Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir



Yüklə 3,59 Mb.
səhifə162/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   443
Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.

  • Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.

    Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəal­dır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib ye­tiş­dirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi si­fət­lər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möh­kəm­lən­dirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tər­bi­yə­çinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.

    Beləliklə, tərbiyə prosesi tərbiyəçi ilə tərbiyə olunan ara­sın­da yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qar­şılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin pro­ses­də bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.

    Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və in­ki­şafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti - şəxsiyyəti yük­sək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əx­la­qi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, es­tetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti for­ma­­laş­dırmaq, cəmiyyətdə düzgün davranış normalarına isti­qamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.


    Yüklə 3,59 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   158   159   160   161   162   163   164   165   ...   443




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin