Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da , həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın.
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur-olsun, nə işim var?!
Şair öz satiralarında, publisist yazılarında “Üsuli–Cədid” məktəblərindən vahiməyə düşən mürtəceləri, “övladi – vətənin” təlim-tərbiyəsi üçün bir qəpik pul verməyən varlıları, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” – deyib, öz uşağını məktəbə qoymayan cahilləri tənqid etmişdir.
Sabir bir sıra əsərlərini, xüsusi ilə satiralarını bilavasitə məktəb, tədris və tərbiyə məsələlərinə həsr etmişdir. O dövrdə xürafatçı ruhanilər yeni üsullu məktəblərin, mütərəqqi məktəblərin əleyhinə təbliğat aparır, onun fəaliyyətinə mane olmağa çalışırdılar. Cəhalətpərəst din dəllalları bağırırdılar:
“Bah!.. bu imiş dərsi- üsuli-cədid?!
Dostları ilə paylaş: |