Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org X'lor



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

366 

downloaded from KitabYurdu.org



X'lor 

( C t  

)  - xlor  ionu  osmotik  təzyiqin  tənzimində,  mədə 

şirəsində  duz  turşusunun  (H  Ct)  yaranmasında  və  sinap-  tik 

ləngimədə  iştirak  edir.  CT  ionlar  Na

+

  kationları  ilə  birlikdə  qan 



plazmasının və Orqanizmin digər mayelərinin osmotik təzyiqlərin 

təşkilində iştirak edir. Ct~ mədənin həzm ferment- ləri ifraz olunan 

həzm fermentlərinin fəallaşmasında vacib rol oynayan NaCf-un da 

tərkibinə daxil olurlar. Xlor orqanizmdə əsasən xörək duzunun (Na 



Ct)  tərkibində  toplanır.  Dəri  xlorun  beposu  sayılır.  Xlor 

orqanizmdən sidiklə, nəcis ilə, isti olduqda tər və vəzilərindən ifraz 

olunan tərin tərkibində xaric olur. 

Kalsium  mübadilsəi  (Ca

2+

).  Kalsium  (Ca

2+

)  orqanizmdə 



kalsi  fosfat  şəklində  olur.  Hüceyrə  xarici  mayedə  kalsium  ion-

larının  səviyyəsinin  yüksək  olması,  ürəyin  sistola  mərhələsində 

dayanmasına  səbəb  olur.  Ca

2+

  ionlarının  hüceyrə  xarici  mühitdə 



qatdığının az olması sinir lifinin spontan boşalmasına və tetanusa 

səbəb olur. Kalsium ionları bir çox fermentativ reaksiyalara təsir 

edir.  Ca

2+

  ionları  qanın  laxtalanmasında  iştirak  edir.  Orta  yaşlı 



adamın  kalsiuma  gündəlik  tələbatı  0,6-0

,8

  qr  olur.  Ca



2+

  ionları 

uşaqlarda  sümük  sistemin  formalaşmasında  çox  lazım  olduğu 

üçün,  onların  kalsiuma  olan  gündəlik  tələbatı  artır.  Hamiləlik 

dövründə  qadınların  kalsuma  ehtiyacı  daha  yüksək  olur.  Bəzi 

hamilə  qadınlar  bu  dövrdə  tabaşir  yeməklə  kalsiuma  olan 

ehtiyaclarını ödəyirlər. 

Gündəlik  qəbul  edilən  kalsiumun  fosfora  nisbəti  2:1 

olmalıdır. D vitamini fosfat duzlarının bədəndə normal miqdarının 

toplanmasına təsir edir. 

«D»  vitamini  çatışmadıqda  uşaqlarda  raxit  xəstəliyi, 

böyüklərdə  isə  osteoparez  və  osteomalyasiya  əmələ  gəlir.  Qal- 

xanvarı  ətraf  vəzinin  parathormonu  kalsium  mübadiləsinə  təsir 

göstərir.  Bu  hormonun  azlığı  tetaniya  deyilən  vəziyyət  yaranır. 

Kalsum  orqanizmdən  böyrəklərdə  əmələ  gələn  sidiklə,  dəridən 

ifraz olunan tərlə, düz bağırsaqdan xaric olan nəcislə xaric olur. 

Kalsium  bitki  məhsullarından  kələm,  ispanaq,  kahı, 

yerkökü və ağ turpda, heyvan məhsullarından süd, pendir və 



367 

downloaded from KitabYurdu.org



yumurta sarısında olur. 

Fosfor mübadiləsi - fosfat 

(PO4


3

-) 


- hüceyrədaxili mayenin 

əsas  anionudur.  Fosfatlar  çoxlu  koenzimlərlə  dönən  birləşmələr 

əmələ gətirmək qabiliyyətinə malikdir, ATF, ADF, SAMF və başqa 

maddələrin  funksiyası  ilə  əlaqəsi  vardır.  Fosfatlar  daha  çox 

miqdarda  sümüyün  tərkibində  olur.  Fosfor  orqanizmə  əsasən 

natrium və kalium duzları şəklində daxil olur. Karbohidrat və əzələ 

mübadiləsinin tənzim mexanizmində fosforun rolu daha böyükdür. 

Üzvi birləşmələrin və ATF-in tərkibində olan fosfor enerji mənbəyi 

kimi  orqanizmin  fəaliyyətinə  mühüm  əhəmiyyətə  malikdir. 

Fosforun artıq hissəsi sidik və düz bağırsaqdan nəcis ilə bədəndən 

xaric olur. 

Dəmir  mübadiləsi  (Fe

2+

)  -  Hb  əmələ  gəlməsində  iştirak 

edir, az miqdarda qaraciyərdə və borulu sümüklərin tərkibində olur. 

Elektronların  daşıyıcısı  mitoxondiridlərdə  olur.  Dəmir  oksigenin 

toxumalara  daşınması  üçün  və  hüceyrədaxili  oksid-  ləşdirici 

sistemlər üçün mütləq lazımdır. 

Dəmir  heyvan  orqanizmində  hemoqlobin,  mioqlobin, 

sitoxromlar  kimi  vacib  bioloji  birləşmələrin  tərkibinə  daxil  olur. 

Eritrositlərin  tərkibində  orqanizmdə  olan  bütün  Fe-un  təxminən 

70%-i yerləşir. İnsan orqanizminin Fe-a olan gündəlik tələbatı 10-

30  mq  təşkil  edir.  Fe  insan  və  heyvan  orqanizminə  əsasən  üzvi 

birləşmələr şəklində daxil olur. 

Hamiləlik dövrü ananı, uşağı isə 5-6 aylığından sonra, yəni 

əlavə yemək verməklə dəmirlə təmin etmək lazımdır. Orqanizmin 

dəmirə olan tələbatını ət, meyvə və tərəvəz, yumurta sarısı, paxla, 

noxud,  gül  kələm,  alma,  ispanaq  və  quru  gavalı  qəbul  etməklə 

ödəmək olar. 



Maqnezium  (Mg

2+

)  -  hüceyrəyə  çoxlu  fermentativ  re-

aksiyaların  katalizatoru  kimi  lazımdır.  Mg  hüceyrə  xarici  qatı- 

lığının artması sinir sistemi və skelet əzələsinin fəallığını azaldır. 

Əksinə,  Mg

2+

  qatılığınm  azalması  oyanıcılığını  yüksəldir,  qan 



damarlarının  genişlənməsinə,  ürək  ritminin  pozğunluğuna  səbəb 

olur. 


Orqanizmin  bir  sıra  fermentli  sistemlərinin  tərkibinə 

maqnezium daxil olur. Onun MgCh şəklində olan müəyyən 



368 

downloaded from KitabYurdu.org



miqdarına  qan  plazmasına  rast  gəlinir.  Mg

2+

  ionları  onlar  ürək 



əzələlərinin oyanmasının tənzimlənməsində iştirak edirlər. Bundan 

başqa,  Mg

2+

  ionları  karbohidratların  hidrolizində  iştirak  edən 



fermentlərin  sintezinin  zəruri  komponentlərin-  dəndirlər:  Mg

2+

 



iştirakı zamanı fosfatazan fermentli fəallığı da artır. 

Heyvan orqanizmində brom hipofizdə (15-30 mq%), eləcə 

də bir sıra digər orqanlarda isə 0,1-0,7 mq% qatılıqda aşkar olunur. 

Br orqanizmdə rolu müəyyən olunmasa da, o, dərman preparatların 

tərkibində  orqanizmə  sakitləşdirici  təsir  göstərərək,  sinir 

sistemində tormozlayıcı prosesləri stimullaşdırır. 



Yod  (Q)  -  qalxanabənzər  vəzinin  T

3

-triyodotrionin  və  T



4

-

trioksin hormonlarının hazırlanması üçün lazımdır. İnsan yoda olan 



gündəlik tələbatını dağ süxurlarında olan yodla zənginləşən suyu 

içməklə təmin edir. İçməli suda yod az olanda əhalinin yoda olan 

ehtiyacını  ödəmək  üçün  xörək  duzuna  yod  əlavə  edilrlər.  Bunun 

üçün bir ton duza 12 qr qədər yod qatmaq lazımdır. 

Yod ən çox dəniz yosunlarında olur. Yosunların suya ifraz 

etdiyi  yodun hesabına dəniz suyunda, bulaq suyuna nisbətən çox 

olur. Orta yaşlı sağlam adamların yoda olan ehtiyacı 0,000014 qr 

təşkil  edir.  Qalxanabənzər  vəzin  hipofunk-  siyası  zamanı  vəzi 

böyüyür  və  zob  (Ur)  xəstəliyi,  hiperfunk-  siyası  zamanı  isə 

Bazedov xəstəliyi müşahidə olunur. 



Kobalt  (2

+

)  vitamin  B

12

  əsas  tərkib  hissəsini  təşkil  edir, 



çatışmazlığı anemiya (qanazlığı) xəstəliyi əmələ gətirir. 

Mis  (Cu

2+

)  hüceyrədə  oksidləşdirici  proseslərdə  iştirak 

edərək,  sitoxromoksidaza,  monooksidaza,  liziloksidaza,  su- 

peroksidaza dismutazının tərkibinə daxil olur. 

Bəzi onurğasız heyvanlarda mis onurğalı heyvanların qanının 

Hb oxşar olaraq orqanizmdə 

02

-in daşıyıcısı kimi xidmət göstərən 



hemoqlobinin tərkibinə daxıl olur. 

Cu

2+



  ionları  qan  təşkili  proseslərində  hemoqlobin  ilə  si- 

toxromların  sintezində  də  iştirak  edirlər.  İnsan  orqanizminin  Cu 

olan gündəlik tələbatı 2 mq  təşkil  edir. Cu heyvanların  orqan və 

toxumalarında, daha çox isə qaraciyərdə rast gəlinir (

3



369 



downloaded from KitabYurdu.org

5 mq%). Qida məhsullarında Cu çatışmaması zamanı orqanizmdə 

qan təşkili proseslərinin Hb sintezinin pozulması başlanır. 



Sink  (Zn

2

+)  -  sink  orqanizm  üçün  karbohidraza  fer- 

mentinin  sintezi  zamanı  zəruridir.  Bu  ferment  eritrositlərdə  və 

digər  hüceyrələrdə  CCh-mn  mübadiləsində  iştirak  edir.  Zn  az 

miqdarda insulinin tərkibində də rast gəlinir. 



Xrom (Cr

2

-) - qlükozanm insulinə qarşı həssaslığını artırır. 

Xromun  çatışmazlığı  insulinə  qarşı  rezistentliyi  artırır.  Selen 

bərpaedici  qulutationun  oksidləşməsinə  və  trioksinin,  triyod-

trioninə çevrilməsində iştirak edir. 



Ftor  (F)  -  az  miqdarda  ftor  sümüyün  və  diş  emalının 

formalaşması üçün lazımdır. Həddindən çox ftor qəbulu flyo- roza 

səbəb olur. Bu zaman sümükdə ləkələr və ölçüsünün böyüməsinə 

təsadüf edilir. 



370 

downloaded from KitabYurdu.org



XVI FƏSİL 

16.1.

 

Bədən temperaturu və onun tənzimi 

Bədən  temperaturunun  tənziminə  görə  heyvanlar  2  qrupa 

bölünür:  1.  Poykilotermik.  2.  Homoyotermik.  İnsan  ho- 

moyotermik qrupa daxildir. 

Xarici  mühitin  temperaturundan  asılı  olmadan  bədən 

temperaturun  tənzim  edən  heyvanlara  homoyotermik,  bədən 

temperaturunun  səviyyəsi  xarici  mühitin  temperaturundan  asılı 

olan heyvanlara poykilotermik heyvanlar deyilir. 

Homoyotermik  -  bədən  temperaturunu  tənzim  edən  isti-

qanlı heyvanlar (məməli heyvanların  əksəriyyəti, məsələn, insan, 

meymun, dovşan, it və s.), quşlar aiddir. Maddələr mübadiləsinin 

normal səviyyəsini tənzim edən xüsusi fizioloji mexanizmin hesa-

bına bu stabilliyi nizamlaya bilir. İstiqanlı heyvanlarda (məməli və 

quşlar)  bədən  temperaturunun  nisbi  sabitliyini  qoruyub,  sax-

lamasına izotermiya deyilir. Poykilotermik - bədən temperaturunu 

tənzim  edə  bilməyən,  fəaliyyəti  xarici  mühitin  temperaturundan 

asılı  olan  soyuqqanlı  heyvanlara  deyilir  (balıqlar,  suda-  quruda 

yaşayanlar, sürünənlər aid edilir). 

Bədən  temperaturu  homeostazın  ən  mühüm  parametr-

lərindən biri hesab edilir. Normal daxili temperatur 0,6° tərəddüdlə 

fərqlənən  37°C  hesab  edilir.  Termodinamik  nöqteyi-  nəzərdən 

homoyetermik insan ancaq istilik törətmə və istilik vermə arasında 

olan  balansın  saxlanması  şəraitində  bədən  temperaturunu  bütöv 

orqanizmdə qoruyur və neyro-endokrin yollarla onu tənzim edir. _ 



İstiliyn əmələ gəlməsi. İstilik maddələr mübadiləsi vasitə-

silə  əmələ  gəlir.  İstilik  törətmənin  səviyyəsi  aşağıdakılardan 

asılıdır:  əsas  mübadilədən,  əzələ  fəaliyyətindən,  hormonların 

effektindən  (tiroksin,  oksidləşmə  və  fosforlaşma  zamanı  əmələ 

gələn istilik və həmçinin hüceyrədə güclü piy olanda) yaranır. 

İstilikvermə.  Əsas  istilik  qaraciyərdə,  beyində,  ürək  və 

skelet  əzələlərində  onların  işləməsi  zamanı  əmələ  gəlir.  Sonra 

istilik dəriyə verilir, ordan isə havaya və ətraf mühitə verilir. 

371 

downloaded from KitabYurdu.org



İstilik  vermənin  sürəti  dəridə  əmələ  gəlmə  yerindən  asılı  olaraq 

istilik vermənin sürəti (əsasən qan cərəyanı ilə) və dəri vasitəsilə 

istiliyin xarici mühitə verilmə sürətidir. 

Dəri  və  dərialtı  piy  toxuması  xarici  mühitin  müxtəlif 

temperatur şəraitində belə temperaturun bədəndə saxlanması üçün 

istilik izolyatoru rolunu oynayır. 

Normal  bədən  temperaturunun  qorunması  məqsədilə 

orqanizmdə istilik  təşkilinin  çoxalması  heyvanın  soyumaya qarşı 

təcili  reaksiyasının  nümunəsidir.  Homoyotermli  orqanizmlərdə 

soyuğa  uyğunlaşma  əsasən  onların  bədəninin  istilik  izolyasiya 

qabiliyyətinin  çoxalması  sayəsində  baş  verir;  burada  yun 

örtüyünün,  ləkələri,  dərialtı  piyin  əmələ  gəlməsi  də  böyük  rol 

oynayır.  Dərialtı  yağ  təbəqəsinin  inkişafı  su  məməliləri  üçün 

səciyyəvidir. 

İnsanın bədən temperaturunu ya düz bağırsaqda (daha çox 

uşaqlarda), ya da qoltuqaltında ölçülür. Adətən sağlam adamlarda 

temperatur qoltuq altında 36,5-36,9°C-ə, düz bağırsaqda isə 37,2-

37,5°C  olur.  Ən  yüksək  temperatur  gündüz  saat  16-18,  ən  aşağı 

temperatur  isə  gecə  saat  3-4  arasında  olur.  Orqanizmdə  normal 

temperatur dəyişilməsi kimyəvi və fiziki tənzimləmə yolları ilə olur 

(şəkil 7). 

 

Şəkil 7. 

Bədən temperaturunun saxlanılmasında fiziki və 

kimyəvi tənzim mexanizmlərin əlaqəsi. 



372 

downloaded from KitabYurdu.org



Fiziki  tənzim  orqanizmin  toxuma  və  hüceyrələrində  is-

tiliyin  verilmə  intensivliyinin  dəyişilməsi,  kimyəvi  tənzim  isə 

hüceyrə  və  toxumalarda  maddələr  mübadiləsi  intensivliyinin 

qüvvətlənməsi və zəifləməsi səviyyəsi ilə xarakterizə olunur. 

İstiliyin  kimyəvi  baxımdan  tənzimlənməsi  mühitin  cüzi 

temperaturunda  böyük  əhəmiyyət  kəsb  edir.  İstiliyin  təşkili 

heyvanın  müxtəlif  orqan  və  toxumalarında  baş  verən  oksid- 

ləşdirici  ekzotermik  reaksiyalar  nəticəsində,  daha  intensiv  istilik 

təşkili  prosesi  isə  əzələ  sistemində  baş  verir.  Beləliklə,  heyvan 

orqanizmində istilik təşkilinin səviyyəsini təyin edən əsas amillər 

qida və daha çox isə əzələlərinin fəaliyyətidir. 

Bədənin  daxilində  və  xaricində  temperatur  müxtəlif  olur. 

Məsələn,  ən  çox  daxildə  qaraciyərdə  (37,8-28,3°S),  ən  az  isə 

bədənin səthində - dəridə (29,5-35,9°S) olur. 

Dəridə  ürəyin  damarlara  vurduğu  qanın  O-dan  30%-ə 

qədəri  cərəyan  edir.  Dəri  tənzim  olunan  effektiv  istilik  mübadilə 

sistemidir,  hansı  ki,  dəridə  qan  cərəyanı  istiliyi  bədəndən  dəriyə 

gətirən əsas mexanizmə malikdir. Əgər bədən temperaturu xarici 

mühitin  temperaturundan  çox  olarsa,  onda  bədən  qanı  bədən 

səthində olan damarlarda cərəyan etdirməklə istiliyi dəri vasitəsilə 

xarici mühitə verəcəkdir. Deməli, orqanizm istiliyi bədən səthi ilə 

xaricə  verir.  İstiliyin  xaricə  verilməsi  şüalanma,  istilik  nəqletmə, 

konveksiya və buxarlanma vasitəsilə həyata keçirilir. 

Şüalanma.  8-ci  şəkildən  görünür  ki,  çılpaq  insan  otaq 

temperaturunda  xarici  mühitə  buraxılan  istiliyin  60%-ni,  dalğa 

uzunluğu 760 mm olan infraqırmızı şüalanma dalğaları vasitəsilə 

itirir. 


Konveksiya  -  istiliyin  (15%  qədər)  havanın  hərəkət  edən 

hissəcikləri və su vasitəsilə itirilməsinə deyilir. Konveksiya yolu ilə 

verilən  istilik,  havanın  hərəkəti  zamanı  (ventilyator,  külək)  artır. 

Suda  çimən  zaman  itirilən  istiliyin  miqdarı,  konvek-  siyası, 

havadan dəfələrlə çox olur. 

Nəqletmə  -  bədənin  səthinin  hər  hansı  fiziki  cisim  ilə 

təmasda olma zamanı (məsələn, stul, balınc, paltar və s.) təmas yolu 

ilə istiliyin nəql olunması (3% qədər) baş verir. Şüa- 

373 

downloaded from KitabYurdu.org



lanma, konveksiya və nəqletmə yolu ilə istiliyin verilməsi, bədən 

temperaturu xarici mühitin temperaturundan çox olduqda baş verir. 

Əgər  bədən  səthinin  temperaturu  xarici  mühitin  temperaturuna 

bərabər və ya aşağı olarsa onda orqanizmin bu üsulla istilik verməsi 

təsirləri olmur. 

Buxarlanma  -  yüksək  temperatur  istilik  xaric  etmənin 

zəruri mexanizmidir. Bədən səthi ilə suyun buxarlanması hər qram 

buxarlanmış su üçün 0,58 kkal istilik itirilməsinə səbəb olur. Hətta 

gözə görünməyən tər ifrazı zamanı gündə su bədən səthindən və 

ağciyərlərdən 450-dən 600 ml qədər xaric olur ki, Bu da saatda 12-

16 kkal istilik itirməyə səbəb olur. 



Cüzi buxarlanma - su molekulunun tənəffüs səthindən və 

dəridən  arası  kəsilmədən  diffuziyasının  nəticəsidir,  buna 

temperatur tənzimi sistemi nəzarət edə bilmir. 

Mühitin  temperaturunun  bədən  temperaturundan  yüksək 

olması bədən temperaturunun yüksəlməsinə səbəb olur. Bu şəraitdə 

artıq istiliyin xaric edilməsi və soyuma ancaq tər ifrazı ilə həyata 

keçirilir. Dərinin ətrafında havanın hərəkəti buxarlanmanm sürətini 

artırır (Ventilyatorun soyutma effekti). 

 

374 

downloaded from KitabYurdu.org



Tər ifrazı - orqanizmin xarici mühitin dəyişilən şəraitinə ən 

mühüm uyğunlaşma reaksiyalarından biridir. Gündəlik həyatda 2 

növ tər ifrazı müşahidə olunur. Termo tənzimləmə (fiziki iş və ətraf 

mühitin  temperaturunun  yüksəlməsi  zamanı,  cavab  olaraq  bütün 

bədən temperaturun yüksəlməsi baş verir) və psixogen (emosional 

stresə  cavab  olaraq  adətən  lokal,  lakin  bəzən  generalizasiya 

olunur). 

Tər  vəzilərinə  malik  olan  insanda  və  bəzən  digər  hey-

vanlarda  istiliyin  ayrılmasının  daha  iri  fizioloji  mexanizmi  tər 

ifrazıdır.  İnsanda  müxtəlif  dəri  sahələri  üçün  tər  ifrazı  başlan-

masına  şərait  yaradan  dərinin  ilkin  temperaturu  30-32°C-yə 

bərabərdir. Hava temperaturunun artması ilə tər ifrazı daha intensiv 

şəkildə  artır.  Bu  zaman  adətən  rütubətin  dəri  səthindən 

buxarlanması  onun  ifrazından  geri  qalır.  Hava  temperaturunun 

31°C  çox  olması  zamanı  insanda  istiliyin  verilməsində  əsas  rolu 

buxarlanma oynayır. İnsan ətalət vəziyyətində buxarlanma yolu ilə 

20%, əzələlərin işi zamanı isə 75-80%-ə qədər istilik itirir. 

Orqanizmdə əsas mübadilə şəraitində saatda təqribən 330 

kilo  Coulun  azad  olmasını  nəzərə  alsaq,  o  zaman  ağır  fiziki  iş 

zamanı  güclü  tər  ifrazı  ilə  insan  orqanizmi  istiliyin  verilməsi 

sayəsində ətraf mühitə 10-11 dəfə çox istilik ifraz edir. 

Tər  ifrazından  başqa  termo  tənzimlənmənin  vacib  fiziki 

amili  kimi  çıxış  edən  suyun  buxarlanması  tənəffüs  hərəkətləri 

tezliyinin  dərinləşməsində,  tənəffüsün  çətinləşməsində  təzahür 

edir. 

İnsan  dərisinin  üst  səthi  20  mln.  çox  tər  ifraz  edən  tər 



vəzilərinə malikdir. Bu vəzilər tər ilə NaCl məhlulu ifraz edir və 

termo tənzimi təmin edir. 

Apokrin tər vəziləri (əzələaltı və qasıx vəzisi) feromen ifraz 

edirlər və bədənin iyinin yaranmasında iştirak edirlər. Tərin ifrazı 

işin  növündən  və  xarici  mühitin  temperaturundan  asılı  olaraq 

variasiya edir (şəkil 9). 

Tər  ifrazı  mexanizmi  mühitin  temperaturuna  adaptasiya  olunur. 

Akklimatizasiya  olunmamış  insanlarda  isti  iqlim  mühiti  onlarda 

saatda 1 L qədər tər ifrazına səbəb olur. Akkli- 

375 

downloaded from KitabYurdu.org



matizasiya olunmuş adam saatda 2-3 L tər ifraz edir. Yüksək 

səviyyəli tər ifrazı saatada 2-3 L tər yolu ilə verilməsinə səbəb 

olmaqla normal temperaturu təmin edir. Akklimatizasiya za- 

manı yüksək səviyyəli (buxarlanma) tər ifrazı elektrolit balan- 

sının saxlanmasına səbəb olur. Böyrəküstü vəzin qabıq maddə- 

sinin hormonu aldostoron natriumun tər vəzilərinin axarından 

reabsorbsiya olunmasını stimulyasiya edir. 

Tər ifrazı (L/saat) 1.42 

 

 

27 



32 

38 

43 

Havanın temperaturu 



Şəkil 9. 

Müxtəlif temperatur şəraitində müxtəlif fəaliyyət zamanı tər ifrazı. 

Bədən temperaturunun tənzimi. Termo tənzim sistemi əks 

əlaqə prinsipinə uyğun işləyir və üç komponentdən ibarətdir, sensor 

reseptorlar,  mərkəzi  inteqrator  və  effektor  orqanlar  sistemi  (şəkil 

10). 


Reseptorlar 

İnteqrator 

Havanın 

temperaturu 

 

Şəkil 10. 

Termotənzim sisteminin əsas komponentləri. 

376 

downloaded from KitabYurdu.org



16.2. Sensor reseptorlar 

Mərkəzi  neyronlar.  Ön  hipotalamus  və  onun  preoptik 

şöbəsində  orqanizmin  soyumasına  daha  çox  reaksiya  verən 

termohissedici  neyronlar  vardır.  Hipotalamusun  arxa  şöbəsi  ilə 

istilik hasilatının tənzimi həyata keçirilir. Dəri termoresep- torları 

temperaturun  0,005°C  minimal  dəyişməsinə  reaksiya  verir  və 

termotənzim  mərkəzini  temperatur  və  onun  cəld  dəyişilməsi 

haqqınla indiki məlumatla təmin edir. 

Hipotalamik  termostat.  Mərkəzi  və  mühiti  termoresep- 

torlar haqqında məlumat hipotalamusun ön və preoptik sahəsində 

«hipotalamik termostat» adlanan termotənzim mərkəzində birləşir. 

Termotənzim  mərkəzi  daxili  temperaturun  daimi  37,1°C 

saxlayır  (temperatur  tənziminin  istiqamətləndirici  nöqtəsi) 

termotənzim 

mərkəzindən 

istiqamətləndirici 

nöqtədən 

temperaturun tərədüdü haqqında alman məlumatı effektor sistemə 

nəql edir. 

Bəzən xarici mühitin temperaturu normadan ya çox yüksək 

(40-50°C), ya da çox aşağı (-50-60°C) olur. Belə şəraitdə fiziki və 

kimyəvi tənzimləmə mexanizmləri homeostazın- orqanizmin daxili 

mühitinin  sabitliyini  təmin  edə  bilmirlər.  Belə  şəraitdə  bədənin 

temperaturunun artması, yəni qızması - hipertermiya (qoltuq altında 

temperatur  37°C-dən  çox  38-40-  41°C)  və  ya  azalması  - 

hipotermiya (qoltuq altında 35°C-dən aşağı olduqda) baş verir. Bu 

zaman simpatik sinir sisteminin ya tormuzlanması (istilik azalır), ya 

da oyanması (istilik əmələgəlmə artır) vəziyyəti dəyişir. 

Soyuqda  əvvəlcə  əzələlərin  təqəllüsü  və  ya  titrəməsi  baş 

verir.  Bir  müddət  sonra  bədən  temperaturu  enməyə  başlayır. 

Heyvanlarda  hissiyatm  itməsi,  reflektor  reaksiyaların  zəifləməsi, 

sinir  mərkəzlərinin  oyanıcılığının  azalması  və  s.  hi-  portemiya 

zamanı  maddələr  mübadiləsinin  intensivliyi  kəskin  surətdə 

zəifləyir, tənəffüs ləngiyir, ürək döyüntüləri və qanın sistolik həcmi 

azalır, arterial təzyiq enir. 

Bədən temperaturunu aşağı salan mexanizm (şəkil 11.A). 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin