4.1.3. Kuttablarda təhsil
Cami və məscidlərdən kənarda müxtəlif yerlərdə, məhəllələrdə xüsusi tədris, təlim yerləri yaradırdı ki, bunlara “Kuttab” deyilirdi.
“Kuttab” ərəbcə “Yazı öyrətmək” mənasını verir.
Kuttablar məsciddən kənarda yaradılsa da yenə də məscid və camilərdə ibadətlə bərabər təlim işi də aparılırdı. Məscid və camilərin daha təmiz və səliqəli saxlanılması məqsədilə kiçik uşaqların daha çox cami və məscidlərdən kənar kuttablarda və ya islam böyüklərinin təşkil etdiyi məktəblərdə təhsil almaları təşkil olunurdu.
Kuttablarda bugünkü müasir təlim sisteminin izləri çox aydın görünürdü. Kuttablarda dərs deyənlərə, öyrədənlərə “Müəllim” deyilirdi ki, bu da ərəb sözü olub “Öyrədən”, “Tədris edən” mənalarını verir. Kuttablarda ilk dəfə olaraq yazı lövhəsindən və silgidən istifadə edilmişdir. Kuttablarda adətən bir müəllim işləyirdi. Bəzən yüksək səviyyəli tələbələr üçün ikinci müəllim də dəvət olunurdu. Burada müəllimlərə əmək haqqı da verilirdi. Beləliklə müəllimlik bir peşə kimi formalaşırdı. Kuttablarda hər bir dərs arası öyrənənlərə fasilələr verilirdi. Kuttablarda 18 yaşına qədər oxumaq olardı. Bu məktəblərdə oğlan və qızlar 7 yaşına qədər bir yerdə təhsil ala bilərdilər. 7 yaşından sonra qızlar məktəbdən çıxarılıb ev işləri ilə məşğul olurdular. Varlı adamlar evə müəllim çağıraraq qızlarına yazı, oxu və Quran dərsləri öyrədirdilər. Azərbaycanın müxtəlif yerlərində VIII-IX əsrlərdə Xorasanda, Həmədanda, Bərdədə, Naxçıvanda kuttablar, məktəblər fəaliyyət göstərmişdir.
Dostları ilə paylaş: |