Qarşıya qoyulmuş məqsədə çatmaq üçün birgə fəaliyyət. İnsanlar kollektivlərdə ona görə birləşirlər ki, birgə səylərlə müəyyən məqsədlərə tez nail olsunlar. Bunun üçün kollektivin hər bir üzvü birgə fəaliyyətdə fəal iştirak etməli, onun nəticələri üçün yüksək şəxsi məsuliyyəti ilə fərqlənməlidir.
Kollektivin üzvləri arasında məsuliyyətli asılılıq münasibətləri. Bu münasibətlər təkcə məqsəd və fəaliyyət birliyini deyil, həm də bu məqsəd və fəaliyyətlə əlaqədar olaraq yaranan hiss və duyğuları, təəssüratları, fikir birliyini əks etdirir.