200m-dən
aşağı) müalicənin qərarını vermək üçün göstərişdir.
Aorta və arteriyalarda cərrahiyyə əməliyyatına göstəriş: 200 m-
dən aşağı yeriş zamanı dəyişən axsama,sakitlikdə ağrıların olması və
ayaq barmaqlarının qanqrenası hesab olunur. Bifurkasion aorta-bud
şuntlama sintetik protez istifadəsi ilə yerinə yetirilir. Qalça arteriya-
sının stenozunda dəridən keçməklə dilatasiya aparılır. Endoprotezin
qoyulması mümükündür. Konservativ müalicə papiros çəkməkdən
imtina, reopoliqlükin infuziyası, angioprotektorlar,mikrosirkulyasi-
yanı yaxşılaşdıran dərmanlar, damargenəldici, dezaqreqantlar (pro-
dektin, arginin), asetilsalisilat turşusu 100mq, trental, teonikol, noş-
pa, andekalin təyin olunur. Yeni qrup prostoqlandinlərdən vazo-
prostan təyin olunur.
Dostları ilə paylaş: