Eyləməyin dəngəsər oxutmuram əl çəkin.”
Sabir sonralar təhsilini Şamaxıda Seyid Əzim Şirvaninin ana dilində açdığı “Yeni üsul” (“Üsuli-cədid”) (1869) məktəbində davam etdirmişdir ki, onun da Sabirin yetişib formalaşmasında böyük təsiri olmuşdur. Bu məktəbdə ana dili ilə yanaşı rus dili, ərəb və fars dilləri də öyrədilirdi ki, bu dillər vasitəsilə Şərq, rus və Avropa ədəbiyyatı öyrədilirdi.
Sabir 21-22 yaşlarında Şərqə getmək, dini mərkəzləri ziyarət etmək məqsədilə ilə atasından razılıq almış və çox güman ki, müəllimi Seyid Əzimin Yaxın Şərq ölkələri haqqında maraqlı söhbətləri də onun bu fikrinə təkan vermişdir. Bu ziyarət, oradakı ziyalılarla, elm adamları ilə görüşlər Sabirin dünyagörüşünün formalaşmasına qüvvətli təsir göstərmişdir.
Böyük mütəfəkkirin Pedaqoji fikir və mülahizələrini, məktəbdarlıq fəaliyyətini, təhsilini, maarifin inkişafı sahəsindəki xidmətlərini əsasən dörd qismə bölmək olar: 1) elmə, təhsilə olan nadan münasibəti, cəhaləti tənqid edən satirik şeirlər; 2) şairin elm, tərbiyə, təhsil haqqında fikirləri və bu sahədə publisistik yazıları və şeirləri; 3) Sabirin məktəbdarlıq və pedaqoji fəaliyyəti; 4) Sabirin uşaqlar üçün yazdığı əsərlər.
M.Ə.Sabiri “İnqilabi satiranın banisi” hesab edirlər. Sabiri kamil insan, hərtərəfli inkişaf etmiş şəxsiyyət yaratmaq uğrunda mübariz vətəndaş şair də hesab etmək olar.Sabir mənəviyyat, əxlaq, insaniyyət inqilabçısı olmuş, o onsanlarda həqiqəti olduğu kimi görmək və dərk etmək səviyyəsi yaramaq arzusunda olan böyük pedaqoq - şair, maarif inqilabçısı olmuşdur. Millətin tərəqqi və inkişafına kömək etməyən, “mənə nə var” deyib maarif və mədəniyyətə əngəl olanlar Sabirin satirik tənqid obyekti idi. Özünün salimliyini dünyada hər şeydən üstün tutanların, elmə maarifə və tərəqqiyə maneçilik törədənlərin, “Mən cahi-cəlal düzəldim, kef çəkim, başqaları da buna baxıb həsəd aparsın”- deyib milləti avamlıq və cəhalət içində görmək istəyənləri qələminin gücü ilə ifşa etmişdir:
Dostları ilə paylaş: |