Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil



Yüklə 3,59 Mb.
səhifə13/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   443
2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil
Qədim Misir yazısı b.e.ə. IV minilliyin sonunda meydana gəlmişdir. Misir yazı növü piktokrafik - yəni, şəkli yazı adlanırdı. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Qədim Misirdə məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə yönəlmişdir. Öz fikrini müxtəsər söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran insan qədim misirlilərin idealı hesab edilirdi. Belə ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyəli olması hesab olunurdu. Qədim Misirdə ailə tərbiyəsi və təlimi qa­dın­la kişi arasında qarşılıqlı münasibətlərin xarakterini əks etdirirdi. Bu qarşılıqlı münasibətlər bərabər-hüquqlu əsaslar üzərin­də qu­ru­lurdu. Qədim Misirlilər heroqlifləri daş, ağac, dəri, heyvan sü­mük­ləri üzərində yazırdılar. Sonralar papirus əsas yazı materia­lı­na çev­ril­di. Papirusların üzərində heroqliflər yazılırdı. Bu heratik ya­zı ad­la­nırdı. Heratika vasitəsi ilə ədəbi və elmi əsərlər tərtib olu­nurdu. Tərbiyənin başlıca vəzifəsi uşaqları axirət dünya­sı­na hazır­la­maq­dan ibarət idi. Şagirddən hər şeydən əvvəl dinləmək, düşünmək tələb olu­nurdu. Təlimin məqsədi peşələrə hazırlıq idi ki, bununla ənənəvi olaraq ailə üzvləri məşğul olurdular. Tacirlər, sənətkarlar, musiqi­çi­lər öz sənətlərini uşaqlarına öyrədirdilər. Mi­sirdə ilk mək­təb b.e.ə. III minillikdə fironların yanında yaranmışdır

Qədim Misirdə yüksək təhsil verən müəssisələr də var idi bu­na Həyat məktəbi deyilirdi. Tədris müəssisələrində kanalların çə­kil­mə­si, məbədlərin, piramidaların tikintisi, məhsulun miqdarının müəyyənləşdirilməsi üçün hesablama işləri aparmaq, xüsusilə Nilin daşmasını proqnozlaşdırmaq məqsədilə istifadə edilən astronomik hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin