356
downloaded from KitabYurdu.org
olur: A avitaminoz xəstəliyinin ağır formalarının təzahürü zamanı
skeletin inkişafında ləngimə və dərinin bəzi zədələnmələ- ri
müşahidə olunur. Avitaminoz zamanı görmə zəifliyi, kserof-
talmiya, keratomolyasiya meydana çıxır.
Sutkalıq tələbat (dozanı ME ilə təyin edirlər: ME=0,3 Mkq)
yaşlılar üçün - 1,5 mqr (5000 ME), hamilə qadınlar üçün - 2 mqr
(6600 ME), süd verən analar üçün - 2,5 mqr (8250 ME), 1 yaşında
uşaqlar üçün - 0,5 mqr (1650 ME), 1-6 yaş - 1 mqr (3300 ME), 7
yaşından yuxarı - 1,5 mq (5000 ME) təşkil edir.
Vitamin Bı (tiamin) tiaminfosfat formasında metobo-
lizmdə iştirak edir. Mədə-bağırsaq traktında sorulduqdan sonra
tiamin tiaminfosfata fosforlaşır. Bı vitamini karbohidrat- lar
sayəsində, kofermentlərin kokarboksilaza və dehidrazanm
sintezində, üzüm turşusunun dekarboksilləşməsində iştirak edirlər.
Tiamin bitki və heyvan toxumalarında geniş yayılaraq, həm
aeroblu, həm də anaeroblu hüceyrələr üçün zəruri olur. Yaşlı
insanda tiaminin gündəlik tələbatı 2-3 mq təşkil edir. Bı vitamini
pivə mayasında, yunan fındıqlarında, yumurtalarda (yumurta
sarısında), çovdar ununda, qarğıdalıda rast gəlinir.
Bı avitaminozu zamanı amin turşularının mübadiləsi,
karbohidratlarm yenidən sintezi, eləcə də sinir sistemində ase-
tilxolinin əmələ gəlməsi pozulur. Avitaminozlu heyvanların
qanında karbohidratlarm parçalanmasının pentozafosfatlı aralıq
məhsullarının əhəmiyyətli miqdarı aşkar olunur. Qanda pirivat və
laktatların miqdarı artır.
Orqanizmdə tiaminin çatışmaması zamanı maddələr
mübadiləsinin pozulması kəskin polinervit xəstəliyinin inkişafı ilə
nəticələnir. Nəticədə heyvanın hərəkətində pozğunluqlar gəzməklə
müxtəlif pozğunluqlar meydana çıxarır.
Vitamin B
2
(riboflavin) toxumalarda ATF-lə birləşir,
flavinmononukleotid və flavinadenin nukletotidə çevrilir. Ko-
fermenti dehidrogenez və oqksidoz oksidləşdirici-bərpaedici
proseslərdə iştirak edir. Riboflavin görmə funksiyası və he-
moqlabinin sintezini həyata keçirməsi üçün lazımdır.
B
2
vitamini quruluşuna görə toxuma piqmenti flavinə
357
downloaded from KitabYurdu.org
yaxın olur. Riboflavin toxuma flävininin 5 atomlu spirt ribitol ilə
birləşməsidir. B
2
vitamini orqanizmin toxumalarında baş verən
oksidləşmə-bərpaedici proseslərində iştirak edən bir sıra
kofermentli sistemlərə daxil olur (tənəffüs fermenti, oksidaza və b.).
Riboflavin bir çox mikroorqanizmlər, bakteriyalar, mayalar, ali
heyvanların orqanizmində mövcud olan mikroorqanizmlər
vasitəsilə sintez edilir.
B
2
vitamininə mayalarda, dənli bitkilərdə, pomidor
pastasında, kələmdə, yumurtalarda, qaraciyərdə, beyində rast
gəlinir. Qidada B
2
vitamininin çatışmaması zamanı dərinin, gözün
buynuz təbəqəsinin zədələnməsi müşahidə olunaraq, cavan
heyvanlarda artım dayanır. Yaşlı insanda B
2
vitamininə olan
gündəlik tələbat
1,8
mq-dir.
Vitamin E (a -taxoferol,
7
-tokoferol) doymamış yağ
turşularının oksidləşməsinin qarşısını alır. Hema və zülalların
sintezində və toxuma tənəffüsündə iştirak edir. Gündəlik tələbat -
15 ME. Bitki yağı, tərəvəzin yaşıl yarpaqları, yumurtada olur.
Avitaminoz zamanı skelet əzələlərinin distrofiyalaşır, cinsi
fəaliyyət zəifləyir, mitoxondirinin lizosom və hüceyrə membranın
funksiyası pozulur. Dölün ölümünə səbəb olur. E vitamini çoxalma
funksiyasının təmin olunmasında vacib rol oynayır. Onun yoxluğu
zamanı xayada spermotozoidlərin normal inkişafı pozularaq,
onların hərəkətinin itməsi, embrio- nun sorulması müşahidə olunur.
E vitamini bütün onurğalı heyvanlar üçün zəruridir.
Vitamin
B3
(pantoten turşusu) - mübadilə prosesinə
koenizm A formasında daxil olur, yağlar və karbohidratlarm
mübadiləsində iştirak edir. Bütün qidaların tərkibində pantoten
turşusu olduğu və həm də orqanizmdə sintez oluna bildiyinə görə
insan orqanizmində onun çatışmazlığına az təsadüf edilmir. Dənli
və paxlalı bitkilərdə, kartofda, qaraciyərdə, yumurtada, balıqda
olur.
Sutkalıq tələbat - 10 mq-dır. O, yağ turşuları, steroid
hormonlar və s. sintezində iştirak edir. Təsadüfən çatışmazlığı
olanda tez yorulma, halsızlıq, huşsuzluq, dermatit nevritlər, selikli
qişalarda zədələnməyə təsadüf edir.
358
downloaded from KitabYurdu.org
Pantoten turşusu həşəratların bağırsaqlarında mikro-
orqanizmlərin varlığından asılı olmayaraq bütün həşəratlar üçün
zəruridir. Göyşəyən heyvanlarda pantoten turşusu külli miqdarda
birinci mədə mikroorqanizmləri, dovşanlarda kor bağırsaq
bakteriyaları, insanda isə yoğun bağırsağın mikroflo- rası tərəfindən
sintez olunur. Yaşlı insanın pantoten turşusuna olan gündəlik
tələbatı 10 mq təşkil edir. Onun çatışmaması zamanı artımda
yubanma, bədən kütləsinin azalması, saçların ağarması, anemiya
əlamətləri müşahidə olunur.
Vitamin Be (pridoksin) - suda həll olan vitamindir. Bitki və
heyvan mənşəli qidalarda (mal əti, qaraciyər, donuz əti, qoyun əti,
balıq ətində (bağırsaq mikroflorası sintez edir) olur.
Pridoksin çatışmaması hemoqlobinin normal bioloji
sintezinin pozulması ilə nəticələnə bilər. Müxtəlif heyvanların
qidalarında B
Ö
vitamininin çatışmaması dermatit ilə nəticələnir. Bir
çox heyvanların qidasında B
Ö
vitamininin yoxluğu və yaxud
kifayət qədər olmaması anemiya üçün xarakterik olan qan
tərkibinin dəyişilməsində təzahür edir. Yaşlı insanda B
Ö
vitamininə
olan gündəlik tələbat 2-4 mq təşkil edir.
Vitamin B
9
(folturşusu) bağırsaq bakteriyaları sintez edir.
Əsasən heyvan (qaraciyər, böyrəklər, mal əti, yumurta) və bitki
(buğda, arpa, yerkökü, pomidor, kələm, turşəng) mənşəli qidalarda
olur. Qanın yaranmasını stimul və tənzim edir. Hüceyrələrin
çoxalmasında iştirak edir. Vitamin
B9
olan gündəlik tələbat 400 mq-
dır.
Vitamin Bn (stankobalamin) pibonukleotidlər üçün ke-
onzim kimi təsir edir. Boy və eritrositlərin yaranmasına təsir edir.
Vitamin Bi
2
fəal kaferment formaları - metilkobalamin və
dezoksiadenozinoko-balamindir. Əsas funksiyası hərəkətli metil
qrupları və hidrogeni daşımaqdır. Vitamin B
12
çatışmazlığı
anemiya və onurğa beyninin arxa və yan sütunda nəqledici
yollarının mielinləşməsində pozğunluğa səbəb olur. Gündəlik
tələbat 2-5 mkq.
Orqanizmdə B
12
vitamininin çatışmaması qida məhsul-
larında onun yoxluğu ilə deyil, onun aşağı səviyyədə mənim-
sənilməsi, onun mədə-bağırsaq traktına daxil olmasının po-
359
downloaded from KitabYurdu.org
zulması ilə əlaqədardır. B
12
vitaminin mənimsənilməsi üçün
mədənin bəzi hüceyrələri ilə ifraz olunan kastla amili kimi xüsusi
maddə zəruridir. Külli miqdarda B
12
vitamini heyvanların
qaraciyər, böyrək kimi bəzi orqanlarında aşkar olunur.
Vitamin C (askorbin turşusu)-suda həll olan vitamindir. Bitki
mənşəli qida maddələrində (limon, bibər, şüyüd, portağal, qara
qarağat, göy soğan, pomidor pastası, kartof, kələm, itburnu
meyvəsi)
olur.
Hüceyrədaxili
oksidləşmə-bərpa-
edici
proseslərində iştirak edir. Kallogenin, hialuron turşusu,
kortikosteroidlərin sintezində, triozin, fenilalanin və foli tur-
şusunun mübadiləsi üçün lazımdır. Vitamin C gündəlik tələbat
yaşlılar üçün - 70 mq, uşaqlar üçün: 6 aylıq - 1 yaşa qədər - 20 mq,
1-1,5 yaş - 35 mq, 1,5-2 yaş - 40 mq, 3-4 yaş - 45 mq, 510 yaş - 50
mq, 11-13 yaş - 60 mq olur. Avitaminozu zamanı əmələ gələn
xəstəliklər qanaxma, damarların sürüşməsi, dişlərin tökülməsi,
dəridə kiçik qansızmalar, diş dibindən qan axma (sinqa) və s.
xəstəliklər meydana çıxır.
Onurğalı heyvanların bir çoxu askorbin turşusunu külli
miqdarda sintez etsələr də, dəniz donuzu, meymun və insan qida ilə
askorbin turşusunu almalıdır.
Vitamin D (xolekalsiferol-D3, erqokalsiferol-02) yağda
həll olan vitamindir. Sümük və dişlərin sintezi üçün lazımdır. Bioloji
cəhətdən az fəal olan bitki (erqosterol, provitamin D
2
) və heyvan
(provitamin D
3
) mənşəli provitaminlər ultrabənöv- - şəyi şüaların təsiri
ilə dəridə, sonra qaraciyərdə, sonra böyrəklərdə bioloji fəal formaya -
kalsiyə (1.25-(OH)2-D3) çevrilir. Vitamin D
3
reseptorları
transkripsiyanm nüvə amilidir. Heyvan orqanizminin toxumalarında
(əsasən dəridə) D vitamini ultrabənövşəyi şüaların təsiri altında 7-
dehidroxolesterindən sintez edildiyindən onun sintezi üçün optimal
şərait yay mövsümündə yaranır. Onurğasız heyvanlarda D vitamininə
olan tələbat aşkar olunmur. Külli miqdarda D vitamininə əsasən balıq
yağında və yumurta sarısında, quşların və balıqların qaraciyərində,
balığın kürüsündə rast gəlmək mümkündür.
Uşaqlarda D vitamininin çatışmaması zamanı kalsiu-
360
downloaded from KitabYurdu.org
mun həcmindəki kəskin dəyişikliklər və sümükdə kalsium duzunun
çatışmaması ilə müşayiət olunan raxit xəstəliyi inkişaf edir.
Südəmər uşaqlarda D vitamininə olan gündəlik tələbat 10-25 mq
təşkil edir. Yaşlı insanda D vitamininin çatışmaması zamanı
osteomalyasiya, yəni orqanizmdə kalsiumun mübadiləsinin
pozulmasının nəticəsi kimi sümüklərin yumşalması başlanır.
Vitamin K (filloxinon). K vitamininə qida məhsullarında
rast gəlinir. Daha çox turşəng, kələm, pomidor, qaraciyərdə olur.
Heyvanın orqanizmində yoğun bağırsaq bakte- riyaları sintez edir.
K vitamininin çatışmaması zamanı qanın laxtalanması pozularaq,
protrombinin qanda iştirakı zəifləyir. Protrombin sintezində iştirak
edir, qanın normal laxtalanma- sına təsir edir.
K vitaminin fəaliyyəti qaraciyərin funksiyası ilə sıx şəkildə
əlaqədardır. Qaraciyərdə qanın laxtalanmasmı müşayiət edən
proseslərdə iştirak edən maddələr sintez olunur. Bitki
məhsullarında daha çox K vitamini olur. Avitaminoz qidada K
vitamininin çatışmaması nəticəsində deyil, onun mədə-bağırsaq
traktında sorulması prosesinin pozulması zamanı baş verir.
Avitaminoz zamanı laxtalanma müddəti artır, mədə- bağırsaq
qanaxması, dərialtı qanaxma baş verir.
H vitamini (biotin). H vitamini və trikarbon turşularının
karboksidləşməsi proseslərində iştirak edən bir sıra fer- mentlərin
tərkibinə daxil olur. Heyvanlarda biotin bağırsaq traktının
bakteriyaları ilə sintez edilir. Lakin bəzi hallarda, məsələn, çiy
yumurta zülalının qəbul olunması zamanı qidanın ayrı-ayrı
komponentlərinin biotin ilə birləşməsi və bununla da biotinin həyat
üçün zəruri vacib proseslərindən istisna olunması baş verir. Digər
hallarda H vitamininin çatışmaması sul- fanilamidli preparatların
qəbul olunması zamanı bağırsaq bakteriyalarınm həyat
fəaliyyətinin pozulması nəticəsində inkişaf edir. Toyuqlarda
biotinin çatışmaması rüşeymlərin tələf olması və cücələrdə skeletin
patoloji dəyişikliklərə məruz qalmasına səbəb olur.
Yaşlı insanda H vitamininin gündəlik tələbatı 10 mq və
361
downloaded from KitabYurdu.org
ya 120 Mkq təşkil edir. H vitamininin çatışmaması zamanı or-
qanizmdə dərinin müxtəlif cür zədələnməsi, zəiflik, yuxulu və-
ziyyət meydana çıxaraq, iştaha pozulur.
Biotin noxud, soya, buğda, göbələk, yumurta sarısı,
qaraciyər, böyrək, ürək, gül kələm və s. olur.
PP vitamini (nikotin turşusu-nikotinoamid). Suda həll olan
vitamindir. PP vitamini karbohidratlarm mübadiləsində vacib rol
oynayan kodehidrogenaz kofementlərinin tərkib hissəsini əmələ
gətirir. Nikotin turşusu triptofandan bakteriyalar və bir çox
bitkilərin toxumaları vasitəsilə sintez edir. PP vitamininin
çatışmaması zamanı dermatit (dəri örtüklərində ilti- habi proses),
diareya (qarm pozulması) və demensiya (psixi pozğunluq) kimi
xəstəliklər inkişaf etmiş olurlar.
NAD (nikotinoamiddinukleotid) və NADF (nikotino-
amiddinukleotid fosfot) formasında kofermentidir. NAD və NADF
hidrogen və elektronların akseptorları olub, oksidləş- mə və bərpa
proseslərində iştirak edir. Hüceyrə tənəffüsündə iştirak edir. Ət və
balıq məhsullarında, xüsusilə mal əti, böyrək, ürək, qızılbalıq,
siyənəkdə çox olur.
İnsan orqanizminin PP vitamininə olan gündəlik tələbatı
yaşlılarda 12-18 mq, uşaqlar üçün:
6
aydan - lilə qədər -
6
mq, 1-1,5
ilə - 9 mq, 1,5-2 ilə - 10 mq, 3-4 ilə - 12 mq, 5-6 yaşa qədər - 13
mq, 7-10 yaşa qədər - 15 mq, 11-13 yaşa qədər - 19 mq qədər olur.
Foli turşusu (foli turşusu, folisint poliqlutamil folasin).
Qaraciyərdə foli turşusu fəal formaya keçir - foli və ya tetra-
hidrofoli turşusu və purin, primidinlərin sintezində və bəzi amin
turşuların çevrilməsində iştirak edir. Histidin mübadiləsində,
meteonii sintezində, xolin mübadiləsində iştirak edir. Gündəlik
tələbat 01-2 mq-dir. Folatların hamiləliyin birinci üç ayında qəbul
edilməsi dölün inkişafının normal getməsi üçün çox lazımdır.
Antivitaminlər. Antivitamin dedikdə vitaminlərin bioloji
effektini dayandıran kimyəvi maddələr başa düşülür. Antivi-
taminlərin çoxu vitaminlərə oxşayan kimyəvi struktura malik olur
(məsələn, piridoksin və onun konkret antaqonisti-
362
downloaded from KitabYurdu.org
dezoksipiridoksin). Antivitaminlərə həmçinin vitaminlərin struktur
antoqonistləri olmayan bir sıra birləşmələr (məsələn, vitaminləri
parçalayan fermentlər) daxildir.
15.9.
Su və mineral maddələr mübadiləsi
İnsan və heyvan orqanizmlərində ritmik davam edən
fizioloji və biokimyəvi proseslərin normal halda baş verməsi üçün,
gündəlik tələbata uyğun qəbul edilən üzvi maddələrlə bərabər
(zülallar, yağlar, karbohidratlar, fermentlər, vitaminlər, hormonlar)
su və mineral maddələr də mütləq lazımdır. Su və mineral
maddələrin hüceyrə üçün qida və enerji əhəmiyyəti olmasa da,
orqanizm üçün aşağıda göstərilən çox mühüm vəzifələri yerinə
yetirirlər: 1. Qanda oksigen və CO
2
daşınmasında iştirak edirlər. 2.
Osmos təzyiqinin tənzimində iştirak edirlər.
3.
Hüceyrə sitoplazmasmm, qanın plazmasının, qan cisimcik-
lərinin, limfa və hüceyrəarası mayenin əsas tərkib hissələridir.
4.
Qanın laxtalanmasmda turşu-qələvi müvazinətində yaxından
iştirak edirlər. 5. Bədən temperaturunun fiziki və kimyəvi
proseslərin neyro-humal tənzimində yaxından iştirak edirlər.
6.
Beləliklə, homeostazın sabit saxlanması onların hüceyrələr,
toxumalar və tam orqanizmdə olan normal miqdarından asılı olur.
Cədvəl
8
-də orqanizmin gündəlik tələbatına uyğun mi-
neralların miqdarı haqqında məlumat verilmişdir.
363
downloaded from KitabYurdu.org
Cədvəl 8
Minerallara gündəlik tələbat
Minerallar
Miqdarı
Natrium
3,0 qr
Kalsium
1,2 qr
Kalium
1,0 qr
Xlor
3,5 qr
Dəmir
18,0 mqr
Sink
15 mqr
Maqnezium
400 mqr
Yod
150,0 mkqr
Kobalt
məlum deyil
Mis
məlum deyil
Marqans
məlum deyil
Cədvəldə göstərilən Na, K, S, Cl, Mg, Fe, Y və s. miqdarı
çox, Mn, F, Cu, CO, Bk, Zn, Ag, Al və s. orqanizmdə cüzi miqdarda
olduqlarına görə onlara «mikroelementlər» deyilir.
Mikroelementlər toxumalara daha az keçir. Buna görə də uzun
müddət elə zənn edirlər ki, mikroelementlər su, qida, hava və s. vasitəsilə
orqanizmə təsadüfən düşür və həyat fəaliyyətində əsas rol oynamırlar.
Lakin daha dəqiq tədqiqatlar göstərir ki, gündəlik qidadan onları
tamamilə çıxardıqda bir sıra xəstəliklər və mübadilə pozğunluqları baş
verir. Mis və ya
v
kobalt duzları orqanizmə kifayət qədər daxil olmadıqda
qa- nazlığmın müəyyən formaları meydana çıxır.
Su və onun orqanizmdə rolu. Təkamül prosesində ilk tək
və çox hüceyrəli orqanizmlərin maye mühitində əmələ gəldiyi
dövrdə və indi də su mühitində yaşayan canlıların əksəriyyətində
su onlar üçün maye xarici mühiti təşkil etdiyi halda, quruda
yaşayan heyvanlar və insanda su - maye daxili mühiti (qan, limfa
və hüceyrəarası maye) təşkil edir. Bütün canlılar aclığa nə qədər
çox dözümlü olsalar da, susuz bir neçə gün belə yaşaya bilməz.
Məsələn, insan 40-50 gün ac qala bildiyi halda, susuz isə bir
həftədən artıq yaşaya bilmir.
İnsan gün ərzində təxminən 2-2,5 litr su qəbul edir. Su
364
downloaded from KitabYurdu.org
bədəndən əsasən sidik-ifrazat sistemi vasitəsilə (1-1,5 l), dəri
vasitəsilə (0,5-0,
6
, bəzən 21 və daha çox), ağciyərlərlə yəni tənəffüs
havası ilə (0,3-0
,8
l), düz bağırsaqla (nəcislə 100-150 ml) su xaric
olur. Suya olan gündəlik tələbat içilən (1.5 l) və qəbul olunan
qidaların tərkibində olan su ilə (0,9-1 l) bərpa olunur.
Su - canlı orqanizmlərin vacib tərkib hissəsi olub və heyvan
orqanizminin kütləsinin əhəmiyyətli hissəsini təşkil edir. Məsələn,
dəniz ulduzunun bədənində suyun miqdarı 99,9%-ə, bir çox
heyvanlarda isə 50-80%-ə bərabərdir. Yaşlı kişilərin bədən
çəkisinin 65%-ni, qadınların isə 51%-ni su təşkil edir. Yeni
doğulmuş uşaqlarda su bədən çəkisinin 75%-ni təşkil edir. İnsan
əzələsində su 75%, sümüklərində 20-40%, qanda 82%, qaraciyərdə
75%, beyin toxumasında 70-85%-ni su təşkil edir.
Na duzları orqanizmdə suyun saxlanmasına yardım edərək
K və Ca duzları onun orqanizmdən ifraz olunmasına səbəb olur.
Suyun və duzların xaric edilməsində iştirak edən böyrək və
tər vəzilərin fəaliyyəti sinir və humoral tənzimlər vasitəsilə həyata
keçirilir. Ara beynində hipotalamusun osmoresep- tor sinir
hüceyrələri su-duz mübadiləsinin tənzimində iştirak edir.
Su-duz mübadiləsini tənzim edən sinir mərkəzi ara beyində
- hipotalamusda yerləşir.
Su-duz mübadiləsinin tənzimində hipofizin arxa payının
hormonu - vazopressinin və böyrəküstü vəzin qabıq maddəsinin
hormonu - mineralokortikoidlərin böyük əhəmiyyəti var.
Vazopressin (antidiuretik hormon) böyrək kanal- cıqlarında suyun
geriyə sorulmasım artırır və bununla da diu- rezi azaldır. Hipofizin
ön payının hormonu sidik ifrazına əks istiqamətdə təsir edir.
Böyrəküstü
vəzin
qabıq
maddəsinin
hormonu
mineralokortikoidlərdən aldosteron böyrək ka- nalcıqların da
natriumun sorulmasım artırır, əksinə kaliumun sorulmasım azaldır,
suyu orqanizmdə toplayır.
Natrium mübadiləsi (Na*) - Turşu-qələvi reaksiyanı və
osmotik təzyiqi müəyyən edən natrium kationu hüceyrə mem-
365
downloaded from KitabYurdu.org
branından müxtəlif maddələrin daşınmasında iştirak edir. Fəaliyyət
potensialının formalaşma və nəql olunmasını müəyyən edir.
Natriumun çox istifadə edilməsi suyun orqanizmdə saxlanmasına
səbəb olur və sirkulyasiya olunan qanın həcmini və arterial təzyiqi
yüksəldir. Normal və sağlam orta yaşlı adamın natriuma olan
gündəlik tələbatını qida ilə gündə əlavə
12
12,5 qr xörək duzu qəbul
etməklə ödəmək olar. Natriuma olan tələbat gündə 4-6 qr təşkil edir.
Osmotik təzyiqin yaradılmasında natrium xlorid əsas rol oynayır.
NaCl-orqanizmdən tər və sidiklə xaric olurlar. Mineral maddələr
orqanizmin funksional sistemlərinə müxtəlif təsir göstərirlər. Na
+
və
K
+
ionları ürək əzələsinin fəaliyyətinin, hüceyrənin membran və
fəaliyyət potensialın tənzimlənməsində fəal iştirak edirlər.
Orqanizmdə Na miqdarının normadan az olması, əzələ təqəllüsünün
pozğunluğuna səbəb olur.
Bədənə normadan çox natrium daxil olması onun tem-
peraturunun artmasına, hətta zəhərlənməsinə belə səbəb ola bilər.
İsti sexlərdə işləyən adamlarda tərlə, sidiklə çoxlu natrium (45%
qədər) ifraz olunur. İsti sexlərdə işləyənlərə maye itkisinin qarşısını
nisbətən almaq üçün şirələr və 10-15 qr xörək duzu qatılmış su
içirtmək lazımdır.
Kalium mübadiləsi (K
+
) hüceyrədaxili mayenin katio- nu
olan kalium memran potensialı yaradır. Hüceyrə membra- nının
oyanmasını müəyyən edir. Əzələ və sinir hüceyrəsinin daxilində
kaliumun qatılığınm dəyişməsi əzələ və sinir sisteminin
funksiyasına təsir edir. Qanda kaliumun miqdarının azalmasına
hipokalemiya, çoxalmasına isə hiperkalemiya deyilir. Kalium
miqdarının azalması ürək əzələsinin təqəllüsünə mənfi təsir edir,
bağırsaqlarda parez əmələ gətirir. Bitki mənşəli qidalardan, kartofun
tərkibində kaliumun miqdarı daha çox olur. Na
+
və K
+
ionları ürək
əzələsinin fəaliyyətinin tənzimlənməsində fəal iştirak edərək, onun
oyanma qabiliyyətini əhəmiyyətli şəkildə dəyişirlər. Na
+
qan
plazmasından xaric edilməsi əzələ toxumasının yığılma xassələrinin
itirilməsi ilə nəticələnir. K
+
ionu heyvan hüceyrəsinin əsas mineral
katio- nudur.
Dostları ilə paylaş: |