Ağlama, babacan!
Çünki su südlərə süfeyl oldu,
Qatdığı su yığıldı seyl oldu.
Deməli selin camışı aparması fələyin qəzası deyil, atanın tutduğu pis əməlin nəticəsidir.
XX əsrin əvvllərində yazılmış “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb şərqisi”, “Məktəbə tərğib”, “Elmə tərğib”, “Cütçü” və s. kimi şeirləri ilə Sabir Azərbaycan klassik uşaq şeirinin qüdrətli yaradıcılarından biri olduğunu sübut etdi.
Şairin “Uşaq və buz” şeiri bu gün də bədii dəyərini itirməyən, dillər əzbəri olan şərqilərdən biridir. Şeirdəki uşaq obrazı ağıllı, cəsarətli və yaşına münasib anlayışa malikdir. Uşağın buzla rəftarı yaşıdlarına bir sıra gözəl keyfiyyətlər- hazırcavablıq, iraədəlilik, dözümlülük və cəldlik aşılayır.
Sənətkarın təkcə “Uşaq və buz” şeiri deyil “Məktəb şərqisi”, “Məktəbə tərğib”, “Elmə tərğib” şeirləri də dərin mənalıdır. Bu nəğmələrdə Sabir məktəbin böyük əhəmiyyətindən, elmin səmərəsindən, elmlə insanın öz arzularına, işıqlı günlərə qovuşmasından vətənə xalqa xidmətindən bəhs edir.
Dostları ilə paylaş: |