Yox!... Yo....x! oğul, məktəbi – üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum baş ayaq qandı bu!...
M.Ə. Sabirin dövründə təhsilə, maarif və mədəniyyətə qarşı əks duranlara münasibəti, o dövrün ictimai mühiti haqqında məlumatı Sabirin şeirlərindən, mənzum hekayələrindən aydın almaq olur:
-Nə xəbər var Məşədi?
- Sağlığın!... az çox da yenə,
-Qəzet almış Hacı Əhməd də ...
-Pah! Oğlan nəmənə? ...Sən özün gördün alanda?
-Belə nəql eylədilər!...
- Dəxi bir başqa xəbər?
- Hac Cəfərin oğlu Vəli
- Qoyub uşqolaya oğlun...
- O qurumsaq da?
- Bəli!
- ...Öylə isə ona da min kərə lənət deməli!...
Sabir məqalələrində yazırdı ki, başqa millətlərdən geri qalmamaq üçün indi millətə oxumaq lazım, elm, bilik lazımdır, “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik” – deyərək “Zaman nə istəyir” adlı məqaləsində yazırdı: “Hər bir dərdin, millətin çarəsinə baxmaq zamanı yetişdi. Əcaba, bizim də dərdimizin çarəsi varmı?...Çarəmiz, ən böyük çarəmiz məktəbdir. Məktəb, yenə məktəb! Hər şəhərdə, bacardıqca hər kənddə ... məktəb açmalı... Övladi-vətəni tərəqqiyə, mədəniyyətə çatdırmalı!”.
Sabir “Uşaqdır” adlı əsərində avam, cahil, savad və mədəniyyətdən geri qalmış feodal-patriarxal ailədə aparılan tərbiyə işlərini, belə ailədə uşağın tərbiyəsi üçün zərərli olan tədbirləri satirik qələmlə tənqid etmişdir. Belə ailələrdə valideynlər uşağın təlim-tər-biyəsinə etinasızlıqla yanaşırlar. Uşaq söysə də, döysə də, sındırsa da olar, nə qədər nalayiq iş tutsa da qoy tutsun, böyüyəndə pis işlərdən əl çəkər. Bu cür ailələrdə “tərbiyə işi” Sabir satirasında belə qələmə alınmışdır:
“Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Dostları ilə paylaş: |