Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Ümumi metabolizmidə zülalın qiymətini nəzərə almadan energetik



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

Ümumi metabolizmidə zülalın qiymətini nəzərə almadan energetik 

ekvivalentin tənəffüs əmsalından (TƏ) asılılığı 

Orta tənəffüs əmsalı 0,22 təşkil edir. 



 

1,0


 

0,9 

0,82 

08 

07 

KC/L 0

2

 

21,1 



20,6 

20,2 

20,1 

19,6 

Hesablama  nümunəsi.  Əvvəlki  misalda  olduğu  kimi  ok-

sigenin udulması 280 ml/dəq təşkil edir, amma tənəffüs əmsalının 

qiyməti 0,82 təşkil edir (enerji ekvivalentin orta qiyməti 20,2 KC/L 

O

2



  bərabərdir).  Bu  halda  metobolizmin  intensivliyi  0,280-

20,2«5,66KC/dəq«8150KC/gün  (təqribən  94  vt).  Əvvəlki  misalla 

müqayisədə fərq 358 KC/gün və ya 4% təşkil edir. 

Tənəffüs əmsalına təsir edən amillər. Xaric olan C02-ın və 

istifadə olunan oksigenin miqdarı aşağıdakı üç amildən asılıdır. 

1.

 

Mübadilədə iştirak edən qidalı maddələrin tipindən. Belə 



müəyyən  edilmişdir  ki,  tənəffüs  əmsalı  -  karbohidratların 

oksidləşməsi zamanı - 1,0, yağların oksidləşməsi zamanı - 0,7 



327 

downloaded from KitabYurdu.org



və zülalların oksidlşməsi zamanı isə-0,8 (cədvəl 2). 

2.

 



Hipervintilyasiyadan.  Hipervintilyasiya  zamanı  orqa-

nizmdən əlavə xaric olan CO

2

  metobolik  proseslər  zamanı  əmələ 



gələn  CO

2

  ilə  əlaqəli  olmayıb,  toxuma  və  qanda  olan  CO



2

  ilə 


əlaqədardır. Qann və toxumalarda əlavə oksigen toplana bilmədiyi 

üçün, hipervintilyasiya udulan oksigenin həcminə təsir etmir. Hava 

balonunun doldurulması çox ağır psixoloji stress və süni tənəffüs 

(bu zaman ventilyasiyanm dəqiqəlik həcmi tələb olunan səviyyədən 

yüksək olur) və b. amillər hipervintilyasiyaya səbəb ola bilər. 

3.

 



Bir  qida  maddəsinin  digər  qida  maddəsinə  çevrilməsi 

zamanı. Bu hal qida rasionunun çox hissəsini karbohidratlar təşkil 

edəndə  müşahidə  edilir.  Belə  ki,  yağlarda,  karbohidrat-  lara 

nisbətən oksigen az olur. Belə ki, həddindən artıq karbo- hidratla 

orqanizmi yüklədikdə ağciyərlərlə udulan oksigenin miqdarı aşağı 

düşür, tənəffüs əmsalı isə artır. Həddindən artıq qidalanma ən son 

halda  tənəffüs  əmsalının  qiymətinin  ördəklərdə  1,38,  donuzlarda 

1,59  arasında  dəyişməsinə,  aclıq  dövründə  və  diabet  zamanı 

tənəffüs əmsalı 0,6 qədər düşə bilər. Bu qlükozanın metobolizminin 

aşağı  düşməsi  zamanı  yağ  və  zülalların  mübadiləsinin 

intensivliyinin qüvvətlənməsi zamanı müşahidə edilir. 

Standart  həcm.  Havada  temperatur  və  təzyiqin  həqiqi 

qiymətindən asılı olmayaraq, nəticəni müxtəlif eksperimentlərdən 

alman  rəqəmlərlə  müqayisə  etmək  üçün  oksigenin  udulması 

intensivliyinin  standart  şəraitə  uyğun  hesablamaq  lazımdır. 

Standart  temperatur,  təzyiq,  rütubət  üçün  aşağıdakı  şərait  qəbul 

edilir; O

0

C, 760 mm.Hg.st. və quru hava. 



Yenidən  hesablama  koeffısentini  düstura  uyğun  cədvəl 

rəqəmlərinə görə alırlar. 



v r

-P

t



-f

K

,o 273 



0

  760


 

273+ ( 


Vo-standart  həcm,  V  -  təyin  edilən  həcm,  Pb  -  barometr 

təzyiqi, PH

2

o-spirometrdə su buxarı təzyiqi, t  - təyin edilən qazın 



həcminin Selsi termometri ilə temperaturu. 

Tam orqanizmdə oksigenin mənimsənilməsini təyin etmək 



328 

downloaded from KitabYurdu.org



üçün qapalı (şəkil 4) və açıq (şəkil 6) sistemdən istifadə edilir. 

Maddələr  mübadiləsinin  intensivliyini  qapalı  üsulla 

müəyyən  edən  zamanı  təcrübədə  vahid  vaxt  ərzində  sərf  olunan 

oksigeni təyin etmək lazımdır. Bu məqsəd üçün həm qapalı, həm də 

açıq respirator sistemlərdən istifadə olunur. 

Qapalı sistem. Bu sistemdə prinsip ondan ibarətdir ki, insan 

içərisi  oksigenlə  dolu  olan  spirometrdən  nəfəs  alır.  Nəfəs  vermə 

havası içərisində natrium karbonat olan və karbon iki oksidi udan 

rezervuardan  buraxılır  və  bundan  sonra  qaz  qarışığı  yenidən 

spirometrə  qayıdır.  Qeyd  olunan  olunan  spiro-  qramma  əyilmə 

bucağı  ilə  xarakterizə  olunur  (şəkil  4).  Vahid  vaxt  ərzində 

sistemdən xaric olan oksigeni hesablamaq üçün əyilmə bucağının 

əyrisi  müəyyən  edilir.  Əyilmə  bucağının  əyrisinin  uzun  olması 

sistemdən  çox  oksigen  xaric  olmasını  göstərir.  Qapalı  sistemdə 

oksigen  çox  sərf  olunduğu  üçün  sistem  daimi  oksigenlə  təmin 

edilməlidir. Qapalı sistemin əhəmiyyəti ondan ibarətdir ki, oksigeni 

təyin  etməyə  ehtiyac  qalmır,  çatışmayan  cəhəti  tənəffüs  əmsalını 

təyin etmək mümkün deyil. 

 

Natrium karbonat 



Şəkil 4. Qapalı sistemdə oksigenin udulmasının təyin edilməsi prinsipi. İnsan oksigenlə dolu 

zəngəbənzər  qaz  balonundan  nəfəs  alır;  nəfəs  verilən  havadan  xaric  olan  COı  qaz  ölçən  cihaza 

qayıdana qədər natrium karbonat tərəfindən udulur. Ritmik dalğanın aşağı əyrisindən xətti çəkib, 

əyilmə  bucağının  əyrisini  təyin  etməklə,  oksigenin  udulma  intensivliyinin  surətinin  əhəmiyyətini 

tapmaq olar (verilən vəziyyətdə 9,5L/dəq-dir). 

329 

downloaded from KitabYurdu.org



Açıq sistem. Açıq respirator sistemdə nəfəs verilən və nəfəs 

alınan havanın getdiyi yol ayrılır. Adətən təmiz hava ilə nəfəs alınır, 

həm də nəfəs alman havanın yolunda onun həcmini, həmçinin O

2

 və 



CO

2

  qatılığım müəyyənləşdirmək üçün cihaz qoyulmuşdur. Nəfəs 



alman tənəffüs havasında qaz komponentlərinin miqdarı məlumdur. 

Ancaq istifadə olunan oksigeni  və xaric olan CCh-ni  hesablamaq 

lazımdır. 

Tənəffüs əmsalı 1 olarsa, onda hesab etmək olar ki, nəfəs 

verilən  və  nəfəs  alınan  havanın  dəqiqəlik  tutumu  eynidir.  Nəfəs 

vermə havası, nəfəs almaya nisbətən xaricə az verildikdə tənəffüs 

əmsalı  1,0  aşağı  olur.  Lakin  tənəffüs  əmsalı  məlum  olanda  da 

dəqiqəlik tutumu Duqlas üsulu ilə təyin etmək olar (şəkil 5). 

 

Şəkil 

5. Duqlas kisəsi ilə oksigen qazının miqdarının təyini. 

Bu üsulda 10-15 dəqiqə ərzində kisəyə nəfəs vermə havası 

doldurulur  (şəkil  5).  Kisəyə  nəfəs  verən  zaman  burun  sı-  xıcı  ilə 

sıxılır,  təmiz  hava  klapandan  kisəyə  daxil  olur.  Kisədə  olan 

havadakı  O

2

  və  CO


2

  miqdarı  təyin  edilir.  Kisəyə  toplanan  bütün 

havanın həcmi qazometrin köməyilə təyin edilir. 

330 

downloaded from KitabYurdu.org



 

Şəkil 6. 



Açıq sistem oksigenin udulması və karbon dioksidin xaric edilməsinin 

təyin  edilməsi  prinsipi.  A. İnsan burnu  sıxıcı  ilə  sıxıldıqdan  sonra  ikitərəfli  klapandan 

muştuk vasitəsilə təmiz hava ilə nəfəs alır. Nəfəs verilən havanın miqdarı sorucu nasosla 

tənzim  olunan  qazometr  (və  ya  pnevmotaxoqrafıya)  vaitəsilə  ölçülür.  Bu  cihaz  nəfəs 

verilən havada mütənasib miqdarda bütün komponentləri olan nopsiyam almağa imkan 

verir. B. İnsan nəfəs alma və nəfəs verməni klapanı olmayan muştuk (və ya maska və ya 

kapşuyon)  vasitəsilə  həyata  keçirir.  Qaz  analizatoruna  saxlanma  yerindən  daxil  olan 

oksigen  və  karbondioksidin  miqdarı  udulan  oksigenin  və  xaric  olan  karbon  dioksidin 

miqdarı ilə düz mütənasibdir. 

Tənəffüs və fosforlaşmanın bir-birindən ayrılması. Bir 

sıra  kimyəvi  maddələr  ATF-sinetazinin  proton  kanalma 

toxunmadan  (protonoforlar)  protonları  və  digər  ionları  (ion- 

noforlar) membran arası boşluqdan membranla matrisə daşıya bilər. 

Bunun nəticəsində elektrokimyəvi potensial itir və ATF-in 

sintezi  dayanır.  Bu  hadisə  tənəffüs  və  fosforlaşmanın  ayrılması 

adlanır.  Ayrılmanın  nəticəsində  ATF-in  miqdarı  azalır,  ADF  isə 

çoxalır.  Aralayan  maddələrə  misal,  bir  sıra  dərman  maddələri 

(məsələn, antikoaqluyant dikumarın) və ya 

331 

downloaded from KitabYurdu.org



metabolitlər (məsələn, bilirubin və trioksin) ola bilər. 

15.4.

 

Zülal mübadiləsi 

Orqanizmin dörddən üçünü zülallar təşkil edir. 20-dən çox 

amin  turşuları  zülalların  tərkibinə  daxildir.  Bir  sıra  zülal 

molekulları  bir-birilə  hidrogen  əlaqəsi,  elektrostatik  qüvvə  və  ya 

sulfıhidril,  fenol  və  b.  qruplarla  birləşmiş  bir  neçə  peptid 

zəncirindən ibarət olur. 



Əvəz  olunan  və  əvəz  olunmayan  amin  turşuları.  Orqa-

nizmdə olan 20-dən çox amin turşusundan 10-nu arqinin, ba- lin, 

histidin,  izoleysin,  leysin,  lizin,  metionin,  treonin,  tripto-  fan, 

fenilalanin hüceyrədə sintez oluna bilmədiyi üçün, orqanizmə qida 

maddələri ilə daxil olmalıdır. 

Amin turşularının nəqliyyat  və deponirə olunması. Mədə- 

bağırsaq borusunda zülalların parçalanmasının son məhsullaı amin 

turşularıdır. Qanda aminturşularının normal səviyyəsi 35-dən 65%-

ə  qədər  təşkil  edir.  Qanda  olan  amin  turşuları  510  dəqiqə 

müddətində  hüceyrələrə  daxil  olurlar.  Amin  turşuları  molekulları 

membranmdan hüceyrəyə fəal daşınma və diffu- ziya yolu ilə nəql 

olunurlar.  Hüceyrəyə  daxil  olandan  sonra  fermentlərin  təsiri  ilə 

hüceyrə  zülalları  ilə  birləşdiyi  üçün,  onların  miqdarı  hüceyrədə 

həmişə  az  olur.  Bir  çox  hüceyrə  daxili  zülallar  tez  bir  zamanda 

həzm fermenti lizosomin təsiri ilə amin turşularına çevrilib yenidən 

qana daxil ola bilirlər. 

Nüvənin xromosom aparatının zülalları və struktur zülalları 

(kallogen  və  əzələnin  yığıcı  zülalları)  müstəsna  təşkil  edir  və 

qanuna  tabe  olmurlar.  Bu  zülallar  yenidən  amin  turşularına 

çevrilmir. Əgər amin turşularının plazmada olan miqdarı normadan 

aşağı  olarsa,  onda  sərbəst  amin  turşuları  hüceyrədən  plazmaya 

keçərək onun plazmada qatılığını normal səviyyəyə çatdırır. Eyni 

vaxtda  hüceyrə  zülalları  da  amin  turşularına  parçalanır.  Hüceyrə 

zülalı  olan  öz  tələbatını  təmin  etdikdən  sonra  amin  turşularının 

artığı yağlara və qlikogenə mübadilə olunur. 



332 

downloaded from KitabYurdu.org



Plazmanuı  zülallarının  funksiyası.  Plazmanm  əsas  zü-

lalları - albimun, qlobulin və fıbrinogen zülallarıdır. Albumin- lər 

kalloid  osmotik  təzyiqi  təmin  edir,  Qlobulin  immunitetin 

formalaşmasında  iştirak  edir.  Fibronogen  qanın  laxtalanmasına 

səbəb olan fıbrin liflərini əmələ gətirir. 

Hər gün orqanizmdə ən azı 400 qr zülal parçalanır və sintez 

olunur.  Hətta  aclıq  və  qorxulu  çəkinin  tükənməsinə  səbəb  olan 

xəstəliklər zamanı belə toxuma zülalları ilə ümumi plazma zülalları 

arasında münasibət (33:1) nisbətən sabit qalır. 

Orqanizmdə zülalların iştirakı olmadan icra olunan heç bir 

funksiya  yoxdur.  Ona  görə  də  zülal  mübadiləsi  orqanizmin 

mübadilə proseslərində əsas yer turur. Bir çox kimyəvi reaksiyalar 

bioloji  katalizatorlar  hesab  edilən  zülal  fermentlər  vasitəsilə 

sürətlənirlər. Karbohidrat mübadiləsini tənzimləyən in- sulin kimi 

bəzi hormonlar da zülallı təbiətə malikdirlər. 

Tərkibində  dəmir  olan  hemoqlobin  zülalı  qaz  mübadi-

ləsində  iştirak  edir.  Yad  mənşəli  maddələrin  orqanizmə  düş-

məsindən sonra hasil olunan anticisimlər kimi xüsusi maddələr də 

zülallı  təbiətə  malikdirlər.  Sümük  əzələ  sisteminin  əsas 

komponentləri də zülallardan ibarətdir. 



Toxuma metobolizmi zamanı zülalların parçalanması və 

sintezi  prosesləri.  Zülalların  plastik  rolu  onların  enerji  əhə-

miyyətindən böyükdür, ona görə də nə yağlar, nə karbohidrat- lar 

və nə də hər hansı başqa maddələr zülalları əvəz edə bilməz. Zülal 

bilavasitə qana yeridildikdə ilk növbədə yüksək qızdırma və bəzi 

başqa reaksiyalar əmələ  gəlir. Müəyyən müddətdən sonra (15-20 

gün)  zülalı  təkrar  bədənə  yeritdikdə  tənəffüs  iflici,  ürək 

fəaliyyətinin  kəskin  surətdə  pozulması  və  qıcolma  nəticəsində 

ölüm baş verir. 

Son vaxtlar eksperiment yolu ilə isbat edilmişdir ki, məlum 

olan  24  amin  turşusundan  14-ü  əvəz  edilən,  10-u  isə  əvəz 

edilməyəndir (cədvəl 5). 

Əgər  qidada  bunlardan  bir  neçəsi  olmazsa,  mənfi  azot 

balansı  və  zülal  sintezinin  pozulması  ilə  əlaqədar  həmin  amin 

turşusuna  uyğun  xüsusi  dəyişikliklər,  boyun  inkişafdan  qalması, 

çəkinin azalması və sinir pozğunluqları (ümumi zəiflik, 

333 

downloaded from KitabYurdu.org



başgicəllənmə, həssaslığın pozulması, bəzən ağrılar) baş verir. 

Cədvəl 5 

Əvəz edilən amin turşuları

 

Əvəz edilməyən amin turşuları

 

Qlikokol

 

Valin

 

Alanin

 

Leysin

 

Sistein

 

İzoleysin

 

Qlyutamin turşusu

 

Lizin

 

Asparagin turşusu

 

Arginin

 

Tirozin

 

Metionin

 

Prolin

 

Treonin

 

Oksiprolin

 

Fenilalanin

 

Serin

 

Triptofan

 

Oksilizin

 

Histidin

 

Ornitin

 

-



 

Qlitsin

 

-



 

Norleysin

 

-



 

Sitrüllin

 

-



 

 

 



Belə ki, hamiləliyin normal gedişi üçün triptofan lazımdır. 

Əgər mayalanmadan sonra siçanın qidasından triptofan çıxarılarsa, 

14-cü gün rüşeym sorulmağa başlayır. Siçovulların qidasında valin 

olmadıqda  onların  müvazinəti  pozulur  və  sinir  sisteminin 

zədələnməsi müşahidə edilir. 

Bitki ilə qidalanan heyvanlar qida vasitəsilə yaşıl bitkilər ilə 

sintez olunmuş bitki zülallarını, vəhşi heyvanlar isə - heyvan mənşəli 

zülallar  alırlar  və  onlardan  orqanizmin  hüceyrələrində  özlərinə 

məxsus olan zülal sintez edirlər. 

İnsan orqanizmi tərəfindən istifadə olunan qida məhsulları 

müxtəlif  miqdarda  zülallardan  ibarət  olurlar;  zülallar  ilə  zəngin 

məhsullar  -  ət,  balıq,  qarğıdalı,  yumurta  və  b.  Cüzi  zülal  tərkibli 

məhsullar  isə  -  tərəvəz  və  meyvələrdir.  Bu  baxımdan  aralıq  yeri 

çörək və digər məhsullar tuturlar. 

İnsan orqanizmi gündəlik təxminən lazım olan 100 qrama 

qədər zülalı amin turşuları şəklində qan damarlarına daxil 



334 

downloaded from KitabYurdu.org



olaraq, daha sonra qanla bütün orqan və toxumalara nəql olunurlar. 

Amin  turşuları  orqanizmdə  əsasən  plastik  funksiyanı  yerinə 

yetirirlər;  onlar  səciyyəvi  zülalların,  hormonların  (məsələn, 

insulinin, qlükoqonun, hipofız hormonlarının və b.) hüceyrələr ilə 

toxumaların  azotlu,  zülalsız  birləşmələrinin  sintezi  üçün  material 

kimi xidmət göstərirlər. Qida zülalında olan amin turşuları nəinki 

parçalanmış zülalları sintez etmək, həm də toxuma və hüceyrələrin 

zülallı komponentlərinin çoxalması üçün istifadə olunur. 

Zülal  molekullarının  parçalanması  zamanı  orqanizmdə 

əmələ  gələn  zəhərli  maddələrin  neytrallaşması  qaraciyərdə  baş 

verir. 

Azot  tarazlıq.  Qidanın  tərkibindəki  azotun  əsas  hissəsi 

zülalın  payına  düşür.  Orqanizmdə  zülal  mübadiləsinin  vəziyyəti 

haqqında  azot  tarazlığı  əsasında  mühakimə  yürüdürlər.  Qida 

vasitəsilə orqanizmə daxil olan zülallı maddələrin tərkibində olan 

bütün N əsas etibarilə sidik, sidik cövhəri, sidik turşusu vasitəsilə 

azotlu maddələr şəklində bədəndən xaric olur. Orqanizmdən nəcis, 

tər  vasitəsilə  xaric  olunan  azotlu  maddələrin  payı  əhəmiyyətsiz 

olur. 


Orqanizmə  qida  məhsullarının  zülalları  ilə  birlikdə  daxil 

olan N sidik cövhəri və yaxud sidik turşusu şəklində ifraz olunan 

azotlu birləşmələrin miqdarına bərabər olduqda orqanizmin bu cür 

vəziyyəti azot tarazlığı adlanır. 



Azot tarazlığı vəziyyəti - Zülallı maddələrin tərkibini təşkil 

edən azot orta hesabla 16%-a bərabər olur. Qida ilə qəbul olunan 

N-un  miqdarı  onun  orqanizmdən  xaric  olunan  miqdarından  çox 

olduqda, bu cür vəziyyət müsbət azotlu tarazlıq, orqanizmdən xaric 

olunan N-un miqdarı orqanizmə daxil olan N-un miqdarından çox 

olduqda isə bu cür vəziyyət mənfi azotlu balans adlanır. 

Azotun hamısı mənimsənilmədiyindən hesablamanın dəqiq 

olması üçün nəcisdə azotun miqdarını tapır və onu qəbul edilmiş 

azotdan  çıxırlar.  Alınmış  rəqəm  mənimsənilmiş  azotun  dəqiq 

göstəricisi  olur.  Bu  göstəricinin  köməyilə  orqanizmə  daxil  olan 

zülalın miqdarı tapılır. Gündəlik qəbul etdiy 

335 

downloaded from KitabYurdu.org



imiz  qida  maddələrinin  tərkibində  olan  zülalın  miqdarını  tapmaq 

üçün  nə  etmək  lazımdır?  Bunun  üçün  əvvəlcə  zülalın  tərkibində 

olan  azotun  miqdarı  təyin  edilir  və  məlum  olan  6,25  rəqəminə 

vurulur. Belə ki, müəyyən edilmişdir ki, zülalın tərkibində 14-19%-

ə qədər, orta hesabla 16% azot var. 6,25 q zülalda 1 q azot olur. 

Deməli,  6,25  rəqəmini  almaq  üçün  100-ü  16-ya  bölürlər 

(100:16=6,25). Beləliklə, qidanın tərkibindəki azotu təyin etməklə 

zülalın miqdarını bilmək olar. 

Parçalanmış  zülalın  səviyyəsini  təyin  etmək  üçün  sidiyin 

tərkibində olan azotun miqdarını 6,25-ə vurmaq lazımdır. 

Tərkibində orqanizm üçün yararlı bütün amin turşuları olan 

zülalların  tam  dəyərli  (jelatindən  başqa  bütün  heyvan  mənşəli 

zülallar tam dəyərli hesab edilir. Bunlardan ətdə, yumurtada, süddə, 

balıqda,  balıq  kürüsündə  olan  zülalların  orqanizm  üçün  xüsusilə 

böyük əhəmiyyəti var), amin turşuları çatışmayanlar isə az dəyərli 

zülalları hesab edilir. Tam dəyərli zülallardan orqanizmə xas olan 

zülalları sintez edilir. Tam dəyərli zülal iki ya üç dəyərsiz zülalla 

əvəz  oluna  bilər.  Lakin  bəzi  bitkilərdə  tam  dəyərli  zülallar 

(məsələn,  qarğıdalıda  -  zein,  buğdada  -  qliadin,  arpada  -  qordein 

zülalı) var. 

Zülalın  parçalanması  amin  turşusunun  oksidləşməsi  ilə 

başlayır və ammonyak, karbon qazı və suya qədər ayrılır. Zəhərli 

maddə olan ammonyakın çox hissəsi xüsusi reaksiyalar vasitəsilə 

təsirsiz birləşmələrə çevrilir xaric edilir, digər hissəsi isə karbamidə 

qaraciyərdə  keçdikdən  sonra  zərərsiz  hala  salınır  və  böyrəklərlə 

ifraz olunur. 

Ammonyakın qaraciyərdə karbamidə çevrilməsi  prosesini 

Ekk-Pavlov  fıstulası  ilə  heyvanlar  üzərində  asanlıqla  nümayiş 

etdirmək  olar.  Belə  ki,  qaraciyər  arteriyasını  bağlamaqla  Ekk-

Pavlov  flstulasının  köməyilə  qapı  vena  sisteminin  qaraciyərlə 

əlaqəsini kəsdikdə sidikdə karbamid kəskin azalır, ammonyak isə 

çoxalır.  Ekk-Pavlov  fıstulası  olan  heyvanlarda  karbamidin  əmələ 

gəlməsinin  tamamilə  dayanması  göstərir  ki,  başqa  üzvlər 

qaraciyərin  bu  funksiyasını  əvəz  edə  bilmir.  Əgər  qaraciyəri 

çıxarılmış  heyvan  qida  ilə  az  zülal,  yəni  az  amin  turşusu  qəbul 

edərsə uzun müddət yaşaya bilir. Lakin çoxlu ət ye 



336 

downloaded from KitabYurdu.org



dikdə  isə  ətdə  olan  zülalın  parçalanmasından  əmələ  gələn  am- 

monyak  qana  keçərək  toxuma  və  hüceyrələri  zəhərləyir,  nəticədə 

heyvan  qıcolma  və  hərəkət  koordinasiyasının  pozulması  ilə 

müşayiət edilən intoksikasiyasından məhv olur. 

Tədqiqatlar göstərir ki, orta yaşlı sağlam orqanizmdə qəbul 

olunan və xaric edilən azotun miqdarı bərabər olur. 

Əgər azot qida vasitəsilə qəbul olunan qədər orqanizmi tərk 

edərsə  azot  balansı  sıfra  bərabər  olur.  Bu  halda  azot  müvazinəti 

yaranır. 

Qidada zülalın miqdarı xeyli azaldıqda bir sıra pozğunluqlar 

baş  verir.  Gündəlik  qida  ilə  80-110  q  zülal  daxil  olduqda  azot 

müvazinəti  yaranır.  Zülalın  miqdarı  60  qramdan  aşağı  düşdükdə 

mənfi  azot  balansı  əmələ  gəlir.  Orqanizmə  daxil  olan  qidanın 

tərkibindəki  azot  müvazinətini  saxlayan  zülalın  ən  az  miqdarına 

zülal  minimumu  deyilir.  Bəzi  fizioloji  şəraitdə  çoxlu  zülallı  qida 

daxil  olarsa  azot  balansı  müsbət  olur  və  orqanizmdə  azotun 

ləngiməsi baş verir. Bu vəziyyət əksər hallarda uşaqlarda rast gəlir. 

Çünki uşaqların normal inkişafı onların böyüməsi üçün çoxlu zülal 

tələb olunur. 

Orqanizmin zülalla kafi dərəcədə təmin olunmaması zülal 

aclığı törədir. Bu zaman bədən çəkisi azalır və uzun müddət zülal 

aclığı nəhayət ölümə səbəb olur. 



Azot  balansına  təsir  edən  amillər.  Orqanizmdə  zülal  ba-

lansının  müvazinətini  sidik  cövhərinin  (sidik  cövhərinin  azotu) 

miqdarına  görə  müəyyən  edirlər,  belə  ki,  sidikdə  olan  azotun 

miqdarı zülalların katobolizminin real göstəricisidir. Əgər sidikdə 

olan  miqdarı  qida  ilə  orqanizmə  daxil  olan  azotun  miqdarına 

bərabər  olarsa,  onda  insan  azot  tarazlığı  (balansı)  müvazinətində 

olur. Əgər orqanizmə artıq miqdarda zülal daxil olmağa başlayırsa 

onda  amin  turşularının  artığı  dezaminlə-  şir  və  sidik  cövhərinin 

miqdarı  yüksəlir  və  azot  balansı  saxlanılır.  Lakin  böyrəküstü 

vəzinin  katabolizm  hormonlarının  ifraz  olunmasının  yüksəlməsi 

şəraitində  və  ya  insulin  hormonun  sekresiyasının  çatışmazlığı 

zamanı,  həmçinin  aclıq  zamanı  və  ya  hərəkətin  məcburi 

məhdudlaşdırılması  zamanı  orqanizmdən  xaric  olan  azotun 

miqdarı, daxil olan azotdan çox olur 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin