Göydəki göy buludlar,
Yorğanıdır çobanın.
Yastı-yastı təpələr,
Yastığıdır çobanın.
Yumru-yumru qayalar,
Yumruğudur çobanın.
Yanındakı boz köpək,
Yoldaşıdır çobanın.
Ağzı qara canavar,
Düşmənidir çobanın.
C. Məmmədquluzadə bu şeiri ilə gözəl bir təbiət mənzərəsi canlandıraraq uşaqların estetik-bədii tərbiyəsinə nüfuz edir, çoban həyat tərzini uşaqlara anladaraq onların dünyagörüşünü inkişaf etdirir və zəhmətkeş, əməkçi bir insan surəti təsvir edərək uşaqlarda zəhmətə, əməyə məhəbbət aşılayır. Bu şeir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, milli soykökünə, xalqın dilinə, folkloruna sıx bağlı olub uşaqlarda ən nəcib mənəvi, əxlaqi keyfiyyətlər tərbiyə edir.
C.Məmmədquluzadənin pedaqoji fikirləri, bədii yaradıcılığı, publisistik məqalələri və məktubları bu gün də öz aktuallığı ilə insanları tərəqqiyə, inkişafa səsləyir.
Dostları ilə paylaş: |