Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


XIV fəsil KOLLEKTİV VƏ KOLLEKTİVDƏ



Yüklə 3,59 Mb.
səhifə359/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   355   356   357   358   359   360   361   362   ...   443
XIV fəsil
KOLLEKTİV VƏ KOLLEKTİVDƏ

ŞƏXSİYYƏTİN TƏRBİYƏSİ

Əhatə olunan məsələlər
14.1.Kollektivin xüsusiyyətləri və əlamətləri.

14.2. Şagird kollektivinin xüsusiyyətləri.

14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası.

14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişaf modelləri.

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi.

14.1. Kollektivin xüsusiyyətləri və əlamətləri
Kollektiv sözü latın sözü olub, “kollektivus” sözündən gö­tü­rülmüşdür. Kollektiv mütəşəkkil şəkildə yüksək səviyyədə təşkil olunmuş insan qrupudur.

Kollektiv real məkan və zamanda mövcud olan, ictimai-fay­dalı məqsədlər ətrafında birləşən, həmin məqsədlərə nail olmaq üçün eyni (yaxud bir-biri ilə əlaqədar olan müxtəlif) istehsal pro­se­sində fəaliyyət göstərən, özünüidarə orqanlarına (müvəkkillərə rəh­bərlik və tabelik elementlərinə) malik olan, üzvlər arasında qar­şı­lıq­lı məsuliyyətli münasibətləri bərqərar edən, fəaliyyət məqsədlərini genişləndirib başqa kollektivlərlə üzvi əlaqə saxlayan və cəmiyyətin özəyini təşkil edən mütəşəkkil sosial qrupun yüksək formasıdır.

Kollektiv dedikdə, bir sıra mühüm əlamətləri ilə fərqlənən şa­gird­lər birliyi başa düşülür. Kollektiv - ictimai-faydalı məqsədlər ətrafında birləşən, özünüidarə orqanlarına malik olan, mütəşəkkil, sosial qrup formasıdır.

Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kol­lek­tivdaxili psixoloji mühiti, kollektivin üzvləri arasındakı mü-na­sibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalar­dan biri kollektivin birliyi və mütəşəkkilliyidir.

Yaxşı təşkil olunmuş kollektivdə qarşılıqlı kömək, qarşılıqlı mə­suliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarış özünü gös­tərir. Belə kollektivlərdə münasibətlər sistemi ictimai və şəxsi mə­nafelərin ağlabatan səviyyədə əlaqələndirilməsi ilə müəyyən olunur.

Kollektivin möhkəmliyi məhəbbət, dostluq və yoldaşlıq kimi nəcib insani hisslərin tərbiyəsi ilə təmin olunur. A.S.Makarenko kol­lektivdə ənənələrin olmasını kollektivin inkişafıının səciyyəvi əla­məti hesab edir və ənənələri ictimai yapışqan adlandırırdı.

Yüksək həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir.

Bu sistem şəraitində kollektivin hər bir üzvi öz mənafeyini aydın və inamla ifadə edir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin