Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə365/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   361   362   363   364   365   366   367   368   ...   443
III modelə görə, şəxsiyyət və kollektivin qarşılıqlı münasi- bətlərində şəxsiyyət kollektivi özünə tabe edir. Belə ki, yaradıcı şəxsiyyət, onun fərdi təcrübəsi bu və ya digər səbəblər üzündən kollektivin üzvlərinin nəzərində cəlbedici ola bilər.

Bu cəlbedicilik daha çox şəxsiyyətin keyfiyyətləri, mühaki- mə və hərəkətlərinin qeyri-adiliyi ilə şərtlənir. Bu halda kollektivin sosial təcrübəsi dəyişə bilər. Bu proses ikili xarakterdə ola bilər və həm kollektivin, həm də kollektivin sosial təcrübəsinin zənginləş­məsinə, həm də zəifləməsinə gətirib çıxara bilər.

Şəxsiyyət və kollektiv münasibətlərin müxtəlifliyi göstərilən mo­dellərlə bitmir. Şəxsiyyətin fəaliyyət və davranış motivlərinin psi­xoloji mexanizmlərini bilməklə hər bir konkret münasibətin təh­li­linə yanaşmaq lazımdır.

Amerika psixoloqu C.Moreno iddia edir ki, şəxsi münasi­bət­lər sistemində insanın vəziyyəti cəmiyyətdə var-dövləti bö­lüş­dür­məyə bənzəyən daimi kəmiyyətdir (miqdardır) və sosiodinamik adlanan qanuna tabedir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, hər bir insan anadan doğularkən gətirdiyi özünəməxsus xassəsinə gö­rə, ya insanların rəğbətini qazanır, ya da insanları özündən uzaq­laşdırır.

Yaxşı ailələrdə doğulub boya-başa çatmış tərbiyəli uşaqlar yaxşı xassələrə malikdirlər. Əlverişsiz, irsi xəstəliklərlə doğulan, pis tərbiyə olunan uşaqlarda isə mənfi xassələr çoxdur və ona görə də onlar başqalarını özlərindən uzaqlaşdırırlar. Bu şəxsiyyətin və kollektivin münasibətlərinin inkişafına təsir edir.

Hər hansı bir məktəb kollektivində onun üzvlərinin yaşından və mütəşəkkilliyindən asılı olmayaraq, orada mikroqruplar vardır ki, onlar bir-biri ilə qeyri-formal münasibətlərlə bağlıdırlar.

Beləliklə, sinif kollektivinə diqqət artırılmalıdır, ona görə ki, şəxsiyyətə göstərilən təsir vasitələri içərisində o, ən təsirli vasitə­lər­dən biri olaraq qalır. Sinif kollektivi şəxsiyyəti neqativ yönümlü qeyri-formal birliklərin qorxulu təsirindən qorumaq üçün çox zaman yeganə vasitədir.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin