Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tərbiyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
Tərbiyə dialektik prosesdir.Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir.
Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir.
Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.