79
Cədvəl 6.
Aortitin etiologiyası
Qeyri infeksiyalı aortit
İri damarların vaskuliti.
Qiqanthüceyrəli arteriit.
Takayasu xəstəliyi.
Revmatoid artrit.
Sistem qırmızı qurdeşənəyi.
Spondiloartrit - B
27
kompleks histiouyğunluğu olan antigenin
mövcudluğuzamanı.
Antineytrofil sitoplazmatik autoantitellərlə əlaqəli vaskulitlər.
Vegener qranulomatozu.
Çerc –Stross sindromu
Kavasaki xəstəliyi
Behçet xəstəliyi
Sarkoidoz
Krioqlobulinemiya
Şönleyn - Henox purpuru
Qudpasçer sindromu
İnfeksion qeyri - sifilitik aortit
Qrammüsbət (60%)
Staphlococcus aureus (30–50%)
Streptococcus növü (20%)
Qrammənfi (20-40%)
Salmonella növü
İnfeksion sifilitik aortit.
Staphylococcus aureus-qram müsbət infeksiyaların ən çox rast
gələn səbəbidir:streptokokk infeksiyası ilə əlaqədar olan aortitlər də
mümkündür. Bundan əlavə ədəbiyyatda qram mənfi bakteriyalar
tərəfindən törədilən (salmonella və Proteus, həmçinin Escherichia
coli) aortit halları da qeydə alınmışdır.Az hallarda xəstəliyi
80
mikobakteriyalar və göbələklər, əsasən də Candida, Cryptococcus və
Aspergillus törədə bilər.
Autoimmun pozğunluqlar vasa vasorum-un əhəmiyyətli
dərəcədə zədələnməsini yaradır və medianın qan təchizatını azalda
bilir.Aortanın zədələnməsi ilə müşayiət olunan xəstəliklər kifayət
qədər çox saylıdır.Onlara zərdab xəstəliyi,krioqlobulinemiya, system
qırmızı qurdeşənəyi,revmatoid artrit,residivləşən polixondrit,Behçet
xəstəliyi,Şönleyn-Henox purpuru,həmçinin postinfeksion və ya
dərman maddələri ilə əlaqədar yaranan immunokompleks xəstəlikləri
aid edirlər.Bundan əlavə antineytrofil sitoplazmatik autoantitellərlə
əlaqədar yaranan kiçik damarların vaskulitləri də yaranır.Sonuncular
(antineytrofil sitoplazmatik autoantitellər) iri damarları da zədələyə
bilər ki,bu da Vegener qranulomatozunda,mikroskopik poliangiitdə
və Çerc-Stross sindromunda meydana çıxır.Buna uyğun (oxşar)
dəyişikliklərin yaranmasında həmçinin digər antitellər də yumaqcığın
bazal membranına qarşı antitellər (Qudpasçer sindromu) və endotelə
qarşı antitellər (Kavasaki xəstəliyi) iştirak edə bilir.Transplantatın
kənarlaşdırılması,bağırsağın iltihabi xəstəlikləri və paraneoplastik
vaskulitlər də iri damarların zədələnməsi ilə müşayiət olunması
mümkündür.
Takayasu arteriitində və giqant hüceyrəli arteriitdə (gicgah
arteriiti, qranulomatoz arteriit) aortitin səbəbi məlum deyil.Belə
ehtimal olunur ki,onlar ikisi də hüceyrə-vasitəli autoimmun
proseslərdə buraxılmış antigenlərlə əlaqəlidir.
Takayasu artеriiti-iri damarların xroniki iltihabi xəstəliyi
olub,əsasən döş aortası və onun şaxələrinin zədələnməsi ilə müşayiət
olunur,bununla belə damar sisteminin digər nahiyələrində də
meydana çıxır. Giqant hüceyrəli arteriitdə adətən orta ölçülü
ekstrakranial arteriyalar zədələnir,amma 10-15% xəstələrdə aortada
da dəyişikliklər yarana bilir.Giqant hüceyrəli arteriit və Takayasu
arteriiti mediya, adventisiya və aortanın vasa vasorum-na iltihab
hüceyrələrinin (limfositlər,makrofaqlar və giqant çox nüvəli
hüceyrələr) infiltrasiyası ilə əlaqədardır.Vaxt keçdikcə aorta divarı
mediyasının çapıqlaşması və elastik membranın pozğunluqları baş
verir.
81
Histoloji nöqteyi-nəzərdən aortit aorta divarının,həmçinin
fibroplastların nekrozu və aorta divarının fibrozunun inkişafı nəticəsində
baş verir.Sifilitik aortitdə Greponema palladium vasa vasarum-a keçərək
iltihabi dəyişikliklər (limfositar və plazmositar perivaskulyar infiltratlar)
yaradır ki,bu da obliterizəedici endoarteritin inkişafı,adventisiyanın
çapıqlaşması,medianın ocaqlı nekrozu,həmçinin elastiki liflərin
zədələnməsi ilə müşayiət olunur.Aorta divarında olan iltihabi
dəyişikliklər divarın möhkəmliyini ocaqlı (məhdud) şəkildə zəiflədir və
bu da sonradan anevrizmanın əmələ gəlməsinə qədər onun genişlənməsi
ilə nəticələnir.Ürək-damar sitemi xəstəliklərinə klinki əhəmiyyətli cəlb
olunan uzun müddət davam edən və müalicə olunmayan xəstələrin
təxminən 10% - də meydana çıxır. 10 ildən artıq sifilisi olan
və müalicə olunmayan xəstələrin yarısında autopsiya vasitəsilə
təyin olunmuş ürək-damar sisteminin zədələnməsi əlamətləri mövcud
olur.
Göbələk anevrizmaları əksər hallarda sürətli genişlənmə ilə
müşayiət olunur.Bundan əlavə aortit aorta divarının fibroz
qalınlaşmasını yaradır ki,bunun da nəticəsi olaraq arteriyanın xroniki
okkluziyasına qədər inkişaf edən aortanın əsas şaxələrinin daralması
baş verir.
Aortitin kliniki diaqnostikası çətindir,belə ki,onun simptomları
qeyri-spesifikdir. Onlara yorğunluq, əzginlik, oynaqlarda ağrı, sub-
febril bədən hərarəti, həmçinin qan zərdabında iltihab göstəricilərinin
səviyyəsinin yüksəlməsi aiddir. Ən çox yayılmış simptom
qızdırmanın (70%) olmasıdır.
Çox hallarda ağrılar çiyində,beldə və ya döşdə (60%), nisbətən
az hallarda (20%) qarında olur.Aortitin əsas simptomu karotodiniya
olur ki,bu da damarların iltihabı nəticəsində meydana çıxır və boyun
nayihəsində ağrılı hissiyat şəklində təzahür olunur. Əsas arteriya
şaxələrinin iltihabi stenozu nəticəsində yaranan bu simptomlar daha
spesifik kliniki əlamətlərlə müşayiət oluna bilər ki,bunlara da
periferik nəbzin zəifləməsi və ya itməsi,görmənin pozulması,
nevroloji pozğunluqlar, işemik qanqrenaya qədər inkişaf edən
axsama,tac arteriyaların patoloji prosesə qoşulması hallarında
miokard infarktına qədər inkişaf edən stenokardiya aiddir.Aortitlə
şərtlənən qalxan aortanın anevrizması aorta üzərində diastolik küyün
82
eşidilməsi və aorta qapağınin çatışmazlığı zamanı ürək çatışmazlığı
əlamətlərinin meydana çıxması ilə təzahür oluna bilir.
İnfeksiyanın kliniki əlamətlərinin qoşulması (qızdırma, qanda
iltihab göstəricilərinin səviyyəsinin artması),əvvəllər olmayan küyün
meydana çıxması, həmçinin çox saylı işemik pozğunluqlar infeksion
endokarditi xatırlada bilər.Sifilitik və göbələk mənşəli anevrizmalar
müalicəyə çətin tabe olur və sürətlə proqressivləşir (cədvəl 7.) .
Həkim baxışı zamanı xəstənin yorğun görüntüsü olur və
subfebril qızdırmadan şikayətlənir.Arterial təzyiqin aşağı olması və
ya sağ və sol qolda təzyiqlər fərqinin olması (10 mm c. süt. - dan
artıq) damarların okklüziyasını ehtimal etməyə imkan verir.
İstənilən ətraflarda nəbz azalmış ola bilər.Yuxu arteriyasında,
qarın aortasında,hətta körpücükaltı və kürək arteriyalarında küy
eşidilir.Klinki şəklə görə aortitin diaqnozunun qoyulması zamanı
şübhənin yarandığı hallarda şüa müayinəsi aparılır.
Cədvəl 7.
Aortitin kliniki xüsusiyyətləri
Dostları ilə paylaş: |