14.2. Şagird kollektivinin xüsusiyyətləri Şagird kollektivi şagirdlərin sosial və ali orqanıdır. Çünki o, ümumi sosial əhəmiyyəti olan məqsəd və fəaliyyət birliyi ilə birləşmişdir. Onun ümumi seçkili orqanları vardır.
Şagird kollektivibir sistem kimi daha mürəkkəb birlikdir, çünki o, uşaq (yeniyetmə və gənclər) və müəllim kollektivini birləşdirən tərbiyəvi kollektivin üzvi hissəsidir.
Şagird kollektivinisbi müstəqil sistemdir, çünki bu sistemə özünütənzimləmə, özünütəşkiletmə, özünüidarəetmə prosesləri aiddir.
Şagird kollektividinamik sistemdir, çünki kollektivin inkişafı şagirdlərin daxili aləmində, cəmiyyətin həyatında, kollektivi əhatə edən mühitdə baş verən dəyişikliklərlə bağlıdır.
Şagird kollektivinin əlamətləri:
Ümumi sosial əhəmiyyəti olan məqsəd qoymaq. Hər bir qrupun məqsədləri vardır. Kollektivin məqsədi ictimai məqsədlərə uyğun gəldiyindən cəmiyyət və dövlət onu müdafiə edir, çünki o, dövlətin konstitusiyasına və qanunlarına zidd deyildir.