Təşkil edəcəklər kişilər məktəbi-nisvan,
Qızlar oxuyub cümlə şərəfdar olacaqdır!
Şeirlərində gənc nəslə nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq Sabir yaradıcılığının səciyyəvi xüsusisyyətidir. O demək olar ki, bütün şeirlərində uşaq, yeniyetmə və gəncləri təhsil qazanmağa, elmə, maarif və mədəniyyətə yiyələnməyə səsləyir:
“Elmin izzəti payidar olur,
Cahilin nikbəti canşikar olur;
Hər kəs elm oxur, bəxtiyar olur,
Millət elm ilə bərqərar olur.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!”.
Sabir məktəb, maarif, təhsil məsələləri ilə məşğul olduğu kimi tərbiyə problemləri onun daim diqqət mərkəzində olmuş və yazmışdır:
“Ümmətin rahnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir,
Tərbiyətlə keçir umuri – cəhan,
Hər işin ibtidası tərbiyədir.
Dostları ilə paylaş: |