Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
AORTANIN MEDİONEKROZU 
 
Aortanın  medionekrozu  zamanı  damarda  kollagenin,  elastinin 
dağılması  baş  verir,  hüceyrə  məhv  olur  və  nəticədə  seliyəbənzər 
kütlə  ilə  dolmuş  kista  əmələ  gəlir.  Aortanın  divarı  bir  bərabərdə 
bütöv  dairə  üzrə  bərkliyini  itirir  və  gərilir,iyvari  anevrizma  yaranır. 
Adətən,qalxan  aorta  və  Valsalva  sinusu  zədələnir.Bu  vəziyyət 
aortanın annulyar ektaziyası adlanır. 
Medionekroz  ən  çox  Marfan  sindromunda,  Ehlers-Danlos  IV 
tip  sindromunda,  bəzən  hamiləlikdə,  arterial  hipertoniyada,  qazanıl-
ma ürək qüsurunda rast gəlinir.Anevrizma tədricən böyüyür, aortanın 
cırılması və aorta çatışmazlığı kimi fəsadlar baş verə bilir. 
Marfan  sindromu  ilə  olan  bütün  xəstələrə  aorta  kökünün 
ölçülməsi  və  aorta  çatışmazlığını  inkar  etmək  üçün,habelə,mitral 
qapaq  prolapsı  və  üçtaylı  qapaq  prolapsını  müəyyənləşdirmək  üçün 
ExoKQ-ya  aparılır.Döş  aortasının  anevrizmasında,xüsusilə  aorta 
kökünün  genişlənməsi  ilə  gedən  Marfan  sindromunda  uzun  müddət 
beta-adrenoblokatorların  qəbulu  məsləhətdir.  Aortanın  protezləş-
məsinə göstəriş- şikayətlər yaranarsa və ya aorta kökünün diametri 6 
sm-dən böyük olarsa (Marfan sindromunda 5 sm-dən böyük olduqda) 
aparılır.Əgər  Marfan  sindromu  ilə  olan  hamilələrdə  aorta  kökünün 
diametri  4sm-dən  aşağı  olarsa,beta-adrenoblokatorlar  göstərişdir  və 
təkrari ExoKQ - ya aparılması lazımdır. 
Enən arota anevrizmasının  müalicəsi üçün stentlər işlədilməyə 
başlanmışdır. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin