Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məkətəbə, cavanım!
Şairin yaradıcılığında onun təmsilləri də xüsusi yer tutur. “Ağacların bəhsi” adlı təmsildə üç ağac: alma, palıd və şam ağacları təsvir edilir. Palıd öz nəhəngliyi, alma dadlı meyvələri, şam isə yaşıl budaqları və ev tikənlərə gərəkliyi ilə öyünür. Deməli təbiətdə lazımsız heç bir şey yoxdur. Barlı ağac meyvəsi ilə insanlara fayda verdiyi kimi, barsız ağacın da öz dəyəri, öz yeri var.
“Qarınca” təmsilində isə qarışqa özündən qat-qat ağır yükü yuvasına daşıyır. Şair uşaqları qarışqadan ibrət almağa çağırır və göstərir ki, kiçik işləri görmək hünər deyil, hünər odur ki, böyük çətinliklə uğurlu işlər görəsən.
Dostları ilə paylaş: |