Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə371/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   367   368   369   370   371   372   373   374   ...   443
Məktəbdənkənar tərbiyə işi isə dərsdən sonra, məktəblilərin məktəbdəki təlim-tərbiyə işlərindən sonra onların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən planlı, məqsədyönlü tədbirlərdir. Bu tədbirləri əsasən məktəbdənkənar təhsil müəssisələri təşkil edib keçirir. Məktəbdənkənar təhsil müəssisələri haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimati – metodik və statistik mək­tub”unda deyilir: “Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyü­mə­ləri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxt­la­rının mənalı təşkilini təmin edir.

Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cə­miy­yətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəs­si­sələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, ev­ləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Mək­təbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şa­girdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlə-rin­dən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssi­sələrin şuraları müəyyən edir.

Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqa­mət­lərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Dərnək məşğələləri;

2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarış­la­rının keçirilməsi;

3. Təlimati-metodiki işlər.

Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, ye­niyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır...


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin