Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
 
 
 


96 
 
AORTA QÖVSÜNÜN ANADANGƏLMƏ  
BURULMASI 
 
 
Aorta  qövsünün  anadangəlmə  burulması  (kinklinq,baklinq, 
aortanın  psevdokoarktasiyası)  –  anadangəlmə  qüsur  olub,damar 
divarının  patoloji  strukturu  zamanı  aorta  qövsünün  uzanması, 
burulması və əyilməsi ilə xarakterizə olunur. Damar sisteminin na-
dir  patologiyasıdır.1983-cü  ilə  qədər  150  hadisə  müşahidə  olun-
muşdur.  Aorta  qövsünün  əyilməsi  xəstələrin  əksəriyyətində                   
sol  yuxu  və  sol  körpücükaltı  arteriyalar  arasında  lokalizasiya 
olunur.  
Kliniki şəkli aortanın vəziyyətindən asılıdır: 
 I tip - qövsün uzanması və burulması;  
 II  tip  -  əvvəlki  dəyikliklərlə  yanaşı  aortanın  stenozunun 
(koarktasiya sindromu) birgə olması.  
Sakitlikdə  və  fiziki  yüklənmə  zamanı  təngnəfəslik,  ürəkdö-
yünmə  narahat  edir.  Baxma  zamanı  yuxu  arteriyalarının  pulsasi-
yasının  güclənməsi,  nəbzin  zəifləməsi  və  sol  qolda  arterial  təzyiqin 
aşağı  düşməsi  müşahidə  olunur.  Koarktasiya  sindromunda  aşağı 


97 
 
ətraflarda  arteriyaların  pulsasiyasının  və  arterial  təzyiqin  aşağı 
düşməsi olur.  
Ürək  nahiyəsində  və  sol  körpücükaltı  çuxurda  auskultasiya 
zamanı müxtəlif intensivlikdə sistolik küy təyin edilir.  
Rentgenoloji  tədqiqat  zamanı  düz  proyeksiyada  divararalığı 
kölgəliyin  genişlənməsi  və  aorta  qövsünün  yüksəkdə  dayanması 
(yuxarıya  və  sola  qabarma)  aşkarlanır.  İkinci  çəp  vəziyyətdə  əyilmə 
səbəbindən  qövsün  enən  aortaya  keçən  hissəsinin  deformasiya-
laşması görünür. Dupleks skannerləşmə zamanı aortanın ölçüsünü və 
qanaxının  pozulmasını  müəyyən  etmək  olur.  Diaqnoz  angioqrafiya 
zamanı təsdiq olunur.  
 Hipertenziya  və  aortanın  anevrizmasının  genişlənməsi  cərrahi 
müdaxiləyə göstərişdir.Cərrahi əməliyyat süni qan dövranı şəraitində 
və  ya  hipotermiya  vəziyyətində  aparılır.Əksər  xəstələrdə  aortanın 
protezləşməsi tələb olunur,bəzi hallarda isə aortanın müəyyən sahəsi 
rezeksiya edilir. 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin