Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə369/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   365   366   367   368   369   370   371   372   ...   443
Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növ­bə­də keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər iş­çi­ləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şa­gird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil edib həyata keçirirlər.

Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzə- rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri bi­lik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna- yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom- larının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmət edən qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha geniş təzahür imkanlarını tapır.

Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərə yanaş- ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir:

 Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;

 Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird- lərin fakt və hadisələri müstəqil fəaliyyət süzgəcindən keçirib, mə­lum və məchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləş- dir­mə­si, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş apa­rılması zəminində qurulmalıdır;

Sinifdənxaric iş üzərində işləməyin yəqinliyini uşaqların özü müəy­yənl­əşdirməli, bu zaman onların mühakimə və fakir ümu­mi­ləş­dirmələrinin məntiqi ardıcıllığı və sistemliliyi təhlil olunma-lıdır.

Bütün bu proseslərdə şagird daxili əks-əlaqə imkanlarına yi­yə­lənir, kütləvi-mədəni tədbirlərin ayrı-ayrı ünsürlərindən istifadə metodikasının elmi-idraki, intellektual-mənəvi meyarlar əsasında qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi təd- birlər üzərində işləməyin tətbiqi haqqında metodik-nəzəri göstəriş- lərə əməl edir.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin